Ziqar

wikishia saytından
(Ziqar əyaləti səhifəsindən yönləndirilmişdir)
Ziqar
Ölkəİraq
Mühüm hadisələrZiqar döyüşü - Cəməl döyüşünün yolu - Nəhcül-bəlağənin 33-cü xütbəsinin oxunduğu yer


Ziqar, İraqın cənubunda bir məntəqədir ki, orada İslam Peyğəmbərinin (s) peyğəmbərliyə yetişməsindən sonra sasanilərlə ərəblər arasında Ziqar müharibəsi baş verdi və bu döyüşdə ərəblər qələbə çaldı. Həmçinin hicri 36-cı ildə İmam Əli (ə) Cəməl səhabələri ilə qarşılaşmaq üçün Ziqar bölgəsində düşərgə saldı və orada öz səhabələrinə xütbə oxudu. Bu xütbə Nəhcül-bəlağədə nəql edilmişdir.

Bu gün Ziqar İraqın cənubunda mərkəzi Nasiriyə olan bir vilayətin adıdır. Ziqar vilayətində iki milyondan çox insan yaşayır və onların əksəriyyəti şiədir. Ur şəhəri bu vilayətin qədim abidələrindən biridir ki, İbrahim peyğəmbər (ə) oada doğulub. Habelə Ziqqurat məbədi orada yerləşir.

Yer və adlandırılması

Ziqar İraqın cənubunda Bəsrə ilə Kufə arasında olan bir bölgədir.[1]

Yaqut Həməvinin dediyinə görə, bu ərazidə Zuqar adlı Bəkr ibn Vail qəbiləsinə aid bir su quyusu var idi.[2] 6-cı əsrin alimlərindən Əbul-Həsən Biyhəqi də bu bölgənin Ziqar adlandırılmasının səbəbini suyu qır kimi qara olan bir quyunun olması ilə əlaqədar hesab etmişdir.[3]

Hadisələr

Ziqar bölgəsi ilə bağlı nəql olunan hadisələrdən biri ərəblərlə sasanilər arasında gedən döyüş, digəri isə İmam Əlinin (ə) bu bölgədə, Cəməl döyüşü yolunda dayanmasıdır.

Ziqar döyüşü

Bu bölgədə Bəkr ibn Vail qəbiləsi ilə Xosrov Pərvizin göndərdiyi Hörmzan arasında Ziqar döyüşü baş verdi.[4]

Ərəb qəbilələrinin başçılarından Nöman ibn Münzir Ləxminin Xosrov Pərviz tərəfindən[5] öldürülməsi ilə törədildiyi deyilən bu müharibə Peyğəmbər (s) qırx yaşında olduğu zaman baş verdi. Lakin bəziləri onun Bədr döyüşündən sonra və Peyğəmbərin (s) Mədinədə olduğu dövrdə baş verdiyini qeyd etmişlər.[6] Bu müharibədə ərəblər Xosrov Pərvizin göndərdiyi şəxsə qalib gəldilər və Allah Peyğəmbərindən (s) bu barədə belə dediyi nəql olunur: "İlk dəfədir ki, mənim bərəkətim səbəbi ilə ərəb, ərəb olmayanlardan haqqını aldı və onlara qalib gəldi".[7]

Cəməl döyüşünün yolu

Tarixi mənbələrə görə, İmam Əli (ə) öz ordusu ilə Aişə, TəlhəZübeyrlə qarşılaşmaq üçün Mədinədən İraqa hərəkət etdi və İraqa girişinin əvvəlində Ziqar bölgəsində düşərgə saldı.[8] Abdullah ibn Abbas rəvayət edir ki, Əli (ə) ilə birlikdə Ziqar bölgəsinə yetişib düşərgə salığımız zaman İmama (ə) ərz etdim: "Kufədən az sayda şəxs sizə yardım etməyə gəldi". İmam (ə) buyurdu: "6560 nəfər azalıb-çoxalmadan mənim köməyimə gələcək".[9] Bundan sonra atların kişnəməsi eşidilən və Kufə qoşunu gələnə qədər on beş gün Ziqarda qaldıq. Mən onları saydım və gördüm ki, onlar İmamın bildirdiyi saydadır.[10]

Həmçinin İbn Abbasdan rəvayət olunur ki, bir gün İmam Əlinin (ə) Ziqar bölgəsində o Həzrətin yanına gəldim və o, ayaqqabılarını yamaq edərkən məndən soruşdu: "Bu ayaqqabının qiyməti nə qədərdir?" Dedim: "Heç nə". Buyurdu: Allaha and olsun ki, mənim nəzərimdə bir haqqı həyata keçirib, bir batili aradan apara bilməyim istisna olmaqla bu cırıq ayaqqabı sizə hökumət etməkdən daha sevimlidir. Sonra çölə çıxıb camaat üçün bir xütbə oxudu.[11] Bu xütbə, Nəhcül-bəlağədə nəql olunub. İmam Əli (ə) bu xütbədə peyğəmbərlərin göndərilməsinin hikməti, öz üstünlüyü və müxalifləri məzəmmət etməsi mövzusunda bəhs etdi.[12]

Ziqar əyaləti

İraqda yerləşən Ziqar əyalətinin xəritəsi

İraqda mərkəzi Nasiriyyə olan Ziqar adlı bir əyalət var ki, Bəsrədən 180 km, Bağdaddan 360 km məsafədə yerləşir.[13] Təsis edildiyi ilk vaxtlarda bu vilayət "Əl-Muntəfək" adı ilə tanınırdı və cümhuriyyət dövründə onun adı dəyişdirilərək Nasiriyyə qoyuldu. 1969-cu ildə İraqın Bəs hökuməti bu vilayəti Ziqar adlandırdı.[14]

Ziqar vilayətinin iki milyondan çox əhalisi var və əhalisinin əksəriyyəti şiələrdən təşkil tapır. Ziqarın digər sakinləri sünnilər, sabiinlər və xristianlardan ibarətdir. "Ur" şəhəri bu bölgənin qədim abidələrindən biridir ki, şumerlərin və akkadların[15] saytı iqamətgahı, İbrahim peyğəmbərin (ə) doğulduğu yerdir.[16] Həmçinin Ziqqurat məbədi orada erləşir.[17]

İstinadlar

  1. Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.3, s.464
  2. Həməvi, Mucəmul-buldan, m.1995, c.4, s.293
  3. Beyhəqi, Meracu Nəhcil-Bəlağə, h.q 1409, s.122
  4. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.1, s.307
  5. Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.2, s.206
  6. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.1, s.307
  7. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.1, s.307
  8. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.226
  9. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.2, s.187
  10. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.2, s.187
  11. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.2, s.185
  12. Nəhcül-bəlağə, Saleh Sübhi, s.77, xütbə 33
  13. آشنایی با استان ذی‌قار, iraqyar.com saytı
  14. آشنایی با استان ذی‌قار, iraqyar.com saytı
  15. آشنایی با استان ذی‌قار, iraqyar.com
  16. İbn Əbi Hatəm, Təfsirul-Quranil-əzim, h.q 1419, c.8, s.2777
  17. آشنایی با استان ذی‌قار, iraqyar.com saytı

Ədəbiyyat

  • آشنایی با استان ذی‌قار, iraqyar.com saytı, h.ş 1400
  • İbn Əbi Hatəm, Əbdür-Rəhman, Təfsirul-Quranil-əzim, Səudi Ərəbistan, 3-cü çap, h.q 1419
  • İbn Əbil-Hədid, Əbdül-Həmid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Qum, h.q 1404
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamil, Beyrut, Daru Sadir, 1-ci çap, h.q 1385
  • Beyhəqi, Əli ibn Zeyd, Meracu Nəhcil-Bəlağə, Qum, h.q 1409
  • Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut, Daru sadir, 2-ci çap, m.1995
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, 2-ci çap, m.1967
  • Türeyhi, Fəxruddin ibn Məhəmməd, Məcməul-bəhreyn, Tehran, Mürtəzəvi, h.ş 1375
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Təhqiq: Əsəd Dağər, Qum, Darul-hücrə, 2-ci çap, h.q 1409
  • Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, Qum, Hicrət nəşri, 1-ci çap, h.q 1414