confirmed, movedable, templateeditor
15.813
edits
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
'''Peyğəmbərlər''' o şəxslərdir ki, Allah onların vasitəsilə insanı Özünə dəvət edir. Allah vəhy vasitəsilə peyğəmbərlərlə əlaqə saxlayır. | '''Peyğəmbərlər''' (ərəbcə: الأنبياء) o şəxslərdir ki, Allah onların vasitəsilə insanı Özünə dəvət edir. Allah vəhy vasitəsilə peyğəmbərlərlə əlaqə saxlayır. | ||
Məsumluq, qeyb elmini bilmək, möcüzələr və vəhy almaq (şəriət sahibi olmaq və təbliğ etmək) peyğəmbərlərin xüsusiyyətlərindəndir. Quranda odun İbrahimə (ə) soyuması, Musanın əsasının əjdahaya çevrilməsi, İsanın (ə) əli ilə ölülərin dirilməsi, şəqqul-qəmər (ayın ikiyə bölünməsi) və Qurani-Kərim kimi peyğəmbərlərin bəzi möcüzələrindən bəhs edilir. | Məsumluq, qeyb elmini bilmək, möcüzələr və vəhy almaq (şəriət sahibi olmaq və təbliğ etmək) peyğəmbərlərin xüsusiyyətlərindəndir. Quranda odun İbrahimə (ə) soyuması, Musanın əsasının əjdahaya çevrilməsi, İsanın (ə) əli ilə ölülərin dirilməsi, şəqqul-qəmər (ayın ikiyə bölünməsi) və Qurani-Kərim kimi peyğəmbərlərin bəzi möcüzələrindən bəhs edilir. | ||
Qurani-Kərimdə bəzi peyğəmbərlərin digər peyğəmbərlərdən üstünlüyü vurğulanır. Peyğəmbərlik məqamı ilə yanaşı, bəzi peyğəmbərlər risalət (rəsul olmaq), bəziləri isə imamət məqamına malikdir. Rəvayətlərə görə, ulul-əzm peyğəmbərlər, yəni Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s) digər peyğəmbərlərdən üstündürlər. İslam Peyğəmbəri (s) isə onların hamısından üstündür. Həmçinin peyğəmbərlərdən Şeys (ə), İdris (ə), Musa (ə), Davud (ə), İsa (ə) və Muhəmmədi (s) səmavi kitab sahibi, ulul-əzm peyğəmbərləri isə şəriət sahibi biliblər. | Qurani-Kərimdə bəzi peyğəmbərlərin digər peyğəmbərlərdən üstünlüyü vurğulanır. Peyğəmbərlik məqamı ilə yanaşı, bəzi peyğəmbərlər risalət (rəsul olmaq), bəziləri isə imamət məqamına malikdir. Rəvayətlərə görə, ulul-əzm peyğəmbərlər, yəni Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s) digər peyğəmbərlərdən üstündürlər. İslam Peyğəmbəri (s) isə onların hamısından üstündür. Həmçinin peyğəmbərlərdən Şeys (ə), İdris (ə), Musa (ə), Davud (ə), İsa (ə) və Muhəmmədi (s) səmavi kitab sahibi, ulul-əzm peyğəmbərləri isə şəriət sahibi biliblər. | ||
Məşhur rəyə görə, peyğəmbərlərin sayı 124 mindir. Onlardan 26-nın adı Quranda qeyd olunub. Həzrət Adəm (ə) ilk peyğəmbər, Həzrət Məhəmməd (s) isə sonuncu peyğəmbərdir | Məşhur rəyə görə, peyğəmbərlərin sayı 124 mindir. Onlardan 26-nın adı Quranda qeyd olunub. Həzrət Adəm (ə) ilk peyğəmbər, Həzrət Məhəmməd (s) isə sonuncu peyğəmbərdir | ||
Şiə alimləri öz əsərlərində peyğəmbərlərin tarixindən bəhs etmiş və bu barədə müstəqil kitablar yazıblar. Onlardan bəziləri bunlardır: Seyid Nemətullah Cəzayerinin yazdığı "Əl-Nurul-Mubin fi qisəsil-Ənbiya vəl-Mürsəlin", Rvəndinin yazdığı "Qisəsul-Ənbiya", Seyid Mürtəzanın yazdığı "Tənzihul-Ənbiya" və Əllamə Məclisinin yazdığı "Həyatul-Qulub" kitabı. | Şiə alimləri öz əsərlərində peyğəmbərlərin tarixindən bəhs etmiş və bu barədə müstəqil kitablar yazıblar. Onlardan bəziləri bunlardır: Seyid Nemətullah Cəzayerinin yazdığı "Əl-Nurul-Mubin fi qisəsil-Ənbiya vəl-Mürsəlin", Rvəndinin yazdığı "Qisəsul-Ənbiya", Seyid Mürtəzanın yazdığı "Tənzihul-Ənbiya" və Əllamə Məclisinin yazdığı "Həyatul-Qulub" kitabı. | ||
Peyğəmbər | == Peyğəmbər == | ||
Peyğəmbər və ya Nəbi, bəşərin vasitəçiliyi olmadan Allah tərəfindən xəbər verən,[1] Allahla məxluqlar arasında vasitəçi olan və məxluqları Allaha tərəf dəvət edən şəxsdir.[2] | Peyğəmbər və ya Nəbi, bəşərin vasitəçiliyi olmadan Allah tərəfindən xəbər verən,[1] Allahla məxluqlar arasında vasitəçi olan və məxluqları Allaha tərəf dəvət edən şəxsdir.[2] | ||
Vəhy almaq, qeybi bilmək,[3] məsum olmaq[4] və duası qəbul edilən olmaq[5] peyğəmbərlərin xüsusiyyətlərindəndir. Əksər İslam mütəkəllimləri peyğəmbərlərin həyatın bütün məsələlərində və mərhələlərində günah və xətadan məsum olduqlarına inanırlar.[6] Buna görə də Quranda peyğəmbərlərin istiğfar etməsi və Allahın onları bağışlaması haqqında söz açılır.[7] Həzrət Musa (ə) tərəfindən bir misirlinin öldürülməsi[8] Həzrət Yunisin (ə) risalətindən (təbliğindən) əl çəkməsi[9] və Həzrət Adəmin (ə) qadağan edilmiş meyvəni yeməsi[10] kimi məsələlərin tərki-övla olduğu bildirilir. Əksinə, bəzi mütəkəllimlər peyğəmbərlərin məsumluğunu yalnız nübüvvətlə bağlı məsələlərdə zəruri hesab edirlər. Həyatın cari işlərində isə peyğəmbərlərin səhv edə biləcəyinə inanırlar.[11] | Vəhy almaq, qeybi bilmək,[3] məsum olmaq[4] və duası qəbul edilən olmaq[5] peyğəmbərlərin xüsusiyyətlərindəndir. Əksər İslam mütəkəllimləri peyğəmbərlərin həyatın bütün məsələlərində və mərhələlərində günah və xətadan məsum olduqlarına inanırlar.[6] Buna görə də Quranda peyğəmbərlərin istiğfar etməsi və Allahın onları bağışlaması haqqında söz açılır.[7] Həzrət Musa (ə) tərəfindən bir misirlinin öldürülməsi[8] Həzrət Yunisin (ə) risalətindən (təbliğindən) əl çəkməsi[9] və Həzrət Adəmin (ə) qadağan edilmiş meyvəni yeməsi[10] kimi məsələlərin tərki-övla olduğu bildirilir. Əksinə, bəzi mütəkəllimlər peyğəmbərlərin məsumluğunu yalnız nübüvvətlə bağlı məsələlərdə zəruri hesab edirlər. Həyatın cari işlərində isə peyğəmbərlərin səhv edə biləcəyinə inanırlar.[11] | ||
Sayları və adları | == Sayları və adları == | ||
Peyğəmbərlərin sayı ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Əllamə Təbatəbai məşhur bir rəvayətə görə onların sayının 124.000 olduğunu bildirir.[12] Bu rəvayətə görə, peyğəmbərlərdən 313-ü rəsuldurlar. 600-ü Bəni-İsrail peyğəmbərləri və dördü Hud (ə), Saleh (ə), Şüeyb (ə) və Həzrət Muhəmməd (s) ərəbdirlər.[13] Digər rəvayətlərdə peyğəmbərlərin sayı 8 min,[14] 320 min,[15] və 144 min[16] nəfər qeyd edilir. Əllamə Məclisi ehtimal verir ki, 8 min sayı böyük peyğəmbərlərə aiddir.[17] İlk peyğəmbər Həzrət Adəm (ə),[18] sonuncu peyğəmbər isə Həzrət Muhəmməd (s) olmuşdur.[19] | Peyğəmbərlərin sayı ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Əllamə Təbatəbai məşhur bir rəvayətə görə onların sayının 124.000 olduğunu bildirir.[12] Bu rəvayətə görə, peyğəmbərlərdən 313-ü rəsuldurlar. 600-ü Bəni-İsrail peyğəmbərləri və dördü Hud (ə), Saleh (ə), Şüeyb (ə) və Həzrət Muhəmməd (s) ərəbdirlər.[13] Digər rəvayətlərdə peyğəmbərlərin sayı 8 min,[14] 320 min,[15] və 144 min[16] nəfər qeyd edilir. Əllamə Məclisi ehtimal verir ki, 8 min sayı böyük peyğəmbərlərə aiddir.[17] İlk peyğəmbər Həzrət Adəm (ə),[18] sonuncu peyğəmbər isə Həzrət Muhəmməd (s) olmuşdur.[19] | ||
Quranda bəzi peyğəmbərlərin adı çəkilmişdir.[20] Adəm (ə), Nuh (ə), İdris (ə), Hud (ə), Saleh (ə), İbrahim (ə), Lut (ə), İsmayıl (ə), Əl-Yəsə (ə), Zül-Kifl (ə), İlyas (ə), Yunis (ə), İshaq (ə), Yaqub (ə), Yusif (ə), Şüeyb (ə), Musa (ə), Harun (ə), Davud (ə), Süleyman (ə), Əyyub (ə), Zəkəriyya (ə), Yəhya (ə), İsa (ə) və Məhəmməd (s) Quranda adları çəkilən peyğəmbərlərdir.[21] Təfsirçilər belə hesab edirlər ki, Quranda İsmayıl ibn Hezqelin[qeyd 1] də adı çəkilir.[22] | Quranda bəzi peyğəmbərlərin adı çəkilmişdir.[20] Adəm (ə), Nuh (ə), İdris (ə), Hud (ə), Saleh (ə), İbrahim (ə), Lut (ə), İsmayıl (ə), Əl-Yəsə (ə), Zül-Kifl (ə), İlyas (ə), Yunis (ə), İshaq (ə), Yaqub (ə), Yusif (ə), Şüeyb (ə), Musa (ə), Harun (ə), Davud (ə), Süleyman (ə), Əyyub (ə), Zəkəriyya (ə), Yəhya (ə), İsa (ə) və Məhəmməd (s) Quranda adları çəkilən peyğəmbərlərdir.[21] Təfsirçilər belə hesab edirlər ki, Quranda İsmayıl ibn Hezqelin[qeyd 1] də adı çəkilir.[22] | ||
Bəziləri inanırlar ki, Quranda Ermya (ə) və Şmuel (ə) kimi bəzi peyğəmbərlərin sifətləri qeyd olunub, lakin onların adları çəkilməyib.[23] Quranda Ənbiya" adlı bir surə var. Bəzi surələr Yunis, Hud, Yusif, İbrahim, Məhəmməd və Nuh adları ilə adlandırılıblar. | Bəziləri inanırlar ki, Quranda Ermya (ə) və Şmuel (ə) kimi bəzi peyğəmbərlərin sifətləri qeyd olunub, lakin onların adları çəkilməyib.[23] Quranda Ənbiya" adlı bir surə var. Bəzi surələr Yunis, Hud, Yusif, İbrahim, Məhəmməd və Nuh adları ilə adlandırılıblar. | ||
Hədislərdə Şeys,[24] Hezqel,[25] Həbquq,[26] Danyal,[27] Cərcis,[28] Üzeyr,[29] Hənzələ[30] və Ərmyadan[31] peyğəmbər kimi yad edilir. Xızr,[32] Xalid ibn Sinan[33] və Zülqərneyn[34] kimi şəxslərin peyğəmbərliyində ixtilaf vardır. Həmçinin Əllamə Təbatəbainin fikrincə, Üzeyir də peyğəmbər olması aydın olmayan kəslərdəndir.[35] Quran ayələrinə əsasən, bəzi peyğəmbərlər eyni zamanda bir yerdə yaşayıblar; Onların arasında Musa (ə) Harunla (ə)[36] və İbrahim (ə) Lutla (ə)[37] eyni zamanda yaşayıblar. Həmçinin bəzi hədislərdən belə başa düşülür ki, bəzi peyğəmbərlər (s) bir-biriləri ilə birlikdə yaşayıblar. Nümunə olaraq, Seyid ibn Tavus "Luhuf" kitabında İmam Hüseyndən (ə) nəql edib ki, Məkkədən Kufəyə getməyə hazırlaşarkən Abdullah ibn Ömərə buyurdu: "Məgər bilmirsənmi ki, Bəni-İsrail o qədər irəli getdilər ki, sübhdən günəş çıxana kimi yetmiş ilahi peyğəmbəri şəhid etdilər. Sonra (bu dəhşətli cinayətin çirkinliyini və faciəsini hiss etmədən) ticarətlə məşğul oldular; Elə bil, heç bir fəlakət törətməyiblər?!"[38] Başqa bir rəvayətdə Məcməul-Bəyan Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət Əbu Ubeydə Cərraha buyurdu: "Ey Əbu Ubeydə! Bir günün əvvəlində Bəni-İsrail eyni vaxtda 43 peyğəmbəri qətlə yetirdilər. Bundan sonra Bəni-İsraildən 112 nəfər yaxşılığa əmr edib, pislikdən çəkindirmək məqsədi ilə peyğəmbərlərin qatillərinə qarşı qalxdılar. Onları da həmin günün sonunda öldürdülər.[39] | Hədislərdə Şeys,[24] Hezqel,[25] Həbquq,[26] Danyal,[27] Cərcis,[28] Üzeyr,[29] Hənzələ[30] və Ərmyadan[31] peyğəmbər kimi yad edilir. Xızr,[32] Xalid ibn Sinan[33] və Zülqərneyn[34] kimi şəxslərin peyğəmbərliyində ixtilaf vardır. Həmçinin Əllamə Təbatəbainin fikrincə, Üzeyir də peyğəmbər olması aydın olmayan kəslərdəndir.[35] Quran ayələrinə əsasən, bəzi peyğəmbərlər eyni zamanda bir yerdə yaşayıblar; Onların arasında Musa (ə) Harunla (ə)[36] və İbrahim (ə) Lutla (ə)[37] eyni zamanda yaşayıblar. Həmçinin bəzi hədislərdən belə başa düşülür ki, bəzi peyğəmbərlər (s) bir-biriləri ilə birlikdə yaşayıblar. Nümunə olaraq, Seyid ibn Tavus "Luhuf" kitabında İmam Hüseyndən (ə) nəql edib ki, Məkkədən Kufəyə getməyə hazırlaşarkən Abdullah ibn Ömərə buyurdu: "Məgər bilmirsənmi ki, Bəni-İsrail o qədər irəli getdilər ki, sübhdən günəş çıxana kimi yetmiş ilahi peyğəmbəri şəhid etdilər. Sonra (bu dəhşətli cinayətin çirkinliyini və faciəsini hiss etmədən) ticarətlə məşğul oldular; Elə bil, heç bir fəlakət törətməyiblər?!"[38] Başqa bir rəvayətdə Məcməul-Bəyan Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət Əbu Ubeydə Cərraha buyurdu: "Ey Əbu Ubeydə! Bir günün əvvəlində Bəni-İsrail eyni vaxtda 43 peyğəmbəri qətlə yetirdilər. Bundan sonra Bəni-İsraildən 112 nəfər yaxşılığa əmr edib, pislikdən çəkindirmək məqsədi ilə peyğəmbərlərin qatillərinə qarşı qalxdılar. Onları da həmin günün sonunda öldürdülər.[39] | ||
Rütbələr və dərəcələr | == Rütbələr və dərəcələr == | ||
(وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَىٰ بَعْضٍ) "Biz peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik"[81] ayəsinə əsasən, peyğəmbərlərin məqamı və dərəcəsi eyni deyil və onların bəziləri digərlərindən üstündür. Hədislərdə Həzrət Peyğəmbərin (s) məqamı digər peyğəmbərlərdən üstün hesab edilmişdir.[82][Qeyd 2] Yəhudilərin fikrincə, Bəni-İsrail peyğəmbərləri digər peyğəmbərlərdən üstündürlər. Onların arasında da Həzrət Musa (ə) başqalarından üstündür.83] | |||
Ulul-əzm | === Ulul-əzm === | ||
Əllamə Təbatəbaiyə görə, "Əhqaf" surəsinin 35-ci ayəsindəki "əzm" kəlməsinin mənası şəriətdir. Ulul-əzmdən məqsəd də şəriət sahibi olan peyğəmbərlərdir. Onun nəzərinə əsasən, şəriət sahibi olan beş peyğəmbər (Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Muhəmməd (ə)) Ulul-əzmdirlər.[84] Digərləri isə buna inanırlar ki, Ulul-əzm, şəriət sahibi olan Peyğəmbərlərə məxsus deyil.[85] Bir rəvayətə əsasən, Ulul-əzm peyğəmbərləri digər peyğəmbərlərdən üstündürlər.[86] | Əllamə Təbatəbaiyə görə, "Əhqaf" surəsinin 35-ci ayəsindəki "əzm" kəlməsinin mənası şəriətdir. Ulul-əzmdən məqsəd də şəriət sahibi olan peyğəmbərlərdir. Onun nəzərinə əsasən, şəriət sahibi olan beş peyğəmbər (Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Muhəmməd (ə)) Ulul-əzmdirlər.[84] Digərləri isə buna inanırlar ki, Ulul-əzm, şəriət sahibi olan Peyğəmbərlərə məxsus deyil.[85] Bir rəvayətə əsasən, Ulul-əzm peyğəmbərləri digər peyğəmbərlərdən üstündürlər.[86] | ||
Risalət məqamı | === Risalət məqamı === | ||
Məşhur nəzərə əsasən, "Nəbi" "Rəsul"dan daha ümumi anlayışdır. Hər Rəsul Nəbidir, lakin bütün peyğəmbərlər Rəsul deyillər.[87] Bir hədisə əsasən, 313 peyğəmbər Rəsul olmuşdur.[88] Nəbi ilə Rəsulun bəzi fərqləri bunlardan ibarətdir: | Məşhur nəzərə əsasən, "Nəbi" "Rəsul"dan daha ümumi anlayışdır. Hər Rəsul Nəbidir, lakin bütün peyğəmbərlər Rəsul deyillər.[87] Bir hədisə əsasən, 313 peyğəmbər Rəsul olmuşdur.[88] Nəbi ilə Rəsulun bəzi fərqləri bunlardan ibarətdir: | ||
* Rəsul yuxuda və ayıq olduğunda vəhy alır, Nəbi isə ancaq yuxuda vəhy alır.[89] | |||
* Rəsula vəhyi Cəbrayıl çatdırır, lakin Nəbiyə vəhy başqa mələklər, qəlbdən gələn ilham və ya doğru yuxu vasitəsilə edilir.[90] | |||
* Rəsul nübüvvət məqamından əlavə, höccəti tamamlamaqla da məsuldur.[91] | |||
* Rəsul şəriət sahibi və qayda-qanun qoyan şəxsdir, Nəbi isə başqasının şəriətini qoruyandır. Təbərsi bu kəlamı Cahizə nisbət vermişdir.[92] Əlbəttə, Təbərsi kimi bəzi təfsirçilər Nəbi və Rəsulu sinonim hesab edirlər.[93] | |||
Şəriət sahibi və təbliğ edən peyğəmbərlər | === Şəriət sahibi və təbliğ edən peyğəmbərlər === | ||
Bir bölümə əsasən, peyğəmbərlər iki qrupa bölünür: Şəriət sahibi olan peyğəmbərlər və təbliğ edən peyğəmbərlər.[94] Təbliğ edən peyğəmbərlərin vəzifəsi onların dövründə mövcud olan şəriəti təbliğ etmək, yaymaq, həyata keçirmək və şərh etməkdir. Amma Nuh, İbrahim, Musa və İsa[95] kimi şəriət sahibi olan[96] və yeni bir din gətirən peyğəmbərlər belə deyil. Onların sayı çox azdır.[97] | Bir bölümə əsasən, peyğəmbərlər iki qrupa bölünür: Şəriət sahibi olan peyğəmbərlər və təbliğ edən peyğəmbərlər.[94] Təbliğ edən peyğəmbərlərin vəzifəsi onların dövründə mövcud olan şəriəti təbliğ etmək, yaymaq, həyata keçirmək və şərh etməkdir. Amma Nuh, İbrahim, Musa və İsa[95] kimi şəriət sahibi olan[96] və yeni bir din gətirən peyğəmbərlər belə deyil. Onların sayı çox azdır.[97] | ||
İmamət məqamı | === İmamət məqamı === | ||
Həzrət İbrahimin ibtila ayəsinə əsasən bəzi peyğəmbərlər imamət məqamına da sahib olublar.[98] Bəzi rəvayətlərdə imamət məqamı peyğəmbərlik məqamından üstün sayılır. Çünki bu məqam İbrahimin (ə) ömrünün sonunda və peyğəmbərlikdən sonra ona verilmişdir.[99 | Həzrət İbrahimin ibtila ayəsinə əsasən bəzi peyğəmbərlər imamət məqamına da sahib olublar.[98] Bəzi rəvayətlərdə imamət məqamı peyğəmbərlik məqamından üstün sayılır. Çünki bu məqam İbrahimin (ə) ömrünün sonunda və peyğəmbərlikdən sonra ona verilmişdir.[99] | ||
"Ənbiya" surəsində İbrahim (ə), İshaq (ə), Yəqub (ə) və Lut (ə) peyğəmbərlər imam kimi təqdim edilir.[100] İmam Sadiqin (ə) bir hədisində Ulul-Əzm peyğəmbərlərin hamısı imamət məqamına malik sayılır.[101] | "Ənbiya" surəsində İbrahim (ə), İshaq (ə), Yəqub (ə) və Lut (ə) peyğəmbərlər imam kimi təqdim edilir.[100] İmam Sadiqin (ə) bir hədisində Ulul-Əzm peyğəmbərlərin hamısı imamət məqamına malik sayılır.[101] | ||
Mələklərdən üstün olmaq | === Mələklərdən üstün olmaq === | ||
Şeyx Mufidin dediyinə əsasən, imamiyyə və sünnilərdən olan əhli-hədis peyğəmbərlərin məqamını mələklərdən üstün hesab edir. Lakin sünnilərdən olan mötəzilələrin əksəriyyəti mələklərin peyğəmbərlərdən üstün olduğuna inanırlar.[102] | Şeyx Mufidin dediyinə əsasən, imamiyyə və sünnilərdən olan əhli-hədis peyğəmbərlərin məqamını mələklərdən üstün hesab edir. Lakin sünnilərdən olan mötəzilələrin əksəriyyəti mələklərin peyğəmbərlərdən üstün olduğuna inanırlar.[102]Bəzi hədislərdə İslam Peyğəmbərinin (s) və on iki İmamın (ə) məqamı mələklərdən yüksək hesab edilmişdir.[103] | ||
Kitab sahibi olan peyğəmbərlər | == Kitab sahibi olan peyğəmbərlər == | ||
Bir sıra peyğəmbərlərin səmavi kitabları var idi; Quran ayələrinə əsasən, Zəbur Həzrət Davudun (ə)[104], Tövrat Həzrət Musanın (ə),(qeyd 4) İncil Həzrət İsanın (ə)[105] və Quran Həzrət Məhəmməd peyğəmbərin (s) kitabıdır.[106] Quranda Həzrət İbrahim (ə) üçün kitabdan bəhs edilməmiş və onun üçün "suhuf" ifadəsi işlədilmişdir.[107] Həmçinin bir hədisə əsasən, Allah Şeysə (ə) 50, İdrisə (ə) 30 və İbrahimə (ə) 20-i səhifə göndərmişdir.[108] | Bir sıra peyğəmbərlərin səmavi kitabları var idi; Quran ayələrinə əsasən, Zəbur Həzrət Davudun (ə)[104], Tövrat Həzrət Musanın (ə),(qeyd 4) İncil Həzrət İsanın (ə)[105] və Quran Həzrət Məhəmməd peyğəmbərin (s) kitabıdır.[106] Quranda Həzrət İbrahim (ə) üçün kitabdan bəhs edilməmiş və onun üçün "suhuf" ifadəsi işlədilmişdir.[107] Həmçinin bir hədisə əsasən, Allah Şeysə (ə) 50, İdrisə (ə) 30 və İbrahimə (ə) 20-i səhifə göndərmişdir.[108] | ||
Təfsirçilər "Dini doğru-dürüst tutun, onda ayrılığa düşməyin! -deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi"[109] ayəsinə istinad edərək Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmmədi (s) şəriət sahibi sayırlar.[110] Bəzi hədislərdə bu peyğəmbərlərin "Ulul-əzm" kimi tanıdılmasının səbəbi də onların şəriətləridir.[111] | Təfsirçilər "Dini doğru-dürüst tutun, onda ayrılığa düşməyin! -deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi"[109] ayəsinə istinad edərək Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmmədi (s) şəriət sahibi sayırlar.[110] Bəzi hədislərdə bu peyğəmbərlərin "Ulul-əzm" kimi tanıdılmasının səbəbi də onların şəriətləridir.[111] | ||
Əllamə Təbatəbai deyir ki, Ulul-əzm peyğəmbərlərinin hər birinin bir kitabı və şəriəti olub.[112] Davud (ə),[113] Şeys (ə) və İdris (ə)[114] kimi Ulul-əzm olmayan peyğəmbərlərin kitabları şəriətin Ulul-əzm peyğəmbərlərə məxsus olması ilə ziddiyyət təşkil etmir. Çünki Ulul-əzm olmayan peyğəmbərlərin kitablarında hökmlər və şəriət yox idi.[115] | Əllamə Təbatəbai deyir ki, Ulul-əzm peyğəmbərlərinin hər birinin bir kitabı və şəriəti olub.[112] Davud (ə),[113] Şeys (ə) və İdris (ə)[114] kimi Ulul-əzm olmayan peyğəmbərlərin kitabları şəriətin Ulul-əzm peyğəmbərlərə məxsus olması ilə ziddiyyət təşkil etmir. Çünki Ulul-əzm olmayan peyğəmbərlərin kitablarında hökmlər və şəriət yox idi.[115] | ||
Möcüzələr | == Möcüzələr == | ||
Möcüzə, peyğəmbərləri yalançı peyğəmbərlik iddiaçılarından tanımağın yollarından biridir. Möcüzə Allah tərəfindən və Peyğəmbərin əli ilə görülən fövqəladə bir işdir. Həmçinin peyğəmbərlik iddiası və təhəddi (mübarizəyə dəvət) ilə birlikdədir.[116] Qurani-Kərim peyğəmbərlərin möcüzələrindən bəzilərini qeyd etmişdir; Salehin (ə) dəvəsi,[117] odun İbrahim (ə) üçün soyuması,[118] İbrahimin (ə) əli ilə dörd quşun dirilməsi,[119] Musanın (ə) əsanın əjdahaya çevrilməsi kimi doqquz möcüzəsi,[120] Bəni-İsrail qəbilələri üçün on iki bulaq suyunun axması[121] Dənizin yarılması və Bəni-İsrail üçün nicat yolunun açılması,[122] Yədi-bəyza (ağ əl),[123] Həzrət İsanın (ə) xəstələrə şəfa vermək, ölüləri diriltmək, palçığı quşa çevirmək kimi möcüzələri [124] və Həzrət Peyğəmbərin (s) Qurani-Kərim[125] və şəqqul-qəmər (ayın yarılması)[126] kimi möcüzələri peyğəmbərlərin məşhur möcüzələrindəndir ki, Quranda onlara işarə edilmişdir. İbn Cəvzi Həzrət Peyğəmbər (s) üçün 1000 möcüzə nəql edən mənbələrdən bəhs etmişdir.[127] | Möcüzə, peyğəmbərləri yalançı peyğəmbərlik iddiaçılarından tanımağın yollarından biridir. Möcüzə Allah tərəfindən və Peyğəmbərin əli ilə görülən fövqəladə bir işdir. Həmçinin peyğəmbərlik iddiası və təhəddi (mübarizəyə dəvət) ilə birlikdədir.[116] Qurani-Kərim peyğəmbərlərin möcüzələrindən bəzilərini qeyd etmişdir; Salehin (ə) dəvəsi,[117] odun İbrahim (ə) üçün soyuması,[118] İbrahimin (ə) əli ilə dörd quşun dirilməsi,[119] Musanın (ə) əsanın əjdahaya çevrilməsi kimi doqquz möcüzəsi,[120] Bəni-İsrail qəbilələri üçün on iki bulaq suyunun axması[121] Dənizin yarılması və Bəni-İsrail üçün nicat yolunun açılması,[122] Yədi-bəyza (ağ əl),[123] Həzrət İsanın (ə) xəstələrə şəfa vermək, ölüləri diriltmək, palçığı quşa çevirmək kimi möcüzələri [124] və Həzrət Peyğəmbərin (s) Qurani-Kərim[125] və şəqqul-qəmər (ayın yarılması)[126] kimi möcüzələri peyğəmbərlərin məşhur möcüzələrindəndir ki, Quranda onlara işarə edilmişdir. İbn Cəvzi Həzrət Peyğəmbər (s) üçün 1000 möcüzə nəql edən mənbələrdən bəhs etmişdir.[127] | ||
Möcüzələrin fərqli olması müxtəlif dövrlərdə insanların məlumat və ehtiyaclarının fərqli olması ilə bağlıdır. İlahi hikmətin tələbi budur ki, hər bir peyğəmbərin möcüzəsi onun dinləyicilərinin ehtiyaclarına uyğun olmalıdır. Məsələn, Həzrət Musanın (ə) dövründə sehr və cadu geniş yayılmışdı, Allah Musanın möcüzəsini əsa etmişdir ki, sehrbazlar buna bənzər bir şey gətirə bilməsinlər. Həmçinin bununla da başqalarına höccət və dəlili tamamlasın.[128] | Möcüzələrin fərqli olması müxtəlif dövrlərdə insanların məlumat və ehtiyaclarının fərqli olması ilə bağlıdır. İlahi hikmətin tələbi budur ki, hər bir peyğəmbərin möcüzəsi onun dinləyicilərinin ehtiyaclarına uyğun olmalıdır. Məsələn, Həzrət Musanın (ə) dövründə sehr və cadu geniş yayılmışdı, Allah Musanın möcüzəsini əsa etmişdir ki, sehrbazlar buna bənzər bir şey gətirə bilməsinlər. Həmçinin bununla da başqalarına höccət və dəlili tamamlasın.[128] | ||
Peyğəmbərlərin gəlməsindən qabaq baş verən hadisələr | === Peyğəmbərlərin gəlməsindən qabaq baş verən hadisələr === | ||
Peyğəmbərlərin göndərilməsindən əvvəl və xalqı onların növbəti iddiasını qəbul etməyə hazırlamaq məqsədi ilə baş verən hadisələr[129] kəlam alimlərinin terminində "İrhas" kimi tanınır. Həzrət Musanın (ə) Nil çayından xilas edilməsi, İsanın (ə) beşikdə danışması,[130] Savə gölünün quruması, Kəsra sərdabəsinin silkələnməsi, Fars məbədində odun sönməsi və s. Peyğəmbərin (s) mövlud ilində baş verən digər hadisələr131] peyğəmbərlərin irhaslarından olub. | Peyğəmbərlərin göndərilməsindən əvvəl və xalqı onların növbəti iddiasını qəbul etməyə hazırlamaq məqsədi ilə baş verən hadisələr[129] kəlam alimlərinin terminində "İrhas" kimi tanınır. Həzrət Musanın (ə) Nil çayından xilas edilməsi, İsanın (ə) beşikdə danışması,[130] Savə gölünün quruması, Kəsra sərdabəsinin silkələnməsi, Fars məbədində odun sönməsi və s. Peyğəmbərin (s) mövlud ilində baş verən digər hadisələr131] peyğəmbərlərin irhaslarından olub. | ||
Biblioqrafiya | == Biblioqrafiya == | ||
Mühəddislər, təfsirçilər və İslam mütəkəllimləri öz əsərlərində peyğəmbərlər haqqında yazıblar. Əllamə Məclisi "Biharul-Ənvar" kitabının dörd cildini peyğəmbərlərlə bağlı rəvayətlərə[132] və doqquz cildini isə Həzrət Peyğəmbərin (s) tarixinə həsr etmişdir.[133] Həmçinin peyğəmbərlər haqqında müstəqil şəkildə kitablar yazılmış və daha çox “Qəsəsul-Ənbiya” adı ilə çap edilmişdir. Bu əsərlərdə daha çox peyğəmbərlərin tərcümeyi-halına və bəzən də onlarla bağlı etiqadi məsələlərə toxunulur. Bu əsərlərdən bəziləri bunlardır: | Mühəddislər, təfsirçilər və İslam mütəkəllimləri öz əsərlərində peyğəmbərlər haqqında yazıblar. Əllamə Məclisi "Biharul-Ənvar" kitabının dörd cildini peyğəmbərlərlə bağlı rəvayətlərə[132] və doqquz cildini isə Həzrət Peyğəmbərin (s) tarixinə həsr etmişdir.[133] Həmçinin peyğəmbərlər haqqında müstəqil şəkildə kitablar yazılmış və daha çox “Qəsəsul-Ənbiya” adı ilə çap edilmişdir. Bu əsərlərdə daha çox peyğəmbərlərin tərcümeyi-halına və bəzən də onlarla bağlı etiqadi məsələlərə toxunulur. Bu əsərlərdən bəziləri bunlardır: | ||
* "Əl-Nurul-Mubin fi qisəsil-Ənbiya vəl-Mürsəlin": Bu kitab Seyid Nemətullah Cəzayeri (hicri 1050-1112) tərəfindən yazılmışdır. Bu kitabda şiə rəvayətlərində adları çəkilən peyğəmbərlərin həyatı var. Müəllif müqəddiməsində peyğəmbərlərin sayı, onların ortaq cəhətləri, Ulul-əzm peyğəmbərlər, peyğəmbərlə imamın fərqi kimi mövzulardan bəhs edib. Bu kitab ərəb dilində yazılmış və "Peyğəmbərlərin hekayəti və ya Adəmdən Xatəmə (s) qədər Quran hekayələri" adı ilə fars dilinə tərcümə edilmişdir. | |||
* "Qəsəsul-Ənbiya Ravəndi"; Bu kitab Qütbuddin Rəvəndi tərəfindən yazılmışdır. Müəllif bu kitabda peyğəmbərlərin tərcümeyi-hallarını tarixi ardıcıllıqla verib. | |||
* Tənzihul-Ənbiya Vəl-Əimmə: Seyid Mürtəza (hicri 355-436) bu kitabı peyğəmbərlərin məsumluğunu sübut etmək haqqında və ərəb dilində yazmışdır. Müəllif bu kitabda peyğəmbərləri hər hansı bir səhvdən, kiçik və ya böyük günahlardan məsum hesab edir.[134] | |||
* "Vəqyeus-senin vəl-Əvam": Bu kitabı Seyid Əbdül-Hüseyn Xatunabadi (vəfatı hicri 1105-ci il) yazmışdır. Kitab üç hissədən ibarətdir. Birinci hissə peyğəmbərlərin tarixi ilə bağlıdır. Bu hissədə müəllif bir sıra peyğəmbərlərin adlarını, uzun ömürlərini və bəzi hallarını qeyd etmişdir. Digər iki hissədə isə Həzrət Peyğəmbərin (s) dövrünə aid hadisələrdən bəhs etmişdir. "Vəqyeus-senin" fars dilində yazılmışdır. | |||
* "Lətaifu qəsəsil-Ənbiya (əleyhimus-salam)": Səhl ibn Abdullah Tostəri (hicri 238-ci ildə vəfat edib) tərəfindən yazılmışdır. Bu kitab ayələrdən və rəvayətlərdən istifadə etməklə peyğəmbərlərin həyatının bəzi məqamlarından bəhs edir. | |||
* "Həyatul-Qulub": Bu kitab Əllamə Məclisinin (hicri 1110-cu ildə vəfat edib) əsəridir. O, peyğəmbərlərin və onların canişinlərinin tarixini ehtiva edir. Əllamə Məclisi bu kitabda peyğəmbərlik, İmam Əlinin (ə) xilafətindən, imamın olmasının vacibliyindən, onların təyin olunmasından və məsumluğundan bəhs etmişdir. | |||
Həmçinin əhli-sünnə alimlərindən Əhməd ibn Muhəmməd Sələbinin "Qəsəsul-Ənbiya Əl-müsəmma ərayisul-məcalis", İbn Kəsirin "Qəsəsul-Ənbiya" və Əbu İshaq Nişaburinin "Qəsəsul-Ənbiya" kitabları da bu mövzuda yazılmışdır. | Həmçinin əhli-sünnə alimlərindən Əhməd ibn Muhəmməd Sələbinin "Qəsəsul-Ənbiya Əl-müsəmma ərayisul-məcalis", İbn Kəsirin "Qəsəsul-Ənbiya" və Əbu İshaq Nişaburinin "Qəsəsul-Ənbiya" kitabları da bu mövzuda yazılmışdır. | ||
== İstinadlar == | |||
== Ədəbiyyat == |