confirmed, movedable, templateeditor
14.840
edits
Sətir 108: | Sətir 108: | ||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə bəyənilmiş bir adətlə bəhrə ver ki, onu heç bir şeylə əvəz etməyim, məni haqq yoluna hidayət et ki, ondan heç cür üz döndərməyim, mənə düzgün və möhkəm bir niyyət ehsan et ki, onda şübhəyə düşməyim, məni o vaxta qədər sağ saxla ki, ömrün Sənin itaətində keçə, və ömrüm Şeytanın otlağı olmazdan öncə o düşmən mənə üz tutmazdan, yaxud qəzəbinə tuş olmazdan qabaq canımı al. İlahi! Mənim vücudumun bütün eybli xasiyyətlərini islah et, qınanılacağ heç bir eybi məndə saxlama, məndə olan bütün kəramətləri kamilləşdir. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və kin-küdurət | İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə bəyənilmiş bir adətlə bəhrə ver ki, onu heç bir şeylə əvəz etməyim, məni haqq yoluna hidayət et ki, ondan heç cür üz döndərməyim, mənə düzgün və möhkəm bir niyyət ehsan et ki, onda şübhəyə düşməyim, məni o vaxta qədər sağ saxla ki, ömrün Sənin itaətində keçə, və ömrüm Şeytanın otlağı olmazdan öncə o düşmən mənə üz tutmazdan, yaxud qəzəbinə tuş olmazdan qabaq canımı al. İlahi! Mənim vücudumun bütün eybli xasiyyətlərini islah et, qınanılacağ heç bir eybi məndə saxlama, məndə olan bütün kəramətləri kamilləşdir. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və kin-küdurət | ||
salanların kinini sevgiyə, təcavüz əhli-nin həsədini məhəbbətə, yaxşıların düşmənçiliyini dostluğa, səlah əhlinin bədgümanlığını e’timada, qohumların ayrılmalarını xoş rəftarlığa, qohumların bir-birinə yardım etməsi əvəzinə biri digərini incitmələrinə köməyə, zahir düzəldənlərin dostluğunu həmin dostluğa, həmsöhbətlərin bir-birindən eyb tutmalarını gözəl rəftara, zalımlardan olan qorxunun acılığını şirin-liyə döndər. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni mənə zülm edənə qalib et, mənimlə mübahisəyə, qalxanla iti dil ver, mənə qarşı düşmənçilik edənə qələbə qazandır, məni aldadana qarşı bir çarə et, məni həlak etmək istəyənə qarşı qüvvət ver ki, yalanı aşkar edim, mənə çəng atandan azad et, doğru yolu göstərənə itaətim üçün yardım et, hidayət edənə təslim olmağa müvəffəq et. | salanların kinini sevgiyə, təcavüz əhli-nin həsədini məhəbbətə, yaxşıların düşmənçiliyini dostluğa, səlah əhlinin bədgümanlığını e’timada, qohumların ayrılmalarını xoş rəftarlığa, qohumların bir-birinə yardım etməsi əvəzinə biri digərini incitmələrinə köməyə, zahir düzəldənlərin dostluğunu həmin dostluğa, həmsöhbətlərin bir-birindən eyb tutmalarını gözəl rəftara, zalımlardan olan qorxunun acılığını şirin-liyə döndər. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni mənə zülm edənə qalib et, mənimlə mübahisəyə, qalxanla iti dil ver, mənə qarşı düşmənçilik edənə qələbə qazandır, məni aldadana qarşı bir çarə et, məni həlak etmək istəyənə qarşı qüvvət ver ki, yalanı aşkar edim, mənə çəng atandan azad et, doğru yolu göstərənə itaətim üçün yardım et, hidayət edənə təslim olmağa müvəffəq et. | ||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə hiylə edənə yaxşılıq etməyə, məndən uzaqlaşana yaxşı mükafat verməyə, məni məhrum edənə bəxşiş etməyə, məndən üzülənə birləşməyə, qeybətimi edənə bəxşiş etməyə, yaxşılığa təşəkkür etməyə və pislikdən göz | |||
yummaqda mənə yardım et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə salehlərin zillət ilə bəzə, və bu işlərdə məni təqva əhlinin zinəti ilə ört: ədalət süfrəsi açmaqda, qəzəbi udmaqda, fitnə odunu söndürməkdə, pərakəndələri yığmaqda, insanların arasında islah etməkdə, yaxşı işləri aşkar etməkdə, eybləri örtməkdə, mülayim olmaqda, sadəlikdə, xoş rəftarda, vüqar gözəl davranış, fəzilətdə etməkdə, başaqalarına ehsan etməkdə, başqalarını məzzəmmət etməkdən göz yummaqdan ləyaqəti olmayana təmannasız bəxşiş etməkdə, ağır olsa belə haqq sözü deməkdə, hərçənd çox olsa da əməl və dilimdə yaxşılığı az bilməkdə, az olsa da belə əməl və danışığımda pisi çox bilməkdən. Və bütün bunları itaətə davam etməklə, müsəlman camaatla yanaşı olmaqla, dində bi’dət əhlini və öz rə’yinə əməl edəni başlamaqla kamilləşdir. | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər, qocalıq çağımda mənə ən bol ruzini nəsib et, çarəsizlik halımda özümün ən üstün qüvvəndən məni bəhrəmənd et, ibadətin yolunda məni süslüyə düçar etmə, məhəbbətinin əksinə olan işlər görməyə üçar, səndən uzaq olana yaxın olmağımı bəyənmə, Səninlə olandan uzaq düşməyimi xoşlama. İlahi! Elə et ki, Sənin güc və qüdrətinlə çətinliklərə hucum edim, və çarəsizlik zamanı Səndən başqasından bir şey diləmə, qorxu zamanı Səndən başqasına üz tutmağa düçar etmə ki, buna görə nəticədə Sənin tərəfindən e’tinasızlığa düçar olub rəhmətindən kənar edilməyim, ey rəhm edənlərin rəhm edəni! | |||
İlahi! Lütf göstər ki, Şeytanın sənə qarşı qəlbinə batil zündən saldığı bədgümanlıq, həsəd əvəzinə Sənin əzəmətini yad edim, qüdrətin haqqında düşünüm, düşmənlərini aradan aparmaq üçün çarə fikirləşim, Şeytanın dilimə saldığı yalan şəhadət, nasəza, söyüş, haqsız şəhadət, qeydə olan mö’minin qeybətini edib bu kimi işlər görmək əvəzinə Sənin tə’rifinə sözlər deyim, sənə səna | |||
etməkdə irəli edim, bütün varlığınıla Sənin böyüklüyünü sitayiş edim, ne’mətinin mükrünü əmələ gətirim, ehsanına e’tiraf edim, ne’mətlərini saymağa məşğul olum. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və zülmü məndən uzaqlaşdırdığına qadir ikən | |||
məni zülm görməyə qoyma, və icazə vermə ki, başqasına zülm edim, halbuki sən hiylə etməkdə Sən məndən daha qüdrətlisən, azmağımı bəyənmə, halbuki həqiqətən də məni hidayət etməyə qadirsən yoxsullaşmağımı istəmə, halbuki mənim ruzimin çoxalması Sənin yanındadır, və məni tüğyanla imtahan etmə ki, bütün əlimdəkilər Sənin tərəfindəndir. | |||
İlahi! əfvinə sarı gəlmişəm, bəxşi işinə tərəf üz gətirmişəm, Sənin bağışlamağına müştağam, lütfünə e’timad edib ehsanına arxalanıram, mənim yanımda elə bir şey yoxdur əfvinə nail etsin, nə də elə bir iş görməmişəm ki, bəxşişinə layiq olum, özümə etdiyim zülmlərlə Sənin lütfünə və ehsanına arxalanmandan başqa bir yolum yoxdur, belə isə Muhəmməd və onun soyuna səlavat | |||
göndər və mənə mərhəmət göstər. | |||
İlahi! Dilimi hidayətinə danışan, təqvanı qəlbimə ilham et və ən yaxşı adətə yönəlməyə yardım göstər məni hər şeydən çox ondan razı qaldığın işə yönəlt. İlahi! ən yaxşı yolu ayğım önündə qoy, məni o vaxta qədər az dinində saxla ki, onda ölüm və | |||
dirimin. | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni qənaət ne’məti ilə bəhrələndir, doğru və istiqamət əhlindən, xeyrinə yol göstərənlərdən və layiqli bəndələrindən qərar ver və qiyamət günü nicat tapıb əzab pusqusundan qaçmağı nəsib et. | |||
İlahi! öz nəfsimdən azadlığına səbəb olan şeyi özünə götür, islahına səbəb olacaq şeyi mənim üçün saxla çünki nəfsim həlakət astanasındadır, məgər bu ki, Sən onu qoruyasan. | |||
İlahi! qəmləndikcə Sən məni xoşhal edəsən, məhrum olduqda ümid yerisən, müsibət mənə hücum etdikdə pənahım Səndədir, əlimdən gedənlərin tədarükü Sənin yaşındadır, aradan gedənlərin İslahı Sənin tərəfindəndir, xoşa gəlməyənlərin dəyişilməsi Sənin əlindədir. Belə isə bəladan öncə əmin-amanlıqla, tələb etməzdən əvvəl dövlətli almaqla, və azmaqdan qabaq hidayətlə mənə | |||
minnət qoy və insanların əziyyətilərindən mənə kifayət et, qiyamət günündə amanda, olmağı nəsibim qərar ver, gözəl yolda olmağı mənə mərhəmət et. | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və öz lütfünlə bütün şərləri məndən qaytar, məni ne’mətinlə bəslə, kərəminlə islah et, ehsanınıla dərman et, rəhmət sayəndə bir yer ver, mənə razılıq xələtini geyindir və işlər bir-birinə qarışdıqda daha doğru olmağına, hadisələr nəzərimdə oxşarlaşdıqda onların ən yaxşısına, dinlər qarışdıqda onların ən üstününə yol göstər. | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və işlərdə yaxşılığa himayət et, mənə hidayətin doğruluğunu ehsan et, ruzi bolluğu ilə imtahan etmə, həyatda rahatlıq nəsib et, məişətimi ağırlaşdırma, duamı üstümə qaytarma, çünki mən Sənə şərik qoşmuram, Sən ola-ola hacət əlimi başqasına uzatmıram. | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni israfdan saxla, ruzimi tələf olmaqdan qoru, əlimdə olanları bərəkət verməklə çoxalt, o maldan xeyir işlərdə sərf etməkdə mənə rəhbərlik et. | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və çətinliklə ruzi gətirməkdən kifayət et, gümanım gəlməyən yerdən mənə ruzi ehsan et, ki, ruzi ələ gətirmək yolunda bəndəliyindən geri düşməyim, onun bəlasının çətinliyini çəkməyim. | |||
İlahi! ələ gətirmək üçün yolunda olduğum şeyləri öz qüdrətinlə mənim üçün hazır et, qorxduğum şeylərdən öz qüdrətinlə pənah ver. | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və abırlı dövlətli olmaqla qoru, məqam və dəyərimi yoxsulluqla alçatma ki, ruzi yeyənlərindən ruzi istəyim, məxluqatın pislərindən bəxşiş istəyim və nəticədə verdikləri şeyə görə məzəmmətə düçar olum, halbuki bəxşiş və onu əsirgəmək Sənin müqəddəs məqamına məxsusdur (və başqalarının əlindən bir şey gəlmir). | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə ibadətdə işimə yarayan salamatlıq zahidlikdə sərf edilən vaxt, işə bağladığım elm və qənaətli olmağı duzi et. | |||
İlahi! Həyatda öz əfvinlə sona yetir, arzumu rəhmətinlə həqiqətə çevir, razılığına yetişmək yollarını mənə hamarlaşdır, bütün hallarda əməllərimi yaxşılaşdır. | |||
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və xəbərsizlik halımda məni Səni yad etməyə ayılt, möhlət zamanında itaətinə yönəlt, eşqinə sarı olan yolu mənim üçün aç, onun səbəbi ilə dünya və axirət xeyrini məndən ötrü kamilləşdir. | |||
İlahi! Muhəmməd və onun soyuna ondan öncə bəndələrinə hədiyyə etdiyin ən üstün səlavat göndər, bizə bu dünyada da, o dünyada xeyir nəsib et, və Öz rəhmətinlə məni Cəhənnəm odundan qoru | |||
| | | | ||
}} | }} |