Ümmü Əla Əl-Həssun
Görünüş
Ümmü Əla Əl-Həssun, (ərəbcə: أم علاء الحسون) dini təhsil almış və rəvayət icazəsi olan qadınlardan biridir.
Hacı Cəfər Əl-Həssunun qızı İman, Bağdadda dünyaya gəlmiş və evlənənə qədər orada yaşamışdır. O, atasının əmisi oğlu Mühəndis Əbdül-Hüseyn Həssuna ərə getdikdən sonra Küfəyə (Kində məhəlləsinə) köçmüşdür. Ümmü Əla ərinin evində şəriət elmlərini öyrənmiş və orada təşkil edilən qadın məclislərində iştirak etmişdir. O, əmisi Şeyx Züheyr Əl-Həssunun şagirdi olmuşdur. Ayətullah Mərəşi Nəcəfi ömrünün son illərində Şeyx Züheyr Əl-Həssunun evində Ümmü Əlanı imtahan etmiş və ona rəvayət nəql etmək icazəsi vermişdir.[1]
İstinadlar
- ↑ Ğərəvi Naini, Mühəddisate şie, h.ş 1386, s.92; Əl-Həssun, Əlamun-nisail-muminat, h.q 1411, s.171
Ədəbiyyat
- Əl-Həssun, Məhəmməd və Məşkur, Ümmi Əli, Əlamun-nisail-muminat, Tehran, Üsvə nəşriyyatı, h.q 1411
- Ğərəvi Naini, Nəhlə, Mühəddisate şie, Tehran, 2-ci çap, h.ş 1386