Ovs ibn Sabit Xəzrəci

wikishia saytından
(Ovs ibn Sabit Ənsari səhifəsindən yönləndirilmişdir)
Ovs ibn Sabit Xəzrəci
Tam adıOvs ibn Sabit Xəzrəci
Yaşadığı yerMədinə
Mühacir \ ƏnsarƏnsar
Nəsəb \ QəbiləXəzrəc
Tanınmış qohumlarıHəssan ibn Sabit (qardaşı) - Şəddad ibn Ovs (oğlu)
Şəhadətinin necəliyiHicrətin 3-cü ili, Ühüd döyüşündə
İştirak etdiyi döyüşlərÜhüd döyüşü
Başqa fəaliyyətləriİkinci Əqəbə beyətində iştirakı


Ovs ibn Sabit Xəzrəci (ərəbcə: أوس بن ثابت الخزرجي) İslam Peyğəmbərinin (s) ənsardan olan səhabəsi idi ki, Ühüd döyüşündə şəhid oldu. Bəzi təfsirçilərin dediyinə görə, irs məsələlərindən biri haqqında olan “Nisa” surəsinin yeddinci ayəsi onun şəhadətindən sonra mirasının bölünməsinə dair nazil olmuşdur.

Şəxsiyyətinin tanınması

Ovs ibn Sabit ibn Münzir Peyğəmbər (s) dövrünün məşhur şairi Həssan ibn Sabitin qardaşıdır. O, Bəni Əmr ibn Malik nəslindən, Bəni Nəccar tayfasından və Xəzrəc qəbiləsinə mənsub idi. O, 2-ci Əqəbə beyətində iştirak etmişdi.[1] Peyğəmbər (s) Mədinəyə hicrət etdikdə ənsardan oldu.[2] O, Mədinədəki evində Osman ibn Əffanı qonaq etdi.[3] Məşhur rəyə görə, Ovs Ühüd döyüşündə şəhid olmuşdur.[4] Başqa bir rəvayətdə o, Bədr, ÜhüdXəndək mücahidlərindən biri kimi təqdim edilmişdir. Həmçinin onun vəfatının Osman ibn Əffanın xilafəti dövründə olduğu bildirilmişdir.[5]

Miras hekayəsi

Qurani-Kərimin təfsirçiləri “Nisa” surəsinin yeddinci ayəsinin təfsirində Ovs ibn Sabit və onun şəhadətindən sonra bu ayənin nazil olması barədə danışmışlar. Buna əsasən, cahiliyyət adəti belə idi ki, həyat yoldaşı və azyaşlı uşaqları irsdən məhrum edirdilər.[6] Həmçinin qadınlar və qızlar mirasdan pay sahibi olmurdular.[7] Ovs şəhid olduqdan sonra əmisi oğulları onun bütün malını ələ keçirdilər.[8] Habelə onun üç azyaşlı qızı olan həyat yoldaşı Peyğəmbərə (s) üz tutdu. Həzrət Peyğəmbər (s) Ovsun əmisi oğullarına bu məsələdə vəhy gələnə qədər Ovsun mirasını ələ keçirməkdən çəkinmələrini əmr etdi.[9] Onlar “Nisa” surəsinin yeddinci ayəsi nazil olana qədər Peyğəmbərin (s) sözlərinə əməl etdilər.[10]

İstinadlar

  1. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, h.q 1410, c.2, s.101
  2. İbn Kəsir, Əl-Bidayə, h.q 1410, c.3, s.203
  3. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1421, c.3, s.55
  4. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, s.117
  5. İbn Əsir, Əsədul-ğabə, h.q 1433, s.83
  6. Təbatəbai, Əl-Mizan, h.q 1430, c.4, s.299-301
  7. Təbərsi, Məcməul-bəyan, h.q 1427, c.3, s.19; Feyz Kaşani, Əs-Safi, h.q 1419, c.2, s.192
  8. Sələbi, Təfsiru Sələbi, h.q 1422, c.3, s.260
  9. İbn Cəvzi, Zadul-məsir, h.q 1423, s.259
  10. Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.q 1427, c.6, s.78

Ədəbiyyat

  • İbn Əsir, İzəddin, Əsədul-ğabə, Beyrut, Daru ibn Həzm, h.q 1433
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Zadul-məsir fi elmit-təfsir, Beyrut, Əl-Məktəbətul-İslami, h.q 1423
  • İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Qahirə, h.q 1421
  • İbn Kəsir, Əl-Hafiz, Əl-Bidayə, Məktəbətul-məarif, h.q 1410
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
  • İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1410
  • Sələbi, Əhməd ibn Məhəmməd, Təfsiru Sələbi, Beyrut, h.q 1422
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, h.q 1430
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Darul-mürtəza, h.q 1427
  • Feyz Kaşani, Möhsin, Əs-Safi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1419
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li-əhkamil-Quran, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1427