Ümmü Əsvəd Şəybani
Ümmü Əsvəd Şəybani, (ərəbcə: أم الأسود الشيباني) "Ali Əl-Əyən" ailəsindən olan ilk şiə və İmam Sadiqdən (ə) hədis rəvayət edən ravilərdən biridir.
Ümmü Əsvəd, Əyən ibn Sinsən Şəybaninin qızı və Zürarə ibn Əyən, Əbdülməlik ibn Əyən, Humran ibn Əyən və Bukəyr ibn Əyənin bacısı idi. Bir rəvayətə görə, o, Əbu Xalid Kabuli vasitəsilə Əl-Əyən ailəsindən ilk şiə olmuş şəxs idi və onun şiəliyi bu ailənin digər üzvlərinin də şiə olmasına səbəb olmuşdur.[1] O, hicri 153-cü ildə vəfat etmişdir. Ümmü Əsvəd, qardaşı Zürarə vəfat edərkən onun gözlərini bağlayan şəxs olmuşdur.[2] "Camiur-ruvat" kitabının müəllifi və Şəhid Sani onu İmam Sadiqdən (ə) hədis rəvayət edən ravilərdən hesab etmişlər.[3]
Əllamə Hilli, İstərabadi və İbn Davud, Ümmü Əsvədi arif olan bir xanım kimi təqdim etmişlər.[4] Mamqani isə Əllamənin sözlərini qeyd etdikdən sonra deyir ki, bu sözlərdən Ümmü Əsvədin ən azı halının yaxşı olduğu başa düşülür.[5]
İstinadlar
- ↑ Mühəddisate şiə, s.44, Əbi Ğalib Zuraridən nəqllə, s.231
- ↑ Mühəddisate şiə, s.44. Əl-Xülasədən nəqllə, s.191
- ↑ Mühəddisate şiə, s.44; Cameur-rüvattan nəqllə, c.2, s.455, Əd-Dirayə, s.137
- ↑ Mühəddisate şiə, s.44, Mənhəcul-məqaldan nəqllə, s.400 və Ricalu ibn Davud, s.392
- ↑ Mühəddisate şiə, s.44, Tənqihul-məqaldan nəqllə, c.3, s.70
Ədəbiyyat
- Ğərəvi Naini, Nəhlə, Mühəddisate şiə, Tehran, 2-ci çap, h.ş 1386