Seyyid Məhəmməd Həsən Şirazi

wikishia saytından
(Ayətullah Mücəddid səhifəsindən yönləndirilmişdir)
Mirzaye Şirazi
Tam adıSeyyid Məhəmməd Həsən Şirazi
LəqəbMirza bozorg, Mirza mücəddid
Doğum günüHicrətin 1230-cu ili
Vəfat günüHicrətin 1312-ci ili
Dəfn olunduğu yerİmam Əlinin (ə) hərəmi
Tanınmış qohumlarSeyyid Rəzi Şirazi
UstadlarıŞeyx Ənsari, Məhəmməd Həsən Nəcəfi
ŞagirdləriŞeyx Fəzlullah Nuri, Əbdül-Kərim Hairi Yəzdi, Mirzaye dovvom, Axund Xorasani
Təhsil aldığı yerİran və İraq
İctihad icazəsi almasıSeyyid Həsən Beydabadi
ƏsərləriNicatul-ibad kitabına haşiyə, Əl-Lumətud-Dəməşqiyyə kitabına haşiyə, Kitabut-təharət
SiyasiTənbakunun haram olması barədə fətvası
İctimaiSamirra dini hövzəsinin təsiscisi


Seyyid Məhəmməd Həsən Şirazi (ərəbcə: السيد محمد حسن الشيرازي) (1230-1312 h.q), hicrətin ondördüncü əsrlərinədə Şiə mərcəi təqlidlərindən və tütün məmulatının haram olması fətvasını verən şəxsdir; o, Mirza Şirazi, Mirza bozorgMirza mücəddid adları ilə də məşhur olmuşdur.

Mirza Şirazi, Şeyx Mürtəza Ənsarinin vəfatından sonra 1242 h.ş, mərcəi təqlid seçilərək ömrünün sonuna kimi, yəni otuz il müddətində şiələrin mərcəi təqlidi olmuşdur. O, Şeyx Ənsarinin məxsus və sevimli tələbələrindən idi. Şeyx Əbdül Kərim Hairi, Qum elmi hövzəsinin təsisçisi, Axund Xorasani, Şeyx Fəzlullah Nuri, Mirza Naini və Məhəmməd Təqi Şirazi onun şagirdləri olmuşlar. Mirza, fiqh və üsul fənlərində bir çox risalələr yazmış və həmçinin Şeyx Ənsarinin üsul və fiqh kitablarına, o cümlədən onun müqəllidləri üçün yazdığı bir sıra kitablara haşiyələr yazmışdır. O cümlədən, onun bu günə kimi toplanmış fətvaları və müxtəlif üsul və fiqh elmlərinə yazdığı təliflər çap edilmişdir.

Mirza Şirazi, elmi hövzə və Samirra məktəbinin müəssisi olaraq tanınır. Deyilənlərə görə o, ŞiəSünnü məzhəbləri arasında birlik yaratmaq məqsədi ilə Samirra şəhərinə hicrət edərək orada yaşamışdır. Onun Samirrada, insanların rifahi üçün gördüyü işlərdən, mədrəsə və Hüseyniyyə tikdirməsi, körpü saldırması, bazar salıb hamam tikdirməsinə də işarə etmək olar.

O, 82 yaşında Samirra şəhərində vəfat etmiş və Nəcəf şəhərində imam Əlinin (ə) hərəmində dəfn edilmişdir. Onun barəsində Ərəb və fars dillərində kitablar yazılmışdır; o cümlədən, “Hidayətu əl-Razi iləl imamul mucəddəd əl-Şirazi” müəlif: Aqabozorg Tehrani; “Həyatu əl-imam əl-mücəddəd əl-Şirazi” müəllif: Məhəmməd Əli Ordubadi; onun şagirdləri və həyatı haqqında təlif etmişdir.

Həyatı

Seyyid Məhəmməd Həsən Hüseyni, hicri təqvimi ilə 1230-cu il Cəmadiul-əvvəl ayının 15-i Şiraz şəhərində dünyaya göz açmışdır.[1] Atası, Mirza Mahmud, din alimlərindən idi.[2] Mirza Məhəmməd Həsən, uşaqlıq illərində atasını itirmiş və dayısı, Mucəddədul Əşraf adı ilə tanınan Mirza Hüseyn Musəvinin himayəsində boya-başa çatmışdır.[3]

Mirza Şirazi, İsfahan şəhərində olduğu dövrlərdə, 17-20 yaşlarında əmisi qızı ilə ailə həyatı qurmuş, bir qız və Əli adlı bir oğul atası olmuşdur. İlk xanımı hicrətin 1303-cü ilində vəfat etmişdir. O, ikinci həyat yoldaşından da bir qız və Məhəmməd adında bir oğlan övladına sahib olmuşdur.[4]

O, hicrətin 1287-ci ilində həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə səfər etmişdir. Bu Məkkə səfərində, Mirzanın görüşünə gələrək öz evinə aparır. Mirza Həsən bu səfərində, həmişəlik olaraq Mədinədə qalmaq istəyir, lakin iş alınmadığı üçün Məşhəd şəhərinə qayıtmağı qərar verir; amma son qərarı Samirra şəhəri olur və ömrünün sonuna qədər orada qalır.[5]

Mirza Bozorg, hicrətin 1312-ci ili, 82 yaşındı dünyasını dəyişir və Nəcəf şəhərində imam Əlinin (ə) hərəminin (ziyarətgah) eyvanındakı kiçik otaqlardan birində dəfn olunur.[6] Bəziləri onun ölümünün səbəbini vərəm[7] və ya bronxit xəstəliyi bildirirlər. Bəziləri isə onun İngilis muzdurları tərəfindən zəhərlənərək öldürüldüyünü bildirirlər.[8]

Təhsili

Mirza Həsən dörd yaşından məktəbə getmiş, Quran qiraəti və fars dili ədəbiyyatını iki il müddətində bitirmişdir. O, altı yaşından Ərəb dili ədəbiyyatını (sərf və nəhv elmilərini) öyrənməyə başlamış və səggiz yaşında olarkən müqəddimə təhsilini bitirmişdir.[9] Bundan sonra, Mirza İbrahim Şirazi, ona Quran və rəvayətlərin xitabə yollarını öyrətdi.[10] Səkkiz yaşlı Mirza Məhəmməd Həsən, ustadının istəyi ilə, zöhrəsr namazlarından sonra, Şirazın Vəkil məscidində minbərə çıxaraq, Əbul-Cinan əxlaq kitabından bir hissəsini əzbər olaraq camaata xütbə etdi.[11]

O, sonralar fiqhüsul elmlərini oxumağa davam etdi; oniki yaşı olanda Şirazda Lümə (fiqh elminə məxsus) kitabını tədris edən məşhur alim, Şeyx Məhəmməd Təqi Şirazinin dərslərinə qoşuldu. O, 18 yaşda olarkən, ustadının məsləhəti ilə, təhsilini davam etdirmək üçün İsfahan şəhərinə gedir.[12] Mirza Həsən İsfahana hicrət etmədən öncə, atasının tutduğu mövqedə duraraq qəzavət işlərini icra edirdi.[13] O cümlədən, onbeş yaşında Lümə kitabının şərhini (açıqlamasını) Şiraz elmi hövzəsində tədris edirdi.[14]

İsfahan şəhərində təhsil

Mirza Şirazi, hicri təqvimi ilə 1248-ci il Səfər ayının 17-si İsfahan şəhərinə daxil olaraq[15] Sədr mədrəsəsində məskunlaşmışdır.[16] Bu müddətdə, “Hidayətul Müstərşidin” kitabının müəllifi Məhəmməd Təqi İsfahaninin xüsusi dərslərində iştirak etmişdir. Hicrətin 1248-ci ilinin sonları, ustadı vəfat etdikdən sonra, Mir seyyid Həsən müdərris adı ilə tanınan seyyid Həsən Beydabadini ustad olaraq seçir və 20 yaşı olmamış, ondan ictihad icazəsini alır.[17] O, on il İsfahanda qadığı müddətdə, Beydabadidən əlavə, Məhəmməd İbrahim Kəlbasinin də dərslərində şirkət edirdi.[18]

İraqda təhsili

Mirza Həsən 29 yaşında, hicrətin 1259-cu ili İraqa gedərək, Məhəmməd Həsən Nəcəfi (“Cəvahir” kitabının müəllifi), Həsən Kaşiful Ğita (Cəfər Kaşiful Ğitanın oğlu)[19]Şeyx Ənsari kimi ustadların dərslərindən bəhrələnir.[20]

O, Şeyx Ənsarinin məxsus şagirdlərindən olmuş və öz ustadı ilə çox səmimi əlaqəsi olmuşdur.[21] Şeyx Ənsari, öz “Fəraidul Üsul” kitabını islah etmək üçün ona həvalə edir.[22] Məşhurdur ki, şeyx ənsari həmişə deyərmiş, mən dərsimi üç nəfərə görə deyirəm: Məhəmməd Həsən Şirazi, Mirza Həbibullah Rəşti və Həsən Nəcmabadi.[23] O, Şeyx Ənsarinin dərsində az danışardı; mərufdur ki, o danışdığında, səsi o qədər sakit idi ki, Şeyx onun səsini eşitmək üçün çarəsiz qalıb ona tərəf əyilər və şagirdləri sakitçiliyə riayət etməyə çağırıb deyərdi: “Cənab Mirzanın sözü var.”[24]

Mərcəiyyət

Tütün məmulatlarının haram edilməsi: «بسم الله الرحمن الرحیم الیوم استعمال توتون و تنباکو بِأی نَحوٍ کان در حکم محاربه با امام زمان علیه‌السلام است.» Bismillahir-rahmənir-rahim. Bugündən tütün və tənbəkidən istifadə edən İmam Zamanla (ə.f) müharibə etmiş şəxs hökmündədir.
İsfahani Kərbəlayi, Tarixe duxaniyye, h.ş 1377, s.118

Hicrətin 1281-ci ili şeyx Ənsarinin vəfatından sonra, Mirza Şirazi mərcəiyyət məqamına çatır. Ağabozorg Tehraninin dediklərinə əsasən, Şeyx Ənsarinin vəfatından sonra, onun görkəmli şagirdləri, Mirzanın mərcəi təqlid olması barədə bir araya gəldilər, yalnız Azərbaycan alimlərindən bir dəstəsi ki, Şeyx Ənsarinin digər şagirdi Seyyid Həsən Kuhkumreyini öz tayfa və məntəqələri üçün mərcəi təqlid seçilməsini bildirdilər. Hicrətin 1299-cu ili Kuhkumreyinin vəfatından sonra, Mirza Şirazi Şiələrin tək mərcəi təqlidi olaraq təyin olundu.[25]

Üsul və Fiqh alimləri, Mirza Şirazi ilə ustadının elmi dərəcəsini müqayisə edərək bəziləri onun Şeyx Ənsaridən üstün olduğunu bildirmişlər.[26]

Samirra dini mədrəsəsinin təsisi

Hicrətin 1291-ci ili, Mirza Şirazi və şagirdlərinin Samirra şəhərində məskunlaşması nəticəsində, bu şəhərdə, Samirra dini elmi mədrəsə və Samirra məktəbinin bünövrəsi qoyuldu.[27] Bu dini mədrəsə 20 ilə kimi fəaliyyət göstərdi, lakin hicrətin 1321-ci ilində Mirza Şirazi vəfat etdikdən sonra alimlərin Kərbəla və Nəcəf şəhərlərinə hicrət etməsi üzündən rövnəqdən düşdü. Seyyid Həsən Sədr, Seyyid Həsən Əmin, Şərəfuddin Amuli, Məhəmməd Cavad Bəlaği, Şeyx Möhsün Şərarə, Ağabozorg Tehrani, Əllamə ƏminiMəhəmməd Rza Müzəffər, Samirra məktəbinin sayılıb-seçilən böyük şəxsiyyətlərinədəndir.[28] Mirza Şirazi və onun şagirdlərinin üsul və fiqh elmlərindəki metodu, Samirra məktəbi adı ilə tanınır.[29] Mirzanın nəvəsi, Seyyid Rəzi Şirazinin fikrincə, onun Samirra şəhərində məskunlaşmasından məqsəd, Şiə və Sünnü məzhəbləri arasında birlik yaratmaq omuşdur.[30] Bunun üçün də Əhli Sünnə ilə ixtilafları kənara qoyub bir araya gəlməyi, Samirra məkətəbinə məxsus olan özəlliklərdən sayırlar.[31]

Tütün məmulatlarının haram edilməsi

Mirzə Şirazinin Regi müqaviləsindən sonra tütün istehlakı haqqında cavabı

Mirza Şirazinin mərcəi təqlid olduğu müddətdə baş verən hadisələrdən biri də, tütünün haram edilməsi inqilabı idi. Tütün məhsullarının inhisarı Regi şirkətinə verildikdən sonra, İranın dörd şəhərində, camaat Mirza Şirazinin şagirdlərinin rəhbərliyi ilə, öz etirazlarını bildirdilər. Tehranda Şeyx Fəzlullah Nuri, İsfahan şəhərinədə Aqa Nəcəfi İsfahani, Şiraz şəhərində Seyyid Əli Əkbər Faləsiri və Təbriz şəhərində Cavad Məhəmməd Təbrizi bu qiyamın rəhbərləri idilər.[32] Onun tütün inhisarına dair tarixi fətvası, camaatı elə səhnəyə gətirdi ki, Nasiruddin Şah Qacar tütün müqaviləsini ləğv etmək məcburiyyətində qaldı.[33]

Şagirdləri

Mirza Şirazinin çox sayda şagirdləri olmuşdur. Ağabozorg Tehrani “Hədiyyətu əl-Razi ila əl-imamul mucəddəd əl-Şirazi” kitabında, onun şagirdlərindən təxminən 500 nəfərin adını qeyd etmişdir.[34] Onlardan bəziləri ibarətdilrlər:

  1. Mirza Məhəmməd Təqi, “İkinci Mirza Şirazi və ya kiçik Mirza Şirazi” adı ilə tanınmışdır.
  2. Seyyid Məhəmməd Fişarəki
  3. Əbdul Kərim Hairi, Qum elmi hövzəsinin banisi
  4. Mirza Hüseyn Naini[35]
  5. Şeyx Fəzlullah Nuri
  6. Seyyid Əbdül Hüseyn Lari
  7. Mirza Həsənəli Tehrani[36]
  8. Məhəmmədhadi Tehrani
  9. Seyyid Əbdülqasim Dehkurdi
  10. Abbasəli Keyvan Qəzvini
  11. Məhdi Xalisi[37]
  12. Məhəmməd Baqir Qaini Bircəndi[38]
  13. Seyyid Məhəmməd Hüseyni Ləvəsani
  14. Aqa Rza Həmədani
  15. Həbib Xorasani
  16. Məhəmməd Baqir Bəhari Həmədani
  17. Məhəmməd Kazım Xorasani, “Kifayətul-üsul” kitabının müəllifi
  18. Seyyid Məhəmməd Kazım Yəzdi[39]
  19. Mirza Məhəmməd Ərbab Qumi[40]
  20. Mirza Hüseyn Nuri[41]
  21. Seyyid İsmayıl Sədr[42]

Siyasi və ictimai fəaliyyəti

Mirza Şirazinin tütünün haram edilməsi fətvasından əlavə digər siyasi və ictimai fəaliyyətləri də olmuşdur:

  • Əbdül Rəhman tərəfindən Əfqanıstanda Həzarə şiələrinin qətliam edilməsinin qarşısı alınması barədə, İngiltərə kraliçasına teleqram göndərilməsi. (1309 h.q)[43]
  • Şiə və Sünnü məzhəbləri arasında birlik yaratma məqsədi ilə, Samirra şəhərinin Əhli Sünnə məskunlaşmış məntəqələrində Şiə mədrəsələrinin tikdirilməsi və Sünnü alimlərə və tələbələrə maddi yardımların edilməsi və o cümlədən Şiə və Əhli Sünnə arasında ixtilafa səbəb olan amillərlə mübarizə.[44]
  • Hindistan, Kəşmir, Əfqanistan, Qafqaz və İraq kimi həssas və əsarətə məruz qalmış məntəqələrə xüsusi mübəlliğlərin hazıralnıb göndərilməsi.[45]
  • Samirrada iki mədrəsənin tikilməsi[46]
  • Dəclə sahillərini birləşdirəcək körpünün tikintisi[47]
  • Bazarın salınması[48]
  • Zəvvarlar və müsafirlər üçün karvansaraların tikintisi
  • Kişi və qadınlar üçün hammamların tikilməsi[49]

Təlifləri

Mirza Şirazinin üsulfiqh mövzularında təlifləri olmuşdur. Ağabozorg Tehrani “Təbəqatu elamu əl-Şiə” kitabında, aşağıda qeyd olunan əsərlərə işarə etmişdir:

  • Əmr və qadağalar icması haqqında risalə
  • Fiqh elmində məkasib (qazanc) mövzusundan müamilələr mövzusuna kimi; kitab.
  • Əl-Nuxbə kitabına haşiyə
  • Şeyx Ənsarinin dərslərinin təqriratı
  • Şeyx Ənsarinin öz müqəllidləri üçün yazdığı bütütn kitablara, haşiyə (şərh) yazmışdır.[50]

“Kitabus-Səlat”, Vəhid Behbehaninin “Müamilat” kitabına şərh, “Şərhe Lümə” və Şeyx Ənsarinin “Fəraidul üsul” kitablarına təliq (açıqlama) kitablarını, onun əsərləri olduğu bildirilir.[51]

Həmçinin, Mirza Şirazinin fiqh və üsul dərslərinə yazılmış bir çox təqrirləri (açıqlamalar) vardır. Nasiruddin Ənsari təxminən Mirzanın şagirdlərindən 20-yə yaxın, o cümlədən seyyid İbrahim Damğani Xorasani (vəfat 1291 h.q) və Mirza İbrahim Məhəllati Şirazi (vəfat 1336 h.q) kimi şəxsiyyətlərə işarə etmişdir ki, onun üsul və fiüh dərslərini təqrir etmişlər.[52] Mirzanın bəzi fətva və nəzəriyyələri, digər kitabların haşiyələrində və yaxud müstəqil kitab şəklində çapdan çıxmışdır, o cümlədən:

  • “Məcməul Məsail”: Bu kitab Mirza Şirazinin sifarişi və Seyyid Əsədullah Qəzvininin tərəfindən yazılmışdır. Bu kitabda, Mirzanın “Sururul übbad”, “Nicatul übbad”, “Təriqul Nicat”, “Sual-cavab” və “Əl-Nuxbə” kitablarına yazdığı haşiyələr (açıqlamalar) toplanmışdır.[53]
  • “Sual-cavab” risaləsi: Bu risalədə, Şeyx Nuri Fəzlullahın suallarına Mirza Şirazinin cavabları, toplanmışdır. Bu kitab hicrətin 1305-ci ilində, Tehranda çap edilmişdir.[54]
  • “Məcməul Məsail”: Bu kitab, Məhəmməd Həsən ibn Məhəmməd İbrahim Cəzi İsfahani tərəfindən, hicrətin 1310-cu ilində təlif edilmişdir. Kitab Fars dilində təlif eilmiş və fiqh elminin bütün sahələrini əhatə etmişdir. Axund Xorasani, Seyyid Məhəmməd Kazım Yəzdi və Seyyid İsmayıl Sədr bu kitaba haşiyə yazmışdırlar.[55]

Kitablar

“Hədiyyətu əl-Razi ila əl-imam əl-mucəddəd əl-irşad” kitabı, müəllif: Ağabozorg Tehrani

Mirza Şirazi barəsində bir sıra əsərlər təlif edilmişdir:

  • “Hədiyyətu əl-Razi ila əl-imam əl-mucəddəd əl-irşad” kitabı, müəllif: Ağabozorg Tehrani, Mirza Şirazinin həyatı və şagirdləri barəsində bu kitabı qələmə almışdır.[56] Nasirud-din Ənsarinin dediklərinə əsasən, bu kitab Mirza Şirazi haqqında olan ən kamil kitabdır.[57] Onun Fars dilinə təcüməsi 1983-cü ildə Məhəmməd Dezfulinin vasitəsilə qələmə alınaraq çap edilmişdir.
  • “Həyatul imam əl-mücəddəd əl-Şirazi” müəllif: Məhəmməd Əli Ordubadi (vəfat 1380 h.q); Mirza Şirazinin həyatı, şagirdləri və onun dövründə yaşayan bəzi şəxsiyyətlər barəsində təlif edilmişdir.[58]
  • “Səbaikul təbər fima qilə fi əl-imam əl-Şirazi minəl şer”, Məhəmməd Əli Ordubadinin Məhəmməd Şirazinin barəsində yazdığı əsərdir ki, bu kitabda Mirza Şirazi ilə bir əsrdə yaşayan şairləri və bəzi tanınmış şagirdlərini şerləri ilə birlikdə 600 səhifəlik kitabda açıqlamışdır.[59] Ağabozorg Tehraninin dediklərinə görə, bu əsər, “Həyatul imam əl-mucəddəd əl-Şirazi” kitabının ikinci cildidir.[60]
  • “Mirza Şirazi ehyagəre qüdrəte fətva”, müəllif: Seyyid Mahmud Mədəni. Bu kitab, 1952-ci ildə Qum şəhərində çapdan çıxmışdır.[61]

İstinadlar

  1. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.440
  2. Mədəni, Mirzaye Şirazi, s.385
  3. Mətləbi, Nucume ummət: Həzrət Ayətullah Əl-üzma Hacı Mirza seyyid Məhəmməd Həsən Şirazi, s.66
  4. Mədəni, Mirzaye Şirazi, h.ş 1371, s.38
  5. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.439
  6. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.440
  7. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.440
  8. Mədəni, Mirzaye Şirazi, s.392
  9. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.437
  10. Mədəni, Mirzaye Şirazi, Ehyagəre qüdrəte fətva, h.ş 1371, s.27
  11. Mədəni, Mirzaye Şirazi, Ehyagəre qüdrəte fətva, h.ş 1371, s.28
  12. Mətləbi, Nucume ummət: Həzrət Ayətullah Əl-üzma Hacı Mirza seyyid Məhəmməd Həsən Şirazi, s.67
  13. Mədəni, Mirzaye Şirazi, Ehyagəre qüdrəte fətva, h.ş 1371, s.30 və 31
  14. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.437
  15. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.437
  16. Mətləbi, Nucume ummət: Həzrət Ayətullah Əl-üzma Hacı Mirza seyyid Məhəmməd Həsən Şirazi, s.67
  17. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.437
  18. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.437
  19. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.438
  20. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.438
  21. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.438
  22. Mədəni, Mirzaye Şirazi, s.387
  23. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.438
  24. Mətləbi, Nucume ummət: Həzrət Ayətullah Əl-üzma Hacı Mirza seyyid Məhəmməd Həsən Şirazi, s.70
  25. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.438
  26. Şübeyri Zəncani, cəreyi əz dərya, h.ş 1389, c.1, s.111
  27. Darabi, Hozeye elmiyye təqribgeraye Samirra və nəqşe Mirzaye Şirazi, s.41
  28. Sehhati Sərdrudi, Qozide simaye Samirra sinaye se Musa, h.ş 1388, s.144-148
  29. Hüseyni, Neqahi be mədreseye Qum və Nəcəf, s.42
  30. Darabi, Hozeye elmiyye təqribgeraye Samirra və nəqşe Mirzaye Şirazi, s.41
  31. Darabi, Hozeye elmiyye təqribgeraye Samirra və nəqşe Mirzaye Şirazi, s.42
  32. İsfəhani Kərbəlayi, Tarixe duxaniyye, h.ş 1377, s.104-108
  33. Bamdad, Şərhe hale ricale İran, h.ş 1384, c.1, s.338; İsfəhani Kərbəlayi, Tarixe duxaniyye, h.ş 1377, s.172-173
  34. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.437
  35. Mədəni, Mirzaye Şirazi, Ehyagəre qüdrəte fətva, h.ş 1371, s.79
  36. Ağabozorq Tehrani, Əz-Zəriə, c.4, s.379
  37. Musəvi İsfəhani, c.2, s.123-124
  38. Rəhmansitayiş, məqaleye muərrifiye kitabe "Əl-Fəvaidul-ricaliyyə"
  39. Mədəni, Mirzaye Şirazi, s.387
  40. Ərbab Qumi, Ərbeine Hüseyniyye, h.ş 1379, s.9
  41. Əmin Əyanuş-şiə, h.q 1403, c.6, s.144
  42. Əmin Əyanuş-şiə, h.q 1403, c.3, s.404
  43. Mədəni, Mirzaye Şirazi, s.388
  44. Mədəni, Mirzaye Şirazi, s.389; Muəssiseye fərhəngi hünəri qədre vilayət, dər məşrute ci qözəşt ? hş 1389, s.638
  45. Mədəni, Mirzaye Şirazi, s.389
  46. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.440
  47. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.440
  48. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.440
  49. Vərdi, Ləməhatun ictimaiyyə min tarixil-İraqil-hədis, c.3, s.90
  50. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.441
  51. Ənsari, Asar və təlifate Mirzaye Şirazi, s.386
  52. Ənsari, Asar və təlifate Mirzaye Şirazi, s.386-391
  53. Ağabozorq Tehrani, Əz-Zəriə, c.20, s.43
  54. Ənsari, Asar və təlifate Mirzaye Şirazi, s.391-394
  55. Ənsari, Asar və təlifate Mirzaye Şirazi, s.391-394
  56. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.437
  57. Ənsari, Asar və təlifate Mirzaye Şirazi, s.385
  58. Ağabozorq Tehrani, Əz-Zəriə, c.7, s.116
  59. Ağabozorq Tehrani, Əz-Zəriə, c.10, s.124-125
  60. Ağabozorq Tehrani, Əz-Zəriə, c.10, s.124-125
  61. «میرزای شیرازی احیاگر قدرت فتوا»

Ədəbiyyat

Xarici keçid