İmam Mehdinin (ə.f) evlənməsi

wikishia saytından
(İmam Mehdinin (ə.f) izdivacı səhifəsindən yönləndirilmişdir)

Həzrət Mehdinin (ə.f) evliliyi (ərəbcə: زواج الإمام المهدي (عج)) o həzrət ilə bağlı mübahisəli mövzulardan biridir. Həzrət Mehdinin (ə.f) evliliyinin tərəfdarları bunu sübut etmək üçün onun övladlarından bəhs edilən rəvayətlərə istinad edirlər. Həmçinin onların fikrincə, evlilik Peyğəmbərin (s) təkid edilmiş bir sünnəsidir. Buna görə də İmam Mehdi (ə.f) ona əməl etmişdir. Bu fikrə müxalif olanlar da həzrət Mehdinin (ə.f) evlənməsinin xalqdan gizlin qalmaq olan qeybətin fəlsəfəsi ilə uyğun gəlmədiyini bildirirlər. Bəziləri də bu fikirdədir ki, İmam Mehdinin (ə) evlənməsi mümkün olsa da, bu barədə qəti fikir söyləmək mümkün deyil.

Seyyid Məhəmməd Sədr, Mühəddis Nuri (hicri 1320-ci ildə vəfat edib) və Əli Əkbər Nəhavəndi (hicri 1369-cu ildə vəfat edib) İmam Mehdinin (ə.f evlənməsini dəstəkləyən şəxslərdəndirlər.

Bu müzakirə ilk dəfə Seyyid Məhəmməd Sədr (vəfatı h.ş. 1377) tərəfindən yazılmış "Tarixul-Qeybətil-Kubra" kitabında təhlil şəkilində qeyd edilmişdir.

Müzakirənin tarixi

Şiə alimləri İmam Mehdinin (ə.f) qeybdə evli olub-olmaması barədə ixtilaf edirlər. İmam Mehdi (ə.f) ensiklopediyası kitabında deyildiyi kimi, bu müzakirə 14-cü əsrdə[1] ciddi şəkildə müzakirə olunub. İmam Mehdinin (ə) evliliyini təhlil edən ilk kitab Seyyid Məhəmməd Sədrin (vəfatı h.ş. 1377) "Tarixul-Qeybətul-Kübra" kitabıdır.[2] Əlbəttə ki, bundan əvvəl Mühəddis Nurinin (hicri 1320-ci ildə vəfat edib) Nəcmus-Saqib[3] və Əli Əkbər Nəhavəndinin (hicri 1369-cu ildə vəfat edib) Əl-Əbqəriyyul-Həsən[4] kitablarında da bu məsələyə toxunulmuşdur. Həmçinin "Biharul-Ənvar" kitabında "Xüləfaul-Məhdi və övladuhu və ma yəkunu bədəhu ələyhi və əla Abaihis-Səlam" adlı fəsil vaedır.[5]

Rəylər

İmam Mehdinin (ə.f) evliliyi ilə bağlı üç fikir var:

Razı olanlar

Seyyid Məhəmməd Sədr,[6] Mühəddis Nuri[7] və Əli Əkbər Nəhavəndi[8] həzrət Mehdinin (ə.f) evlənməsini qəbul ediblər. Həmçinin İmam Mehdi (ə) ensiklopediyası kitabında bu əqidə Əllamə Məclisiyə də aid edilmişdir.[9] Bu qrupun dəlilləri bunlardan ibarətdir:

  • Hədislər və ziyarətnamələr İmam Mehdinin (ə.f) övladı olduğuna dəlalət edir. İmam Mehdi (ə.f) ensiklopediyası kitabında bununla bağlı on dörd rəvayət toplanmışdır.[11] Onların arasında “Vəsiyyət hədisi” adı ilə tanınan bir hədis vardır. Ona görə də İmam Zamandan (ə.f) sonra onun nəslindən on iki Mehdi hökmdar olacaq. Ona görə də onun nəslindən on iki Mehdi hakimiyyət edəcəkdir.[12] Əlbəttə, Əllamə Məclisinin fikrinə əsasən, bu rəvayətlər məşhurun nəzəri ilə müxalifdir. Həmçinin ehtimalı var ki, on iki Mehdidən məqsəd Peyğəmbər (s) və Mehdidən başqa şiə imamlarıdır.[13] Bu qrupun sitat gətirdiyi digər hədislər arasında İmam Sadiqdən (ə) İmam Mehdinin (ə) ailəsi ilə birlikdə Səhlə məscidinə enməsi ilə bağlı bir rəvayət də vardır.[14]

Mehdinin evlənməsinin əleyhdarlarının fikrincə, bu hədisləri qəbul etməyi fərz etsək də İmam Mehdinin (ə.f) həyat yoldaşı və övladları zühurdan sonraya aiddir.[15]

  • İmam Zaman (ə.f) ailəsinin Xəzra adasındakı yaşamaları haqqında xəbərlər var.[16] Əlbəttə, bəzi şiə alimləri Xəzra adasını saxta və mif hesab edirlər.[17]

Müxalif olanlar

İmam Mehdinin (ə.f) evlənməsini qəbul etməyənlərin dəlilləri bunlardır:

  • Qeybətdə olmağın fəlsəfəsi ilə uyğunsuzluq: İmam Mehdinin (ə.f) qeybətdə olmağının fəlsəfəsini gizlində qalmaq və camaatın o həzrəti tanımaması hesab ediblər. Evlilik isə bu fəlsəfəyə uyğun gəlmir, çünki evlilik tanınmağa səbəb olur.[18]
  • Bəzi rəvayətlər var ki, onlardan İmam Zamanın (ə.f) övladı olmadığı anlaşılır.[19]
  • İmam Mehdinin (ə.f) səfirləri və vəkillərinin buna işarə etməməsi: Əgər İmam Mehdi (ə.f) evli olsaydı, onun səfirləri və vəkilləri kiçik qeybət zamanı onun evləndiyini, həyat yoldaşının və uşaqlarının olduğunu qeyd edərdilər.[20]

Sükut etmək

İmam Mehdi (ə.f) ensiklopediyası kitabında deyildiyi kimi, həzrət Mehdinin (ə.f) evləndiyini qəbul edən və ona qarşı çıxanların dəlilləri bir-biri ilə ziddiyyət təşkil edir. Ona görə də onlara istinad etməklə tarixi bir məsələni aydınlaşdırmaq mümkün deyildir.[21] İslam tarixi tədqiqatçısı Seyyid Cəfər Mürtəza Amuli (hicri 1441-ci ildə vəfat edib) İmam Mehdinin (ə.f) övlad sahibi olması şübhəlidir. Onun haqqında qəti qərar vermək mümkün deyil.[22] Həmçinin mərcəyi-təqlidlərdən olan Ayətullah Safi Qolpayqaninin (vəfatı h.ş. 1400) dediyinə görə, həzrət Mehdinin (ə.f) evlənməsi mümkün olsa da, amma bu barədə xatircəmliyə səbəb olan heç bir mötəbər hədis tapılmamışdır.[23]

Monoqrafiya

Məhəmməd Rza Fuadianın "İmam Mehdinin (ə.f) evlənməsi məsələsinin təhlili" kitabında İmam Mehdinin (ə.f) evlənməsi və övlad sahibi olması ilə bağlı müxtəlif deyimlərin dəlilləri araşdırılır. İslam Elmləri və Mədəniyyəti Elmi-Tədqiqat İnstitutunun Məhdəviyyət və Gələcək Araşdırmalar müəssisəsi bu kitabı 2019-cu ildə nəşr edib.[24]

İstinadlar

  1. Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, s.56
  2. Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, s.45
  3. Mühəddis Nuri, Nəcmus-saqib, h.ş 1383, s.402-407
  4. Nəhavəndi, Əl-Əbqəriul-hisan, h.ş 1386, c.6, s.537
  5. Məclisi, Biharul-Ənvar, h.q 1403, c.53, s.145
  6. Sədr, Tarixul-ğeybətil-kübra, c.2, s.64
  7. Mühəddis Nuri, Nəcmus-saqib, h.ş 1383, s.403
  8. Nəhavəndi, Əl-Əbqəriul-hisan, h.ş 1386, c.6, s.537
  9. Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, s.46
  10. Mühəddis Nuri, Nəcmus-saqib, h.ş 1383, s.403
  11. Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, s.46-51
  12. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.150
  13. Məclisi, Biharul-Ənvar, h.q 1403, c.53, s.148-149
  14. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1409, s.134-135
  15. Safi Qolpayqani, pasoxe dəh porseş, h.ş 1390, s.54
  16. Mühəddis Nuri, Nəcmus-saqib, h.ş 1383, s.402-405
  17. Kaşiful-ğita, Əl-Həqqul-mubin, h.q 1319, s.87
  18. Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.3, s.52-53
  19. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.224
  20. Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.3, s.53
  21. Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.3, s.55-56
  22. Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), c.3, h.ş 1393, s.55; Amili, Dirasətun fi əlamatiz-zühur, h.q 1412, s.257
  23. Safi Qolpayqani, pasoxe dəh porseş, h.ş 1390, s.54
  24. «به قلم محمدرضا فؤادیان بررسی شد؛ آیا امام زمان (عج) ازدواج کرده و فرزند دارد؟», hawzahnews.com saytı

Ədəbiyyat

  • «به قلم محمدرضا فؤادیان بررسی شد؛ آیا امام زمان (عج) ازدواج کرده و فرزند دارد؟», hawzahnews.com saytı
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, h.q 1411
  • Safi Qolpyaqani, Lütfullah, Pasoxe dəh porseş, Qum, Safi Qolpyaqaninin dəftəri, h.ş 1390
  • Sədr, Seyyid Məhəmməd, Tarixul-ğeybətil-kübra, Darut-taruf
  • Amili, Cəfər Mürtəza, Dirasətun fi əlamatiz-zühur, Qum, h.q 1412 \ m. 1992
  • Kaşiful-ğita, Cəfər, Əl-Həqqul-mubin, Tehran, Əhməd Şirazi, h.q 1319
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mühəddis Nuri, Mirza Hüseyn, Nəcmus-saqib, Qum, Cəmkəra məscidi, h.ş 1383
  • Məhəmmədi Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), Qum, Darul-hədis, h.ş 1393
  • Nəhavəndi, Əli-Əkbər, Əl-Əbqəriul-hisan, Qum, Cəmkəra məscidi, h.ş 1386

Xarici keçid