Səhmeyn

wikishia saytından
(İki pay səhifəsindən yönləndirilmişdir)

Səhmeyn (ərəbcə: السهمين) iki səhm (pay) deməkdir. Xümsdə imam payıseyyidlərin payına işarədir.[1] “Səhm” lüğətdə nəsib[2]və pay deməkdir.[3] Şiə fəqihlərinin fikrincə, xüms iki ümumi hissəyə bölünür: imam payı və seyidlərin payı.[4]

  • İmam payı məsum imamın qeyb dövründə ya lazımi şərtləri özündə birləşdirən müctəhidə təhvil verilir, ya da onun icazə verdiyi yerdə sərf edilir.[5]

Şiə fəqihləri Şeyx Tusi “əl-Məbsut”da,[6] Şəhid Əvvəl “əl-Lumətud-Dəməşqiyyə”[7]Şəhid Sani “Şərhi-Lümə”də[8] xümsü xüms ayəsinə əsasən altı hissəyə bölüb və bunu şiə fiqhində məşhur nəzəriyyə hesab ediblər.[9] Əlbəttə, bu altı pay da sözügedən iki paya qayıdır. Onun üç payı – Allahın, Peyğəmbərin (s) və qohumların (Peyğəmbərin (s) yaxın qohumlarının) payı – imama aiddir. Digər üç payı isə - yetimlər, yoxsullaryolda qalanlarPeyğəmbərin (s) yaxınlarına aiddir ki, “Seyyidlərin payı” adlanır.[10]

Xümsün iki paya ayrılma səbəbi kimi hədislər göstərilir.[11] İmam Musa ibn Cəfər bir rəvayətdə xümsü izah edib. O, bir payı hakimə (imama), digər payı isə Peyğəmbərin (s) yaxınlarından olan yetimlərə, yoxsullara və yolda qalanlara aid edir.[12]

İstinadlar

  1. Mühəqqiq Hilli, Əl-Muxtəsər, h.q 1418, c.1, s.63
  2. Fərhənge əbcədi, h.ş 1375, s.503, Səhm sözünün şərhi
  3. İbn Fars, Mucəmu məqayisil-luğət, h.q 1404, c.3, s.111, Səhm sözünün şərhi
  4. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.4, s.303
  5. İmam Xomeyni, Tozihul-məsail, Xüms hissəsi, h.q 1424, c.2, s.59
  6. Şeyx Tusi, “əl-Məbsut”, h.q 1387, c.1, s.262
  7. Şəhid Əvvəl, əl-Lumətud-Dəməşqiyyə, h.q 1410, s.55
  8. Şəhid Sani, Şərhi-Lümə, h.q 1412, c.1, s.137
  9. Şəhid Sani, Şərhi-Lümə, h.q 1412, c.1, s.137
  10. Muğniyə, Fiqhus-Sadiq (ə), h.q 1421, c.2, s.2
  11. Nəcəf Abadi, Əl-Xums vəl-ənfal, s.261; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.85
  12. Hürr Amili, Təkmilətul-vəsail, h.q 1418, c.2, s.146

Ədəbiyyat

  • İbn Fars, Əhməd ibn Fars, Mucəmu məqayisil-luğət, Qum, h.q 1404
  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Qum, 8-ci çap
  • Fərhənge əbcədi, Tehran, İslami, 2-ci çap, h.ş 1375
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Əl-Fusulul-muhimmə, İran
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Lumə, Beyrut, h.q 1410
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Şərhi Lumə, Qum, h.q 1412
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Əl-Muxtəsər, Qum, 6-cı çap, h.q 1418
  • Müğniyə, Məhəmməd Cavad, Fiqhul-İmamis-Sadiq (ə), Ənsariyan müəssisəsi, Qum, h.q 1421
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404
  • Müntəziri, Hüseynəli, Əl-Xums vəl-ənfal, Qum, h.q 1431