Qədir-Xumda təam vermək (mərasim)

wikishia saytından
(Qədir-Xum günü ehsan vermək səhifəsindən yönləndirilmişdir)
Qədir-Xumda təam vermək
Qədir-xum günündə iyirmi min nəfər üçün hazırlanan təam (Əbdül-Əzim hərəmi)[1]
Qədir-xum günündə iyirmi min nəfər üçün hazırlanan təam (Əbdül-Əzim hərəmi)[1]
Keçirilmə zamanı18 Zilhiccə
Keçirilmə məkanıMəscid - Ev - Hüseyniyyələr - Ümumi məkanlar
Tarixinin mənşəyiMəsumların (ə) ənənəsi
Əşyalar və simvollarİmam Əli (ə) ilə beyətin yenilənməsi


Qədir-Xumda təam vermək (ərəbcə: الإطعام في عيد الغدير) Qədir gününü qeyd etmək üçün şiələrin həyata keçirdiyi adət və ənənələrdən biridir ki, hədislərdə ona tövsiyə edilmişdir. İmam Rzanın (ə) nəql etdiyi bir rəvayətə görə, Qədir-Xum günündə təam verməyin savabı bütün peyğəmbərlərə və siddiqlərə təam verməyin savabı ilə bərabərdir və şiələrdən istənilir ki, Qədir-Xum günündə imkanları çatdığı qədər təam verməkdə iştirak etsinlər.

Qədir-Xumda təam vermək İran, Əfqanıstan, Pakistan və Türkiyə kimi müxtəlif ölkələrdə fərqli adət və üsullarla həyata keçirilir. İranda insanlar evlərdə, məscidlərdə və hüseyniyyələrdə təam və ehsanlar verirlər. 2023-cü ildə Tehranda keçirilən 10 kilometrlik Qədir-Xum şənliyində 1300 ehsan verən iştirakçılara xidmət etdi.

Şiələrin ənənəsi

Qədir-Xum bayramında təam vermək və ya başqalarına yemək vermək Qədir günündə şiələrin adət və ənənələrindən hesab olunur.[2] Qədir-Xumda təam vermək şiələrin Qədir gününü qeyd etmək və həmçinin İmam Əliyə (ə) beyətlərini təzələmək üçün etdikləri adətlərdən hesab olunur.[3] İmam Sadiqdən (ə) rəvayət edilən bir hədisdə Qədir-Xum günü "itamu-təam" (təam vermək) olaraq adlandırılmışdır.[4]

Qədir-Xumda təam vermək müxtəlif ölkələrin şiələrinin diqqət mərkəzində olub; Əfqanıstanda seyidlər öz qonşularına və qohumlarına yemək və ehsan verirlər.[5] Pakistanın Lahor, Kəraçi, Kvetta və Pişəvər kimi müxtəlif bölgələrində Qədir-Xum bayramı zamanı yemək süfrələri açılır.[6] Türkiyənin bəzi bölgələrində ələvilər Qədir-Xum bayramı günü "hərisə" adlı yemək paylayırlar.[7]

İranda bu ənənə insanlar tərəfindən evlərdə, məscidlərdə, təkyələrdə və hüseyniyyələrdə həyata keçirilir.[8] 2023-cü ildə Tehranda milyonlarla insanın iştirakı ilə keçirilən 10 kilometrlik Qədir-Xum şənliyində 1300-dən çox ehsan verən iştirakçılara xidmət etdi.[9] İmam Rza (ə) hərəmi də 2021-ci ildə "Qədir-Xum ehsanı" kampaniyasını təşkil edərək və insanları bu işdə iştirak etməyə cəlb etməklə İranın hər yerində bir milyon yemək payladı.[10]

Qədir-Xum ehsanında İmamların (ə) həyat tərzi və tövsiyəsi

Bəzi məlumatlara görə, İmamlar (ə) Qədir-Xum günündə şiələri təam verməyə təşviq edirdilər; hədisdə olduğu kimi, Qədir-Xum günü oruc tutmaq, bayramlıq vermək və sileyi-rəhmlə (qohum-əqrəba və yaxınlara baş çəkmək) yanaşı təam vermək də tövsiyə edilmişdir.[11] İmam Rzadan (ə) nəql olunan bir rəvayətdə şiələrdən istənilir ki, bacardıqları və imkanları çatdığı qədər Qədir-Xum yeməyi verməkdə iştirak etsinlər.[12]

Şeyx Tusinin (vəfatı: Hicri 413-cü il) "Misbahul-Mütəhəccid" kimi müxtəlif kitablarda zikr edilən rəvayətlərə əsasən, İmam Rza (ə) Qədir-Xum bayramı axşamında iftar üçün xüsusi səhabələrini yanında saxlayır və və onların ailələrinə hədiyyələrlə birlikdə yemək göndərirmiş.[13]

Qədir-Xumda təam verməyin savabı

İmam Rzadan (ə) nəql olunan bir rəvayətdə Qədir-Xum günü möminə yemək vermənin savabı bütün peyğəmbərlərə və siddiqlərə (doğrulara) təam verməyin savabı qədərdir.[14] Həmçinin İmam Rzanın (ə) nəql etdiyi İmam Əlinin (ə) Qədir-Xum günü bəyan etdiyi xütbəsində buyurulur: "Hər kim Qədir-Xum günü bir möminə iftar verərsə, sanki on fiama iftar vermişdir". İmam Əli (ə) hər fiamı yüz min peyğəmbərə, siddiqə və şəhidə bərabər məna etmişdir. Həmçinin İmam (ə), təam verən şəxs üçün Allah tərəfindən küfr və yoxsulluqdan amanda qalmağa zəmanət vermişdir.[15]

Hədislərdə fəqirlərə,[16] möminlərə,[17] din qardaşlarına[18] yemək vermək, həmçinin Qədir-Xum günü oruc tutanlara[19] iftar verməyə tövsiyə edilmişdir. Qədir-Xum günü oruc tutmağın müstəhəb olması[20] şiələr arasında məşhurdur.[21]

İstinadlar

  1. «اطعام غدیر / پخت و توزیع بیش از ۲۰ هزار غذا در روز عیدسعید غدیرخم / عکس: اسدی»
  2. «طعام روز غدیر؛ سنتی فراموش شده», Mehr xəbər agentliyi
  3. «عید غدیر خم چه آداب و رسومی دارد؟», Mizan
  4. Hilli, Əl-Udədul-qəviyyə, h.q 1408, s.169
  5. «آداب و رسوم کشورهای مختلف برای برگزاری عید ولایت», Mehr xəbər agentliyi
  6. «آئین‌های «عید غدیر» با حضور پیروان امامت و ولایت در پاکستان برگزار شد + فیلم», İrna
  7. «Gadir Hum Nedir, Ğadir Hum Bayramı Nasıl Kutlanılır», Bölge Gündem Haber.
  8. «جشن غدیر از آذربایجان تا خوزستان/سفره علوی در سراسر ایران پهن شد», Mehr xəbər agentliyi
  9. «جزئیات جشن ۱۰ کیلومتری غدیر در تهران اعلام شد»
  10. «برپایی پویش “اطعام غدیر” و جلب مشارکت مردمی، یک میلیون وعده غذا را در سراسر کشور طبخ و توزیع شد», Bunyade kəraməte rəzəvi
  11. Hilli, Əl-Udədul-qəviyyə, h.q 1408, s.169
  12. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.757
  13. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.757; İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.461
  14. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.465
  15. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.758; İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.463-464; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.10, s.445
  16. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.757; Məclisi, Biharul-ənvar, h.q 1403, c.94, s.117
  17. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.463
  18. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.475
  19. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.758
  20. Xətib Bağdadi, Tarixul-Bağdadi, Beyrut, c.8, s.284
  21. «آیا حدیث اطعام روز غدیر امام صادق(ع) صحت دارد؟»

Ədəbiyyat