Muncih ibn Səhm

wikishia saytından
(Mənhəc ibn Səhm səhifəsindən yönləndirilmişdir)
Muncih ibn Səhm
Bir qrup şəhidin İmam Hüseynin (ə) hərəmində məzarlığı
Bir qrup şəhidin İmam Hüseynin (ə) hərəmində məzarlığı
Tam adıMuncih (Mənhəc) ibn Səhm
Dəfn olunduğu məkanKərbəla
Şöhrət tapmasının səbəbiİmam Hüseynin (ə) səhabəsi
Başqa fəaliyyətləriİmam Səccadın (ə) qulu


Muncih (Mənhəc) ibn Səhm İmam Səccadın (ə) quludur ki, Kərbəla hadisəsində şəhid oldu.

Muncihin anası kəniz idi ki, İmam Hüseyn (ə) onu (ə) Nofəl ibn Haris ibn Əbdül Müttəlibdən aldı. O, Səhm adlı bir qul ilə evləndi və Muncih anadan oldu. İmam Hüseyn (ə) Müncihi İmam Səccadın (ə) xidmətçisi etdi.[1] Bəzi məlumatlara görə, Muncihin anasının adı Hüsniyyə (Hüsinyə)dir.[2]

İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət etdikdən sonra Muncih də anası ilə birlikdə Mədinəni tərk etdi.[3] Əlbəttə ki, bəziləri onu İmam Həsənin (ə) məvalisi (Ərəb olmayan müsəlmanlar ki, ərəb qəbilələri ilə əhd-peyman bağladıqdan sonra onların qəbiləsindən sayılırdılar) hesab edirlər ki, o Həzrətin övladları ilə birlikdə İmam Hüseynin (ə) karvanında Mədinəni tərk etdi.[4]

Muncih Aşura hadisəsində şəhid oldu.[5] Onun şəhid olduğu zaman qeyd olunmayıb. Lakin İbn Şəhr Aşub deyir ki, ilk hücumda İmam Əli (ə) və İmam Hüseynin (ə) 10 qulu şəhid oldu.[6] Onun qatilinin də Həsən İbn Bəkr Hənzəli olduğu bildirilir.[7] Səmavi də "Əl-Hədiqətul-Vrdiyyə" kitabından nəql edir ki, onun qatili Həssan ibn Bəkrdir və şəhadəti də müharibənin əvvəlində baş vermişdir.[8] Muncihin adı "Ziyarətuş-Şühəda" kitabında şəhidlərdən biri kimi çəkilir.

اَلسَّلَامُ عَلَی مُنْجِحٍ مَوْلَی الْحُسَینِ بْنِ عَلِی(ع)
Əssəlamu əla Muncihin məvləl-Hüseyn ibn Əli (ə).[9]

İstinadlar

  1. Şirazi, Zəxirətud-darin, h.q 1422, s.327
  2. Haci Abadi, Şühədaye neynəva, h.ş 1397, s.332
  3. Şirazi, Zəxirətud-darin, h.q 1422, s.327
  4. Səmavi, İbsarul-eyn, h.q 1419, s.96
  5. Şeyx Mufid, Əl-İxtisas, h.q 1413, s.83; Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.469; İbn Səd, Ət-təbəqatul-kübra, Xamisə 1, m.1990, s.478
  6. İbn Şəhr Aşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.113
  7. Rəssan, Təsmiyətu min qətli məəl-Hüseyn (ə), h.q 1406, s.152
  8. Səmavi, İbsarul-eyn, h.q 1419, c.1, s.96
  9. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.491

Ədəbiyyat

  • İbn Şəhr Aşub, Əl-Mənaqib, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1379
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, 1-ci çap, h.q 1419
  • Salihi Haci Abadi, Şühədaye neynəva, Tehran, 1-ci çap, h.ş 1397
  • Rəssan, Füzeyl ibn Zübeyr, Təsmiyətu min qətli məəl-Hüseyn (ə), Qum, 2-ci çap, h.q 1406
  • Səmavi, Məhəmməd ibn Tahir, İbsarul-eyn, Qum, 1-ci çap, h.q 1419
  • Şeyx Mufid, Məhəmməd ibn Numan, Əl-İxtisas, Qum, 1-ci çap, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, m.1967
  • Şirazi, Seyyid Əbdül-Məcid, Zəxirətud-darin, Qum, Zəmzəm hidayət nəşri, h.q 1422