Məzmuna keç

Dəstəmaz: Redaktələr arasındakı fərq

wikishia saytından
imported>V.Safar
k V.Safar Dəztəmaz səhifəsinin adını Dəstəmaz olaraq dəyişdi.
imported>V.Safar
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
Dəstəmaz
: ''Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlərə əməl etmək üçün başqa mənbələrə müraciət edin.''
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlərə əməl etmək üçün başqa mənbələrə müraciət edin.

Dəstəmaz Allaha yaxınlıq niyyəti və xüsusi qaydalarla üzü və əlləri yumaq, baş və ayaqlara məsh çəkməkdir. Dəstəmazın özü müstəhəbbdir; Amma namazın, təvafın və digər bəzi ibadətlərin düzgünlüyünün şərti dəstəmazla yerinə yetirilməsidir. Dəstəmazsız Quran sətirlərinə və Allahın adına toxunmaq olmaz. Məscidə getmək, Qurani-Kərim oxumaq kimi hallarda dəstəmaz almaq müstəhəbdir. Tarixi mənbələrə görə, dəstəmazın hökmü Peyğəmbərin (s) peyğəmbərliyinin əvvəlində Məkkədə bəyan olunub. Maidə surəsinin altıncı ayəsi və həmçinin məsumlardan nəql olunan 400-dən çox rəvayət dəstəmaz haqqındadır. Hədislərdə dəstəmazın və dəstəmazın təzələnməsinin günahların pak olmasına, qəzəbin aradan getməsinə, ömrün uzanmasına, məhşərdə üzün nurlu olmasına və ruzinin artmasına səbəb olduğu bildirilir.
'''Dəstəmaz''' Allaha yaxınlıq niyyəti və xüsusi qaydalarla üzü və əlləri yumaq, baş və ayaqlara məsh çəkməkdir. Dəstəmazın özü müstəhəbbdir; Amma namazın, təvafın və digər bəzi ibadətlərin düzgünlüyünün şərti dəstəmazla yerinə yetirilməsidir. Dəstəmazsız Quran sətirlərinə və Allahın adına toxunmaq olmaz. Məscidə getmək, Qurani-Kərim oxumaq kimi hallarda dəstəmaz almaq müstəhəbdir. Tarixi mənbələrə görə, dəstəmazın hökmü Peyğəmbərin (s) peyğəmbərliyinin əvvəlində Məkkədə bəyan olunub. Maidə surəsinin altıncı ayəsi və həmçinin məsumlardan nəql olunan 400-dən çox rəvayət dəstəmaz haqqındadır. Hədislərdə dəstəmazın və dəstəmazın təzələnməsinin günahların pak olmasına, qəzəbin aradan getməsinə, ömrün uzanmasına, məhşərdə üzün nurlu olmasına və ruzinin artmasına səbəb olduğu bildirilir.<br>

Dəstəmaz tərtibi və irtimasi formada alına bilər. Tərtibi dəstəmazda əvvəlcə üz yuyulur, sonra əllər yuyulur, ondan sonra baş və ayaqlara məsh çəkilir. İrtimasi dəstəmaz da tərtibi dəstəmaz kimidir, yalnız üzü və əlləri yumaq əvəzinə suya salınıb dəstəmaz niyyəti edilir. Sonra isə baş və ayaqlara məsh çəkilir. Əgər yaranı açmaq çətin olarsa və ya su, yaraya zərərlidirsə, cəbirə dəstəmazı alınmalıdır.
Dəstəmaz tərtibi və irtimasi formada alına bilər. Tərtibi dəstəmazda əvvəlcə üz yuyulur, sonra əllər yuyulur, ondan sonra baş və ayaqlara məsh çəkilir. İrtimasi dəstəmaz da tərtibi dəstəmaz kimidir, yalnız üzü və əlləri yumaq əvəzinə suya salınıb dəstəmaz niyyəti edilir. Sonra isə baş və ayaqlara məsh çəkilir. Əgər yaranı açmaq çətin olarsa və ya su, yaraya zərərlidirsə, cəbirə dəstəmazı alınmalıdır.<br>

Şiələr və sünnilər arasında əllərin yuyulması, həmçinin dəstəmazda baş və ayaqlara məsh çəkmək üsulu ilə bağlı ixtilaflar vardır; O cümlədən, şiələr əlləri yuxarıdan aşağıya yumağı vacib hesab edir, sünnilər isə əlləri aşağıdan yuxarı yumağa inanırlar. Rəvayət mənbələrinə görə, Ömər ibn Xəttabın xilafətinin sonuna qədər müsəlmanlar arasında dəstəmazda böyük fərq yox idi və onların hamısı eyni şəkildə (İmamiyyə üsulu ilə) dəstəmaz alırdılar. İslam mənbələri üçüncü xəlifənin dövründən bəri dəstəmazda şiə və sünni arasında ixtilafların olması haqqında məlumat veriblər.

Tərif
== Tərif ==
Dəstəmaz Allaha yaxınlaşmaq və Onun əmrini yerinə yetirmək niyyəti ilə üz və əlləri yumaq, baş və ayaqları xüsusi şəkildə məsh (əl çəkmək) etməkdir.[1] Bu ibadət əməli namazın və təvafın düzgünlüyünün şərtidir, həmçinin Quranın yazısına toxunmağa icazənin şərtidir.[2]

Tarixi mənbələrə görə dəstəmaz Məkkədə və Peyğəmbərin (s) peyğəmbərliyinin əvvəlində Cəbrail (ə) vasitəsi ilə Peyğəmbərə (s) öyrədilmiş və Peyğəmbər (s) də bunu insanlara izah etmişdir.[3]
Tarixi mənbələrə görə dəstəmaz Məkkədə və Peyğəmbərin (s) peyğəmbərliyinin əvvəlində Cəbrail (ə) vasitəsi ilə Peyğəmbərə (s) öyrədilmiş və Peyğəmbər (s) də bunu insanlara izah etmişdir.[3]

Hökmlər
== Hökmlər ==
Əsas məqalə: Dəstəmaz ayəsi
: ''Əsas məqalə: [[Dəstəmaz ayəsi]]''
Dəstəmaz alma üsulu və əhəmiyyəti Quran və hədislərdə qeyd edilmişdir[4] Dəstəmazın hökmü "Maidə" surəsinin altıncı ayəsində olduğu üçün bu ayə, dəstəmaz ayəsi adlanır:[5]   
Dəstəmaz alma üsulu və əhəmiyyəti Quran və hədislərdə qeyd edilmişdir[4] Dəstəmazın hökmü "Maidə" surəsinin altıncı ayəsində olduğu üçün bu ayə, dəstəmaz ayəsi adlanır:[5]   
«یا أَیُّها الَّذینَ آمَنوا إِذا قُمتُم إِلَی الصَّلاةِ فَاغسِلوا وُجوهَكُم وَ أَیدیَكُم إِلَی الْمَرافِقِ وَ امسَحوا بِرُءُوسِكُم وَ أَرجُلَكُم إِلَی الكَعبَینِ» [6]
«یا أَیُّها الَّذینَ آمَنوا إِذا قُمتُم إِلَی الصَّلاةِ فَاغسِلوا وُجوهَكُم وَ أَیدیَكُم إِلَی الْمَرافِقِ وَ امسَحوا بِرُءُوسِكُم وَ أَرجُلَكُم إِلَی الكَعبَینِ» [6]
Sətir 20: Sətir 19:
Dəstəmaz almaq özlüyündə müstəhəbbdir.[8] Amma namaz qılmaq (meyit namazı istisna olmaqla), təvaf etmək, Quranın yazısına və Allahın adına toxunmaq üçün vacib olur.[9] Vacib ehtiyata əsasən, Peyğəmbərin (s), imamların (ə) və Həzrət Zəhranın (s) adlarına da toxunmaq üçün dəstəmaz alınmalıdır.[10] Bəzi hallarda o cümlədən; məscidə və imamların hərəminə getmək, Quran oxuyub gəzdirmək, bədənin bir hissəsini Quranın üz qabığına və ya yazısına toxundurmaq, həmçinin qəbiristanlıq əhlini ziyarət etmək üçün dəstəmaz almaq müstəhəbdir.[11]

Dəstəmazın növləri
=== '''Dəstəmazın növləri''' ===
Dəstəmazə tərtibi ya irtimasi formada almaq olar.[12] Həmçinin müəyyən şəraitdə bunu cəbirə formasında da almaq lazım olur.[13]
Dəstəmazə tərtibi ya irtimasi formada almaq olar.[12] Həmçinin müəyyən şəraitdə bunu cəbirə formasında da almaq lazım olur.[13]

Tərtibi dəstəmaz
'''Tərtibi dəstəmaz'''
Tərtibi dəstəmaz: Əvvəlcə saçların uzandığı yerdən çənənin sonuna qədər bir əl enində üzü yumaq lazımdır. Sonra dirsəkdən bir az yuxarıdan baş barmağa qədər əvvəlcə sağ əl, sonra isə sol əl yuyulur. Bundan sonra əllərin yuyulmasından qalan rütubətlə başın qabağına və alının üstünə məsh çəkilir. Sonra həmin nəmlə sağ ayağa və sol ayağa məsh çəkilir.[14]

İrtimasi dəstəmaz
'''İrtimasi dəstəmaz'''
Əsas məqalə: İrtimasi dəstəmaz
: ''Əsas məqalə: [[İrtimasi dəstəmaz]]''
İrtimasi dəstəmaz o deməkdir ki, insan niyyət etdikdən sonra[15] dəstəmaz niyyəti ilə üzünü, sonra isə əllərini suya batırmalıdır.[16] İrtimasi dəstəmazının ikinci üsulu isə belədir ki, əvvəlcə üzünü və əllərini suya batırır, dəstəmaz almaq niyyəti edir, sonra isə onları sudan çıxardır.[17] İrtimasi dəstəmazda Üz və əl yuyulduqdan sonra məsh edilir.[18]
'''İrtimasi dəstəmaz''' o deməkdir ki, insan niyyət etdikdən sonra[15] dəstəmaz niyyəti ilə üzünü, sonra isə əllərini suya batırmalıdır.[16] İrtimasi dəstəmazının ikinci üsulu isə belədir ki, əvvəlcə üzünü və əllərini suya batırır, dəstəmaz almaq niyyəti edir, sonra isə onları sudan çıxardır.[17] İrtimasi dəstəmazda Üz və əl yuyulduqdan sonra məsh edilir.[18]

Cəbirə dəstəmazı
'''Cəbirə dəstəmazı'''
Cəbirə dəstəmazı: Dəstəmazda yuyulan və ya məsh edilən bədən üzvlərindən birində yara və ya sınıq olarsa, onu yumaq və ya məsh etmək mümkün deyilsə, normal şəkildə dəstəmaz almaq lazımdır. Amma yaralı və ya sınıq bədən üzvünü yumaq və ya məsh etmək əvəzinə yaş əli cəbirənin üstünə çəkmək lazımdır.[19]

"Cəbirə" yaranı bağlamaq üçün istifadə edilən parça və ya hər hansı bir şeydir.[20] "Cəbirə" dəstəmazı ancaq sarğını açmaq çətin və ya zərərli olarsa, yaxud yara və ya sınığa birbaşa su tökmək olmazsa, caizdir.[21 ]
"Cəbirə" yaranı bağlamaq üçün istifadə edilən parça və ya hər hansı bir şeydir.[20] "Cəbirə" dəstəmazı ancaq sarğını açmaq çətin və ya zərərli olarsa, yaxud yara və ya sınığa birbaşa su tökmək olmazsa, caizdir.[21 ]<br>
 
Bəzi hallarda dəstəmaz əvəzinə təyəmmüm etmək vacibdir; Məsələn, namazın vaxtı o qədər dar olar ki, dəstəmaz almaq namazın hamısının və ya bir hissəsinin vaxtından sonra qılınmasına səbəb olar.[22] Həmçinin su olmayan və ya suyun bədənə zərərli olduğu yerlərdə dəstəmaz əvəzinə təyəmmüm yerinə yetirilir.[23] Cənabət qüslu verən şəxs namaz qılmaq üçün dəstəmaz almamalıdır. Həmin qüsl dəstəmazı da əvəz edər.[24]

Dəstəmaz necə batil olur?
== '''Dəstəmaz necə batil olur?''' ==
Dəstəmaz bir neçə yolla batil olur, fiqh mənbələrində dəstəmazı batil edənlər (dəstamazı batil edən şeylər) "hədəs əsğər" (kiçik hədəs) kimi qeyd olunur;[25] Onlardan bəziləri bunlardır:
Dəstəmaz bir neçə yolla batil olur, fiqh mənbələrində dəstəmazı batil edənlər (dəstamazı batil edən şeylər) "hədəs əsğər" (kiçik hədəs) kimi qeyd olunur;[25] Onlardan bəziləri bunlardır:

    İnsanlardan sidik, nəcis və ya mədə yelinin çıxması.
* İnsanlardan sidik, nəcis və ya mədə yelinin çıxması.
    Yuxu (qulaqlar eşitməsin və gözlər görməsin), dəlilik, sərxoşluq və huşsuzluq.[26]
* Yuxu (qulaqlar eşitməsin və gözlər görməsin), dəlilik, sərxoşluq və huşsuzluq.[26]
    Qüsl etməyə səbəb olan şeylər; Cənabət və ölüyə toxunmaq (məss-meyyit) kimi.[27]
* Qüsl etməyə səbəb olan şeylər; Cənabət və ölüyə toxunmaq (məss-meyyit) kimi.[27]
Fazil Miqdadın dediyinə görə, bəzi sünni fəqihləri naməhrəm kişi ilə qadının bədənlərinin dərilərinin bir-birinə toxunmasının dəstəmazı batil etdiyini hesab edirlər. Onlar Kəsainin qiraətinə istinad ediblər ki, o, «أَوْ لامَسْتُمُ النِّسا»[28] ayəsində "Laməstum" sözünü "ləməstum" qiraət etmişdir. Lakin şiə fəqihlərinə görə "Ləməstum" sözü cinsi əlaqəyə işarədir.[29]

Şiə və sünni dəstəmazının fərqi
== Şiə və sünni dəstəmazının fərqi ==
Əsas məqalələr: Dəstəmaz ayəsi § Əlləri yumaq və xuffəynə (ayaqqabının üstünə) məsh çəkmək
: ''Əsas məqalələr: Dəstəmaz ayəsi Əlləri yumaq və xuffəynə (ayaqqabının üstünə) məsh çəkmək<br>
 
Dəstəmaz məsələsində şiələr və sünnilər arasında əllərin yuyulması, həmçinin baş və ayaqların məsh edilməsi məsələsində ixtilaf vardır.[30]
Dəstəmaz məsələsində şiələr və sünnilər arasında əllərin yuyulması, həmçinin baş və ayaqların məsh edilməsi məsələsində ixtilaf vardır.[30]
Dəstəmazla bağlı şiələr və sünnilər arasında ixtilaflar daha çox "Maidə" surəsinin altıncı ayəsinin mənasını başa düşməkdə və ya qiraətindəki ixtilaflardan qaynaqlanır.[31]
Dəstəmazla bağlı şiələr və sünnilər arasında ixtilaflar daha çox "Maidə" surəsinin altıncı ayəsinin mənasını başa düşməkdə və ya qiraətindəki ixtilaflardan qaynaqlanır.[31]

22:33, 26 mart 2023 tarixinə olan versiya

Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlərə əməl etmək üçün başqa mənbələrə müraciət edin.

Dəstəmaz Allaha yaxınlıq niyyəti və xüsusi qaydalarla üzü və əlləri yumaq, baş və ayaqlara məsh çəkməkdir. Dəstəmazın özü müstəhəbbdir; Amma namazın, təvafın və digər bəzi ibadətlərin düzgünlüyünün şərti dəstəmazla yerinə yetirilməsidir. Dəstəmazsız Quran sətirlərinə və Allahın adına toxunmaq olmaz. Məscidə getmək, Qurani-Kərim oxumaq kimi hallarda dəstəmaz almaq müstəhəbdir. Tarixi mənbələrə görə, dəstəmazın hökmü Peyğəmbərin (s) peyğəmbərliyinin əvvəlində Məkkədə bəyan olunub. Maidə surəsinin altıncı ayəsi və həmçinin məsumlardan nəql olunan 400-dən çox rəvayət dəstəmaz haqqındadır. Hədislərdə dəstəmazın və dəstəmazın təzələnməsinin günahların pak olmasına, qəzəbin aradan getməsinə, ömrün uzanmasına, məhşərdə üzün nurlu olmasına və ruzinin artmasına səbəb olduğu bildirilir.

Dəstəmaz tərtibi və irtimasi formada alına bilər. Tərtibi dəstəmazda əvvəlcə üz yuyulur, sonra əllər yuyulur, ondan sonra baş və ayaqlara məsh çəkilir. İrtimasi dəstəmaz da tərtibi dəstəmaz kimidir, yalnız üzü və əlləri yumaq əvəzinə suya salınıb dəstəmaz niyyəti edilir. Sonra isə baş və ayaqlara məsh çəkilir. Əgər yaranı açmaq çətin olarsa və ya su, yaraya zərərlidirsə, cəbirə dəstəmazı alınmalıdır.

Şiələr və sünnilər arasında əllərin yuyulması, həmçinin dəstəmazda baş və ayaqlara məsh çəkmək üsulu ilə bağlı ixtilaflar vardır; O cümlədən, şiələr əlləri yuxarıdan aşağıya yumağı vacib hesab edir, sünnilər isə əlləri aşağıdan yuxarı yumağa inanırlar. Rəvayət mənbələrinə görə, Ömər ibn Xəttabın xilafətinin sonuna qədər müsəlmanlar arasında dəstəmazda böyük fərq yox idi və onların hamısı eyni şəkildə (İmamiyyə üsulu ilə) dəstəmaz alırdılar. İslam mənbələri üçüncü xəlifənin dövründən bəri dəstəmazda şiə və sünni arasında ixtilafların olması haqqında məlumat veriblər.

Tərif

Dəstəmaz Allaha yaxınlaşmaq və Onun əmrini yerinə yetirmək niyyəti ilə üz və əlləri yumaq, baş və ayaqları xüsusi şəkildə məsh (əl çəkmək) etməkdir.[1] Bu ibadət əməli namazın və təvafın düzgünlüyünün şərtidir, həmçinin Quranın yazısına toxunmağa icazənin şərtidir.[2] Tarixi mənbələrə görə dəstəmaz Məkkədə və Peyğəmbərin (s) peyğəmbərliyinin əvvəlində Cəbrail (ə) vasitəsi ilə Peyğəmbərə (s) öyrədilmiş və Peyğəmbər (s) də bunu insanlara izah etmişdir.[3]

Hökmlər

Əsas məqalə: Dəstəmaz ayəsi

Dəstəmaz alma üsulu və əhəmiyyəti Quran və hədislərdə qeyd edilmişdir[4] Dəstəmazın hökmü "Maidə" surəsinin altıncı ayəsində olduğu üçün bu ayə, dəstəmaz ayəsi adlanır:[5] «یا أَیُّها الَّذینَ آمَنوا إِذا قُمتُم إِلَی الصَّلاةِ فَاغسِلوا وُجوهَكُم وَ أَیدیَكُم إِلَی الْمَرافِقِ وَ امسَحوا بِرُءُوسِكُم وَ أَرجُلَكُم إِلَی الكَعبَینِ» [6] Ey iman gətirənlər, namaza qalxdığınız zaman üzünüzü və əllərinizi dirsəklərinizlə yuyun, başınıza və ayaqlarınıza topuqlara qədər məsh edin.[7]

Dəstəmaz almaq özlüyündə müstəhəbbdir.[8] Amma namaz qılmaq (meyit namazı istisna olmaqla), təvaf etmək, Quranın yazısına və Allahın adına toxunmaq üçün vacib olur.[9] Vacib ehtiyata əsasən, Peyğəmbərin (s), imamların (ə) və Həzrət Zəhranın (s) adlarına da toxunmaq üçün dəstəmaz alınmalıdır.[10] Bəzi hallarda o cümlədən; məscidə və imamların hərəminə getmək, Quran oxuyub gəzdirmək, bədənin bir hissəsini Quranın üz qabığına və ya yazısına toxundurmaq, həmçinin qəbiristanlıq əhlini ziyarət etmək üçün dəstəmaz almaq müstəhəbdir.[11]

Dəstəmazın növləri

Dəstəmazə tərtibi ya irtimasi formada almaq olar.[12] Həmçinin müəyyən şəraitdə bunu cəbirə formasında da almaq lazım olur.[13]

Tərtibi dəstəmaz Tərtibi dəstəmaz: Əvvəlcə saçların uzandığı yerdən çənənin sonuna qədər bir əl enində üzü yumaq lazımdır. Sonra dirsəkdən bir az yuxarıdan baş barmağa qədər əvvəlcə sağ əl, sonra isə sol əl yuyulur. Bundan sonra əllərin yuyulmasından qalan rütubətlə başın qabağına və alının üstünə məsh çəkilir. Sonra həmin nəmlə sağ ayağa və sol ayağa məsh çəkilir.[14]

İrtimasi dəstəmaz

Əsas məqalə: İrtimasi dəstəmaz

İrtimasi dəstəmaz o deməkdir ki, insan niyyət etdikdən sonra[15] dəstəmaz niyyəti ilə üzünü, sonra isə əllərini suya batırmalıdır.[16] İrtimasi dəstəmazının ikinci üsulu isə belədir ki, əvvəlcə üzünü və əllərini suya batırır, dəstəmaz almaq niyyəti edir, sonra isə onları sudan çıxardır.[17] İrtimasi dəstəmazda Üz və əl yuyulduqdan sonra məsh edilir.[18]

Cəbirə dəstəmazı Cəbirə dəstəmazı: Dəstəmazda yuyulan və ya məsh edilən bədən üzvlərindən birində yara və ya sınıq olarsa, onu yumaq və ya məsh etmək mümkün deyilsə, normal şəkildə dəstəmaz almaq lazımdır. Amma yaralı və ya sınıq bədən üzvünü yumaq və ya məsh etmək əvəzinə yaş əli cəbirənin üstünə çəkmək lazımdır.[19] "Cəbirə" yaranı bağlamaq üçün istifadə edilən parça və ya hər hansı bir şeydir.[20] "Cəbirə" dəstəmazı ancaq sarğını açmaq çətin və ya zərərli olarsa, yaxud yara və ya sınığa birbaşa su tökmək olmazsa, caizdir.[21 ]

Bəzi hallarda dəstəmaz əvəzinə təyəmmüm etmək vacibdir; Məsələn, namazın vaxtı o qədər dar olar ki, dəstəmaz almaq namazın hamısının və ya bir hissəsinin vaxtından sonra qılınmasına səbəb olar.[22] Həmçinin su olmayan və ya suyun bədənə zərərli olduğu yerlərdə dəstəmaz əvəzinə təyəmmüm yerinə yetirilir.[23] Cənabət qüslu verən şəxs namaz qılmaq üçün dəstəmaz almamalıdır. Həmin qüsl dəstəmazı da əvəz edər.[24]

Dəstəmaz necə batil olur?

Dəstəmaz bir neçə yolla batil olur, fiqh mənbələrində dəstəmazı batil edənlər (dəstamazı batil edən şeylər) "hədəs əsğər" (kiçik hədəs) kimi qeyd olunur;[25] Onlardan bəziləri bunlardır:

  • İnsanlardan sidik, nəcis və ya mədə yelinin çıxması.
  • Yuxu (qulaqlar eşitməsin və gözlər görməsin), dəlilik, sərxoşluq və huşsuzluq.[26]
  • Qüsl etməyə səbəb olan şeylər; Cənabət və ölüyə toxunmaq (məss-meyyit) kimi.[27]

Fazil Miqdadın dediyinə görə, bəzi sünni fəqihləri naməhrəm kişi ilə qadının bədənlərinin dərilərinin bir-birinə toxunmasının dəstəmazı batil etdiyini hesab edirlər. Onlar Kəsainin qiraətinə istinad ediblər ki, o, «أَوْ لامَسْتُمُ النِّسا»[28] ayəsində "Laməstum" sözünü "ləməstum" qiraət etmişdir. Lakin şiə fəqihlərinə görə "Ləməstum" sözü cinsi əlaqəyə işarədir.[29]

Şiə və sünni dəstəmazının fərqi

Əsas məqalələr: Dəstəmaz ayəsi və Əlləri yumaq və xuffəynə (ayaqqabının üstünə) məsh çəkmək

Dəstəmaz məsələsində şiələr və sünnilər arasında əllərin yuyulması, həmçinin baş və ayaqların məsh edilməsi məsələsində ixtilaf vardır.[30] Dəstəmazla bağlı şiələr və sünnilər arasında ixtilaflar daha çox "Maidə" surəsinin altıncı ayəsinin mənasını başa düşməkdə və ya qiraətindəki ixtilaflardan qaynaqlanır.[31] Şiələr məsumların rəvayətlərinə arxalanaraq[32], qeyd olunan ayədə «و أیدیکم إلی المرافق» ifadəsini əlləri aşağıdan yuxarı yumağa inanan dörd əhli-sünnə məzhəbinin əksinə olaraq, əlləri yuxarıdan aşağıya yumağın vacib olması mənasında olduğunu bildirirlər.[33] Həmçinin şiə fəqihlərinin hökmünə görə, sağ əlin yuyulması sol əldən əvvəl olmalıdır.[34] Sünni məzhəblərində bu hökm müstəhəb sayılır.[35] Dörd əhli-sünnə məzhəbi ayaqları topuqlarla birlikdə yumağı dəstəmazda vacib hesab edir.[36] Şiələr isə ayaq barmaqlarının ucundan ayağın üstündəki hündürlüyə qədər məsh çəkməyə inanırlar.[37] Şiə fiqhinə görə bu məsh də başı məsh çəkmək kimi dəstəmazın rütubətindən olmalıdır.[38] Həmçinin Malikiyyə və Hənəfiyyə dəstəmazda sıranı riayət etməyi Hənəfiyyə və Şafiiyyə ardıcıllığı riayət etməyi vacib hesab etmirlər. Amma şiələr və digər əhli-sünnə məzhəbləri onlara əməl etməyi vacib bilirlər.[39] Başa məsh etməkdə şiələr və sünnilər arasında ixtilaflar var; Onlardan biri budur ki, şiələrə görə, başın üzərinə məsh çəkmək bir həddə olsa ki, məsh çəkildi desələr kifayətdir. Habelə çox deyil, üç bağlı barmaq ölçüsündə olması müstəhəbdir.[40] Həmçinin şiə fiqhində dəstəmaz suyu ilə başa məsh etmək lazımdır və ona təzə su ilə məsh etmək olmaz.[41] Bununla belə, müxtəlif sünni məzhəblərində başın necə məsh ediləcəyi barədə müxtəlif fikirlər vardır;[42] Hənbəli fiqhinə görə, iki qulağı ilə birlikdə başın hamısına məsh çəkmək vacibdir.[43] Habelə başı məsh etmək üçün yeni sudan istifadə edilməlidir.[44] Maliki fiqhində başın hamısına məsh çəkilməlidir.[45] Hənəfi fiqhində isə başın dörddə birinə məsh çəkmək vacibdir.[46] Şafii məzhəbinə görə, başına minimum miqdarda məsh çəkmək kifayətdir və yeni su ilə məsh çəkmək lazımdır.[47]

Xuffəynə (ayaqqabıya) məsh çəkmək şiələrin düzgün hesab etmədiyi başqa bir ixtilaf məqamıdır.[48] Bunun üçün onlar "Maidə" surəsinin 6-cı ayəsinə və hədislərə istinad etmişlər.[49] Bu ixtlafa görə bəzi hallarda şiə dəstəmazı təqiyyə ilə müşayiət olunur və sünni dəstəmazı kimi olmuşdur: İmam Kazım (ə) Abbasi xilafətində xüsusi mövqeyə malik olan Əli ibn Yəqtinin məktubuna cavab olaraq, ona sünnilər kimi dəstəmaz almağı vacib edir ki, Harunər-Rəşid onun şiə olmasından xəbərdar olmasın.[50] Musa ibn Cəfər (ə) bundan əvvəl Əli ibn Yəqtindən Abbasi hökumətində qalıb şiələrə xidmət etməsini istəmişdi.[51] Bir halda ki, digər şiələrə Abbasilərlə əməkdaşlıq etməyi qadağan etmişdi.[52]

Osmanın dövründən dəstəmazda ixtilafın başlanması Bəzi tədqiqatçılar belə hesab edirlər ki, Peyğəmbərin (s) dövründə müsəlmanlar arasında dəstəmazda heç bir ixtilaf yox idi.[53] Həzrət Peyğəmbər (s) ayaqları yumaq əvəzinə, onlara məsh çəkməklə dəstəmaz alırdı.[54] Peyğəmbərin (s) dövründən əlavə, Əbu Bəkrin xilafətində də[55] dəstəmazla bağlı ixtilafdan bəhs edilməmişdir.[55] Ömər ibn Xəttabın xilafəti dövründə xuffəynə məsh çəkmək (ayaqlara məsh çəkmək) istisna olmaqla, dəstəmazla bağlı ixtilaflara dəlalət edən bir rəvayət yoxdur.[56] "Kənzul-Ummal"[57] kitabında və bəzi digər mənbələrdə[58] deyilənlərə əsasən, bəzi tədqiqatçılar üçüncü xəlifə (Osmanın) dövründən müsəlmanlar arasında dəstəmazda ixtilafların aşkar olmasına inanırlar.[59] ]Qeyd 1] Seyyid Əli Şəhristani İmam Əli (ə) ilə Ömər ibn Xəttab arasında xuffəynə (ayaqlara) məsh çəkmək haqqında ixtilafa istinad edərək, ikinci xəlifənin Osman ibn Əffandan fərqli olaraq dəstəmazda ayaqlarını yumadığına, əksinə, onları məsh etdiyinə inanır.[60 ] Şiələr dəstəmaz ayəsinə, eləcə də dəstəmazla bağlı rəvayətlərə əsaslanaraq, Peyğəmbərin (s) və səhabələrinin dəstəmazda İmamiyyə kimi ayaqlarına məsh çəkdiklərini, sünnilər kimi ayaqlarını yumadıqlarına inanırlar.[61] Həmçinin Peyğəmbərdən (s) əllərin yuyulması ilə bağlı rəvayətlər vardır ki, o həzrətin dəstəmazı şiələrin dəstəmazına bənzəyir və əlləri yuxarıdan aşağı yuyur.[62] Şiələrə görə, sünnilərin istinad etdiyi dəstəmazda ayaqların yuyulması rəvayətləri zəif və əsassızdır; Bundan əlavə, dəstəmaz ayəsinə də ziddir.[63]

Ədəb, müstəhəb və fəzilətlər Dəstəmaz zamanı bir neçə şey müstəhəb hesab edilmişdir; O cümlədən:

    Dəstəmazdan əvvəl dişləri fırçalamaq: Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində hər dəstəmazdan əvvəl dişləri fırçalamağı tövsiyə etmişdir.[64]
    Dəstəmazın əvvəlində Allahın adını çəkmək[65]
    Ağız və burunda suyu dolandırmaq[66]
   Dəstəmazın bütün işlərini edərkən hüzuri-qəlbə sahib olmaq

Dəstəmaz alarkən Qədr surəsini oxumaq, dəstəmazdan sonra Ayətül-kürsi oxumaq.

    Dəstəmaz suyu qabını sağ tərəfə qoymaq.[67]

Rəvayətlərə görə, İmam Əli (ə) dəstəmaz alarkən dualar oxuyurdu. Bu rəvayətlərə görə, kim dəstəmaz alarkən bu duanı oxuyarsa, Allah onun dəstəmaz suyunun hər damcısından bir mələk yaradar. O mələk Allahı təsbih edər, pak sayar və təkbir deməklə məşğul olar. Həmçinin onun savabını dəstəmaz alan üçün Qiyamət gününə qədər yazar.[68] Dəstəmazın əməllərinin hər birini yerinə yetirərkən qeyd olunan dualar bunlardır:

    Sağ əllə sol ələ su tökərkən: الْحَمْدُ للَّهِ الذی جَعَلَ الْماءَ طَهُوراً وَ لَمْ یَجْعلْه نَجِساً; "Suyu pak edən, onu murdar etməyən Allaha həmd və şükürlər olsun".[69]
    Təharət: اللَّهُمّ حَصِّنْ فَرْجی و أعِفّهُ وَ اسْتُر عَوْرتی و حَرّمنی عَلى النّار; "İlahi! Mənim övrətimi haramdan qoru, onu iffətli et, üstünü ört və onu atəşə haram et".[70]
    Burnuna su dolandırmaq: اللّهم لا تحرّم عليَّ ريحَ الجنّة و اجعلني ممّن يشمّ 

ريحها و طيبها و ريحانها; İlahi! Mənə behiştin qoxusunu haram etmə və məni onun qoxusunu, ətrini və ətirli bitkilərini duyanlardan et.[71]

    Ağızda su dolandırmaq: اللّهمّ أنطق لساني بذكرك و اجعلني ممّن ترضى عنه; İlahi! Zikrində dilimi aç və məni razı olduğun kəslərdən et.[72]
    Üzü yumaq: اللّهم بيّض وجهي يوم تَسوّد فيه الوجوه و لا تُسَوّد وجهي يوم تبيضّ فيه الوجوه; İlahi! Üzlər qara olan gün üzümü ağ elə, üzlər ağ olduğu gün üzümü qara etmə.[73]
    Sağ əlin yuyulması: اللّهمّ أعطني كتابي بيميني و الخلد بيساري; İlahi! Əməl dəftərimi sağ əlimə, əbədiliyi isə sol əlimə ver.[74]
    Sol əlin yuyulması: اللّهمّ لا تعطني كتابي بشمالي و لا تجعلها مغلولة إلى عنقي و أعوذ بك من مقطّعات النّيران; İlahi! Əməl dəftərimi sol əlimə vermə və boynuma asma və odlu paltarlardan Sənə sığınıram.[75]
    Başa məsh çəkmək: اللّهمّ غشّني برحمتك و بركاتك و عفوك، اللهم غشّني برحمتك و بركاتك و عفوك; İlahi! Məni rəhmət, bərəkət və məğfirətinlə əhatə et.[76]
    Ayağa məsh çəkmək: اللّهمّ ثبّت قدميّ على الصّراط يوم تزلّ فيه الأقدام و اجعل سعيي فيما يرضيك عنّي; İlahi! Addımların sürüşdüyü o gündə addımlarımı sirat üzərində möhkəm et və səyimi sənin razı olduğun və məndən razı qaldığın işlərə sərf et.[77]

Şiə və sünni rəvayət mənbələrində dəstəmazın qaydaları, onun xüsusiyyətləri və fəzilətləri haqqında Peyğəmbər (s) və şiə imamlarından 400-dən çox hədis nəql edilmişdir;[78]

 Buna əsasən dəstəmaz günahların təmizlənməsinə,[79] qəzəbin yox olmasına,[80] ömürün uzun olmasına,[81] Məhşərdə üzün nurlu olmasına[82] və ruzinin artmasına[83] səbəb olur. Həmçinin dəstəmazı təzələməyin fəziləti[84] və dəstəmazın tövbə[85] olması haqqında da rəvayətlər vardır.

Əlaqəli məqalələr Təyəmmüm Qüsl