Ana Səhifə
Vikişiəyə
xoş gəlmisiniz!
Əhli-Beyt Ümumdünya Assambleyasına bağlı Əhli-beyt məktəbinin virtual ensiklopediyası.
Azərbaycan dilində 239 məqalə
Azərbaycan dilində 239 məqalə

İxlas (ərəbcə: سورة الإخلاص) və yaxud Tövhid surəsi, Quranın yüz on ikinci ayəsi və Məkkədə nazil olan surələrdəndir ki, otuzuncu cüzdə yerləşir. Bu surəni ona görə “İxlas” və ya “Tohid” adlandırırlar ki, Allahın vəhdaniyyəti haqda söz açmış və insanı şirkdən uzaqlaşdırır.
İxlas surəsinin məzmunu, Allahın yeganə və tək olmasından və o cümlədən özündən başqasından ehtiyacsız və yaradılışın ona möhtac olduğundan söz açır. İxlas surəsi üçün bir çox fəzilətlər nəql olunmuşdur, o cümlədən, İxlas surəsinin məqamı, bir Quran həddindədir, yəni üç dəfə İxlas surəsini oxumaq, bir Quran tilavət etmək kimidir. Rəvayətlərdə bu surənin namazlarda oxunmasına çoxlu təkid edilmişdir. Rəvayətlərdən birində, Allahın rəsulu (s) imam Əlini (ə) İxlas surəsinə bənzədərək buyurur; o cür ki, ixlas surəsini üç dəfə oxumaq, bir dəfə Quranı tilavət etməyi əvəz edir, Əmirəl möminini (ə) də, dildə, ürəkdə və əməldə sevmək, İslam dinini kamil şəkildə sevmək deməkdir. Bu surə, “Qul” sözü ilə başlayan dörd surədən biridir.
Məqalənin davamı:
Əhli-Beyt Ümumdünya Məclisinin digər saytları

