10 Ramazan
(Ramazan ayının 10-cu gününün duası səhifəsindən yönləndirilmişdir)
10 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 246-cı günüdür.
- 10 Besət: Həzrət Muhəmmədin (s) həyat yoldaşı Həzrət Xədicənin (s) vəfatı.
- H.q 60: İmam Hüseynə (ə) Kufəlilərin məktublarının ilk partiyasının gəlməsi.
Ramazan ayının onuncu gününün xüsusi əməlləri və duaları | |
Namaz |
|
Günün duası |
وَ اجْعَلْنِی فِیهِ مِنَ الْفَائِزِینَ لَدَیک وَ اجْعَلْنِی فِیهِ مِنَ الْمُقَرَّبِینَ إِلَیک بِإِحْسَانِک یا غَایةَ الطَّالِبِینَOxunuşu: Əllahumməc`əlni fihi minəl mutəvvəkkilinə ələyk, vəc`əlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin. Tərcüməsi: İlahi, Öz ehsanınla bu gün məni Sənə təvəkkül edənlərdən və Öz dərgahında məni səadətə yetənlərdən qərar ver, məni yaxın bəndələrindən təyin et, ey istəyənlərin son hədəfi! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]