Məzmuna keç

Abdullah ibn Əfif Əzdi

wikishia saytından
(Abdullah ibn Əfif səhifəsindən yönləndirilmişdir)
Abdullah ibn Əfif Əzdi
Yaşadığı yerKufə
Nəsəb \ QəbiləƏzd qəbiləsi
Tanınmış qohumlarıSəfiyyə (qızı)
Şəhadətinin necəliyiİbn Ziyadın əli ilə
Dəfn olunduğu məkanKufə
Şöhrət tapmasının səbəbiİmam Əlinin (ə) səhabələrindən
Başqa fəaliyyətləriCəməl və Siffeyn döyüşündə iştirakı - İbn Ziyadın Əhli-beyti (ə) məzəmmət edən sözlərinə etirazı


Abdullah ibn Əfif Əzdi (ərəbcə: عبد الله بن عفيف الأزدي) (h.q. 61-ci ildə şəhid olub), İmam Əlinin (ə) səhabələrindən idi və Kərbəla hadisəsindən sonra İbn Ziyadın əmri ilə öldürüldü. O, Cəməl döyüşündə sol gözünü, Siffeyn döyüşündə isə sağ gözünü İmam Əlinin (ə) yolunda itirmişdi.[1] Kərbəla hadisəsindən sonra İbn Ziyad Kufə məscidində Əhli-Beyti (ə) pisləyən nitq söyləyəndə, Abdullah ibn Əfif ona etiraz etdi və nəticədə İbn Ziyadın əmri ilə başı bədənindən ayrıldı. Təbərinin tarix kitabına görə, İbn Ziyad belə dedi: "Allaha həmd olsun ki, haqqı və onun əhlini aşkar etdi, Yezid ibn Müaviyəni və onun tərəfdarlarını qalib etdi və yalançı oğlu yalançını (Hüseyn ibn Əlini) öldürdü." Buna cavab olaraq, Abdullah ibn Əfif dedi:

"Ey Mərcanənin oğlu! Yalançı oğlu yalançı sən və atan, həmçinin sənə hakimiyyəti verən və onun atasıdır. Ey İbn Mərcanə! Siz peyğəmbərlərin övladlarını öldürür, amma siddiqlərin sözlərini dilə gətirirsiniz?!"[2]

İbn Ziyad əmr etdi ki, onu tutsunlar.[3] Abdullah öz tayfasının şüarı olan[4] "Ya Məbrur" (yəni yaxşılıq edilmiş, himayə olunmuş) şüarını səsləndirərək tayfasını köməyə çağırdı. Qohumları onu məclisdən çıxarıb apardılar. Gecə İbn Ziyadın ətrafındakılar onun evini mühasirəyə aldılar.[5] Abdullah kor olsa da, qızı Səfiyyə ona döyüşdə kömək edirdi və ona ətrafında olanlardan xəbər verirdi.[6] Nəhayət, İbn Ziyadın əsgərləri onu tutub yanına apardılar və onun əmri ilə Abdullahın başını kəsib cəsədini Kufənin Kunasə məhəlləsində dar ağacından asdılar.[7] O, şəhadətindən əvvəl İbn Ziyada belə dedi: "Mən, sən doğulmamışdan əvvəl, Allahdan şəhadətimin ən lənətlənmiş bəndəsinin əli ilə olmasını istəmişdim."[8]

Abdullah ibn Əfifin İbn Ziyadın əsgərləri qarşısında söylədiyi rəcəz:

"And olsun Allaha, əgər gözlərim görsəydi, sizə yer üzünü dar edərdim!"[9]

İstinadlar

  1. Bəlazuri, Ənsabul-əşraf, m.1977, c.3, s.210; Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.458
  2. İbn Kəsir Dəməşqi, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.8, s.191; Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.459
  3. İbn Kəsir Dəməşqi, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.8, s.191; Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.459
  4. Mühəddisi, Fərhənge aşura, s.480
  5. Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.459
  6. Bəlazuri, Ənsabul-əşraf, m.1977, c.3, s.210
  7. Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.459
  8. Məclisi, Biharul-ənvar, h.q 1403, c.45, s.120
  9. Məclisi, Biharul-ənvar, h.q 1403, c.45, s.120

Ədəbiyyat

  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Beyrut, m.1977
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbəlfəzl İbrahim, Darut-turas, 2-ci çap, m.1967
  • Mühəddisi, Cavad, Fərhənge aşura, Qum, Məruf nəşri, h.ş 1376