Ücb
Ücb (ərəbcə: العجب) əxlaqi rəzilətlərdən sayılır, insanın öz yaxşı əməllərindən sevinib və onları böyük görmək mənasındadır, yəni onları Allah tərəfində deyil məhz öz tərəfindən olduğunu düşünür. Əxlaq elmində, bu kimi qüdrət, gözəllik, nəsil- əcdad ücbün səbəblərindən və xeyir əməllərin məhv və ağlın fasid olacağı amillərindən sayılmışdır.
Əxlaq alimləri, “Ücbün” mənşəyini cahilikdə bilirlər; elm və mərifət yolu ilə bu xüsusiyyətin müalicə olunmasına inanırlar. Onlar inanırlar, bu rəzilə (çirkin) xüsusiyyəti əsaslı olaraq kökündən müalicə etmək lazımdır.
Məfhumu
“Ücb” insanın öz xeyir işlərindən sevinərək onları böyük görmək mənasındadır bu şərtlə ki, onu Allaha nisbət verməyi unutsun, o işləri öz tərəfindən bilib, Allah qatında puç olmasından qorxmasın.[1] Əlbətdə, Molla Əhməd Nəraqi, “ücbü” insan özünü böyük və kamal məqamına çatdığını özündə hiss edir.[2]
Ücb-ün, təkəbbür və xudbinlikə nisbəti
“Ücb”-ün mənası “təkəbbürlə” yaxındır, aralarında olan fərq budur ki, ücbün yaranmasında insan özünü digərləri ilə müqayisə etmir, amma təkəbbürdə isə insan özünü digərlərindən üstün və dəyərli bilir.[3]
“Ücb” ilə “Xudbinlik” arasında olan fərq barəsində yazırlar, Ücb yəni insan bəzi gördüyü işi və ya ibadəti böyük bilib, bununla Allaha minnət qoyur, amma xudbunlukdə bir sıra mükafatlara layiq olduğunu düşünür və bunun nəticəsində heç bir şeydən qorxub çəkinmir.[4]
Amillər
Əxlaq alimləri, Ücbə səbəb olan müxtəlif amillərə işarə etmişlər. Feyz Kaşani “Əl-Məhcətul Bəyza” kitabında, camal və gözəllik, güc və qüdrət, ağıl və zirəklik, tayfa və nəsil, hakimlərə və qüdrət sahiblərilə nisbətin olması, övlad, sərvət, mal-mülk, düşüncə və təfəkkürün çox olaması, ücbə səbəb olan amillərdən saymışdır.[5] Həmçinin onlar “وَ یوْمَ حُنَین اذْ اعْجَبَتْکمْ کثْرتُکمْ” [6] Həşr surəsinin 2-ci və Kəhf surəsinin 104-cü ayələrini ücblə bağlı olduğunu düşünürlər.[7] Nəraqi deyir: İbadətdə olan ücb ki, Allah qarşısında təvazö və zəlillik hissiylə yerinə yetirilir, Allah qarşısında ediləcək ibadət və əməllərin fəlsəfəsilə ziddiyyəti vardır.[8]
Təsir və nəticələri
Rəvayətlərdə ücb üçün bir sıra təsir və nəticələr açıqlanmışdır;
- Xeyir əməllərin puç olması; Allahın rəsulundan (s) nəql olunur, ücb insanın 70 illik əməllərini puç edər.[9] O cümlədən, İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən, iki nəfər fasiq və abid məscidə daxil oldular, lakin məsciddən çıxdıqlarında fasiq şəxs abid, abid şəxs isə fasiq halında idi, çünki abid ücbə düçar olmuş və öz ibadətilə fəxr edirdi, fasiq isə tövbə fikrinə düşüb Allahdan bağışlanmasını diləmişdi.[10]
- Təkəbbür; ücbü, təkəbbürün mənşəyi və səbəblərindən bilirlər.[11]
- Günahları unutmaq və ya kiçik saymaq.
- İbadət və görülən işləri böyük görüb, Allaha minnət qoymaq.[12]
Rəvayətlərdə, ağılın,[13] düşüncənin[14] fasid olması, həlakətə uğramaq[15] və şəxsin tək qalma[16] səbəbi, ücbün nəticələirinədən bildirilmişdir; həmçinin ücb, elmin inkişafına[17] və kamilliyə[18] çatmağa mane olan amillərdən sayılmışdır.
Nəhcül-Bəlağədə qeyd olunan bir rəvayətə əsasən, o günah ki, insanı narahat edir və yaxud üzürxahlıqa məcbur edir, insanı ücbə yönəldən xeyir işdən daha yaxşıdır.[19]
Dərman və müalicə
Feyz Kaşani, ücbü xəstləik, onun səbəbini isə cahillik və nadanlıqda görür, o hər xəstəliyi onun ziddi ilə müalicə etmək bildiyi üçün, inanır ki, ücbü də elm və mərifətlə müalicə etmək olar.[20] Feyz Kaşani və bəzi əxlaq ustadları, düşünürlər ücbün dərman və müalicəsi üçün, onun əsas mənşəyinə və amillərinə diqqət etmək lazımdır; ücbə səbəb olan, əgər İlahi nemətlərdən o cümlədən gözəllik, qüdrət və övladın çox olması kimi amillərdən biridirsə, insan bu nöqtəyə diqqət etməlidir ki, Allah verdiyi bu nemətləri bir göz qırpımında ondan ala bilər. Odur ki, insan, tarixdə bu cür nemətlərə sahib olub düzgün yolda istifadə etməyənlərdən ibrət almalıdır. Misal üçün qüdrət və gücünə güvənərək ücbə düçar olanın müalicəsi, onu Allahın qüdrətinə və insanın yaradılış mərhələlərinə diqqətini cəlb etməkdir ki, nədən yaranmışdır. Həmçinin əgər onun ücbü düşüncə və təfəkkür baxımındandırsa, dərman yolu budur ki, həmişə öz nəzəriyyəsini müttəhəm etsin, yalnız o halda ki, öz iddiası üçün Qurandan və rəvayətlərdən idiasını isbat edəcək sübutlar gətirib elm və nəzər sahibləri ilə bir araya qoysun.[21]
İmam Baqirin (ə), Cabir ibn Yezid Cofiyə vəsiyyəti əsasında, nəfsi tanımaqla ücbün yolunu bağlamaq lazımdır.[22]
İstinadlar
- ↑ Feyz Kaşani, Əl-Məhəccəbətul-bəyza, c.6, s.276
- ↑ نراقی، معراج السعاده، ۱۳۷۸ش، صفت چهاردهم عجب و خودبزرگبینی و مذمت آن., hawzah.net saytı
- ↑ نک: ابن قدامه مقدسی، مختصر منهاج القاصدین، ۱۳۹۸ق، ص۲۲۷-۲۲۸: به نقل از دانشنامه جهان اسلام مدخل: تکبر.
- ↑ Feyz Kaşani, Əl-Məhəccəbətul-bəyza, c.6, s.276
- ↑ Feyz Kaşani, Əl-Məhəccəbətul-bəyza, s.282-287
- ↑ Tövbə surəsi, ayə 25
- ↑ Feyz Kaşani, Əl-Məhəccəbətul-bəyza, c.6, s.236
- ↑ Nəraqi, Cameus-səadat, h.q 1383, c.1, s.333
- ↑ Payənde, Nəhcül-fəsahə, h.ş 1382, s.285
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.314
- ↑ Feyz Kaşani, Əl-Məhəccəbətul-bəyza, c.6, s.276; Nəraqi, Cameus-səadat, h.q 1383, c.1, s.325
- ↑ Feyz Kaşani, Əl-Məhəccəbətul-bəyza, c.6, s.276; Nəraqi, Cameus-səadat, h.q 1383, c.1, s.325
- ↑ Amidi, Ğurərul-hikəm, h.q 1410, s.388
- ↑ Hərrani, Tuhəful-uqul, h.q 1363, s.76; Nəhcül-bəlağə, h.q 1414, s.397
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.313
- ↑ Hərrani, Tuhəful-uqul, h.q 1363, s.6
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.69, s.199
- ↑ Nəhcül-bəlağə, h.q 1414, s.817
- ↑ Nəhcül-bəlağə, h.q 1414, s.477
- ↑ Feyz Kaşani, Əl-Məhəccəbətul-bəyza, c.6, s.277
- ↑ Feyz Kaşani, Əl-Məhəccəbətul-bəyza, c.6, s.282-289; Nəraqi, Cameus-səadat, h.q 1383, c.1, s.326-344
- ↑ Hərrani, Tuhəful-uqul, h.q 1363, s.285
Ədəbiyyat
- Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.q 1363
- Payənde, Əbül-Qasim, Nəhcül-fəsahə, Tehran, h.ş 1382
- Amidi, Əbdül-Vahid ibn Məhəmməd, Ğurərul-hikəm, Düzəliş: Mehdi Rəcai, Qum, Darul-kutubil-İslami, h.q 1410
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Əl-Məhəccəbətul-bəyza, Düzəliş: Əli Əkbər Ğəffari, Qum
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Nəraqi, Məhəmməd Mehdi, Cameus-səadat, Qum, h.q 1383
- Nəhcül-bəlağə, Qum, Hicrət çapı, h.q 1414