İmam Mehdinin (ə.f) qiyamı

wikishia saytından
(İmam Zamanın (ə.f) qiyamı səhifəsindən yönləndirilmişdir)

İmam Mehdinin (ə.f) qiyamı (ərəbcə: قيام الإمام المهدي (ع)) şiələrin 12-ci imamının zühurundan sonra dünyada ədaləti bərqərar etmək üçün atdığı addımdır. O həzrətin qiyamının dəqiq vaxtı məlum deyil. Hədislərə əsasən, həzrətin qiyamı Məkkədə Məscidül-Həramdan başlayır və səkkiz ay davam edər. Onun əsas yeri İraqdır və bu bölgədə İmam Süfyanini məğlub edər.

Hədislərdə bu qiyamda iştirak edən 313 nəfər İmam Zamanın (ə.f) xüsusi köməkçiləri kimi qeyd olunur; Amma qiyam iştirakçılarının sayı bu rəqəmdən qat-qat çoxdur və onların böyük əksəriyyəti gənclərdir. Həzrət İsa (ə) da bu qiyamda İmama kömək edər. Rəvayətlərə əsasən, Əshabi-Kəhf, Yuşə ibn Nun (ə), Ali-Fironun Mömini, Salman Farsi, Əbu Dəcanə Ənsari və Malik Əştər Nəxəi kimi Allahın bəzi peyğəmbərləri və övliyaları da İmam Zamanın (ə.f) qiyamında iştirak etmək üçün qayıdarlar.

Bəziləri rəvayətlərə istinad edərək, İmam Zamanın (ə.f) qiyamdakı silahının qılınc olduğuna inanır. O həzrət, Allahın bu qılıncda qərar verdiyi möcüzə ilə düşmənlərinə qalib gələr. Başqa bir qrup mütərəqqi silahların uğursuz olacağına və bu yolla İmam Zamanın (ə.f) qılıncla qalib gələcəyinə inanır; Amma bəzilərinə görə, rəvayətlərdə qılınc sözünün işlədilməsi simvolik xarakter daşıyır və hərbi qiyam deməkdir.

Qiyamın əhəmiyyəti

İmam Zamanın (ə.f) qiyamı şiələrin on ikinci məsum imamının zühur etdikdən sonra dünyada ədaləti bərqərar etmək üçün gördüyü tədbirlərdən bəhs edir.[1] Baxmayaraq ki, İmam Zamanın (ə.f) qiyamı onun zühuru ilə eyni mənada işlədilir,[2] lakin şiə tədqiqatçısı Xodamurad Səlimianın dediyi kimi bu iki məsələ fərqlidir. Qiyam zühurdan sonrakı mərhələdə baş verir.[3]

Rəvayətlərdə İmam Zamanın (ə.f) qiyamına işarə etmək üçün "xuruc" sözündən də istifadə edilmişdir.[4] Şeyx Səduqun yazdığı "Xisal" kitabından bir rəvayətdə İmam Zamanın (ə) qiyamı "ricət" və qiyamət günü"nün kənarında Allah günlərindən hesab olunur.[5] Bəzi rəvayətlərə görə, İmam Zamanın (ə.f) qiyamı səkkiz ay davam edəcək[6]. Həmçinin İmam Zamanın (ə.f) qlobal hakimiyyəti ilə nəticələnər.[7]

Qiyamın zaman və müddəti

İmam Zamanın (ə.f) qiyamının dəqiq vaxtı bəlli deyil,[8] lakin qiyam dövrünün bəzi xüsusiyyətləri hədislərdə qeyd edilmişdir; O cümlədən tək illərdə Aşura günü və şənbə günü olacağı bildirilmişdir.[9] "Tarix Ma bədəz-Zühur" kitabının müəllifi Seyyid Məhəmməd Sədrə görə, Aşura günü ilə bağlı rəvayətlər istisna olmaqla, bu kontekstdə olan digər rəvayətlər zəifdir.[10]

Qiyamın müddəti ilə bağlı rəvayət edilmişdir ki, İmam Zaman (ə.f) səkkiz ay qılınc daşıyacaqdır.[11]

Qiyamın yeri

Əksər rəvayətlərə görə, İmam Zamanın (ə.f) qiyamı Məkkədə başlayacaq.[12] Bu rəvayətlərdən bəziləri Kuleyninin "Əl-Kafi" və Nomaninin "Əl-Qeybə" kitablarında nəql etdikləri rəvayətlərdir.[13] Şeyx Səduqun yazdığı "Uyun Əxbar-Rza" kitabından bir rəvayətdə Təhamə məntəqəsi Qiyamın yeri olaraq təqdim edilmişdir;[14] Lakin deyilmişdir ki, Məkkə Təhamənin bir hissəsi olduğundan, ona Təhamə də deyilir.[15]

Başqa bir rəvayətdə isə qiyamın yeri olaraq Yəmənin "Kərə" adlı kəndi təqdim edilir.[16] Lakin İmam Mehdi (ə.f) ensiklopediyasının müəllifləri bunu etibarsız hesab edərək zikr olunmuş rəvayətdə İmam Zamanın (ə.f) qiyamının Yəmaninin xuruc etməsi ilə səhv salındığındığını ehtimal ediblər.[17] Ya da bu rəvayətlərin Fatimilər hökumətini təsdiq etmək və ya Şimali Afrikada və İslam dünyasının qərbində yalançı Mehdiliyi gücləndirmək motivi ilə uydurulmuş olduğunu ehtimal ediblər.[18]

İmam Mehdi (ə.f) ensiklopediyası kitabında deyildiyi rəvayətlərə görə, Məkkədə on min nəfər İmam Zaman (ə.f) ilə beyət edəcək və o, Mədinəyə qoşun göndərəcək. Ya da başqa bir rəvayətə görə, özü Mədinəyə gedir və Sufyaninin xuruc etməsini yatırmaq üçün İraqa gedir. Bu da qiyamın əsas yeridir.[19]

Hədislərdə Roma, Deyləm, Hindistan, Kabil və Xəzər dənizinin onun vasitəsi ilə fəth edildiyi qeyd olunur.[20] Həmçinin həzrət İsanın (ə) Beytül-Müqəddəsdə İmam Zamana (ə.f) qoşulacağı deyilir.[21] Qiyamın sona çatacağı yer Kufədir. Habelə bu şəhər İmam Zaman (ə) hakimiyyətinin mərkəzinə çevriləcək.[22]

Qiyam necə başlayacaq?

Rəvayətlərə görə, İmam Mehdi (ə.f) Məscidül-Həramda işa namazını qılır və bundan sonra Kəbənin yanında qiyamına başlayır.[23]

O, Peyğəmbərin (s) mirasını, o cümlədən Peyğəmbərin qılıncını, zirehini, əmmaməsini, yəhərini, əsasını, libasını və bayrağını daşıyır[24] və onun səhabələrindən beyət alır[25].

Şeyx Səduqun sözlərinə görə, İmam Zaman 313 nəfərlə Məscidül-Həramda zühur edəcək və söhbətinə Hud surəsinin 86-cı ayəsi ilə başlayacaq:

«بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ»
"Əgər möminsinizsə, Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir". Sonra "Mən Allahın yer üzündə saxladığıyam. Həmçinin Onun xəlifəsi və sizə höccətiyəm" deyərək özünü nümunə kimi təqdim edər və tərəfdarlarının sayı on minə çatdıqda qiyamına başlayar.[26]

Həzrət Məhdinin (ə.f) istifadə edəcəyi silah

Rəvayətlərə görə, qiyamda İmam Zamanın (ə.f) silahı qılınc olacaq.[27] Buna əsaslanaraq, bəziləri İmam Zamanın (ə.f) qiyamında Allahın əmri ilə qabaqcıl silahların işləməyəcəyinə inanırlar. Bəziləri deyirlər ki, zühurdan əvvəl müharibələrin baş verməsi ilə o silahlar aradan gedəcək. Başqa bir ümumi inanca görə, Allah İmam Zamanın (ə.f) qılıncına möcüzəvi bir güc verəcək ki, digər silahlardan üstün olsun.[28]

Digər tərəfdən, bəziləri bu rəvayətlərdəki "qılınc" kəlməsinin hərbi qüdrət və gücə işarə olduğuna inanırlar.[29] Buna görə də məqsəd budur ki, İmam Zaman (ə.f) mütləq qılıncdan istifadə edərək deyil, hərbi döyüş yolu ilə düşmənə qalib gələcək.[30]

Qiyamda iştirak edənlər

Həmçinin İmam Mehdinin (ə.f) səhabələri məqaləsinə bax.

İmam Zamanın (ə.f) qiyamının iştirakçılarının bəzi xüsusiyyətləri, o cümlədən sayı, fərdi xüsusiyyətləri və məşhur şəxsiyyətləri rəvayətlərdə bəyan edilmişdir.

Qiyamda iştirak edənlərin sayı

Hədislərin çoxunda İmam Mehdinin (ə.f) səhabələrinin sayı 313 nəfərdir. Bu da Peyğəmbərin (s) Bədr döyüşündəki səhabələrinin sayı ilə eynidir.[31] Lakin digər hədislərdə onların sayı daha çox qeyd olunub. Məsələn, on min nəfər[32] on iki min və ya on beş min nəfər[33] oluğu bildirilib. Buna əsasən, qiyam iştirakçılarının 313 nəfərdən çox olduğu, 313 nəfərin isə onun xüsusi köməkçiləri və ordusunun komandirləri olduğu bildirilir.[34]

Qiyamda iştirak edənlərin fərdi xüsusiyyətləri

Nomaninin yazdığı "Əl-Qeybə" kitabından bir hədisdə qiyam iştirakçılarının əksəriyyətinin gənclər, bir azının isə yaşlı olduğu bildirilir.[35] Həmçinin onlar çox cəsur, gecə ibadətlə məşğul olan, çox əzmkar və güclü kimi təsvir edilir.[36]

Məşhur şəxsiyyətlər

Rəvayətlərə görə, həzrət İsa (ə) da qiyamda İmam Zamana (ə.f) kömək edəcək.[37] Həmçinin dünyadan köçmüş bir qrup Allahın övliyaları ricət edərlər (dünyaya qayıdarlar). Hədislərdə adları çəkilən şəxslərdən bəziləri bunlardır: Əshabul-Kəhf, Yuşə ibn Nun, Ali-Fironun Mömini, Salman Farsi, Əbu Dəccanə ƏnsariMalik Əştər Nəxəi.[38]

İstinadlar

  1. Səlimian, Dərsname məhdəviyyət, h.ş 1389, c.3, s.170-171
  2. Sədr, Əl-musuətul-məhdəviyyət, h.q 1412, c.3, s.195
  3. Səlimian, Dərsname məhdəviyyət, h.ş 1389, c.3, s.172
  4. Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.172
  5. Şeyx Səduq, Xisal, h.ş 1362, c.1, s.108
  6. Nomani, Əl-ğeybə, h.q 1397, s.164, h.5
  7. Sədr, Əl-musuətul-məhdəviyyət, h.q 1412, c.3, s.449
  8. Sədr, Əl-musuətul-məhdəviyyət, h.q 1412, c.3, s.207
  9. Sədr, Əl-musuətul-məhdəviyyət, h.q 1412, c.3, s.212-213
  10. Sədr, Əl-musuətul-məhdəviyyət, h.q 1412, c.3, s.213
  11. Nomani, Əl-ğeybə, h.q 1397, s.164, h.5
  12. Muhəmmədi Reyşəhri və digərləri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.8, s.199
  13. Kuleyni, Əl-kafi, h.q 1407, c.1 s.231, h.3; Nomani, Əl-ğeybə, h.q 1397, s.313-315
  14. Şeyx Səduq, Uyun Əxbar-Rza, h.ş 1387, c.1, s.62-63
  15. Muhəmmədi Reyşəhri və digərləri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.8, s.199
  16. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.469; Feyz Kaşani, Kitabul-vafi, h.q 1406, c.2, s.467
  17. Muhəmmədi Reyşəhri və digərləri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.8, s. 199
  18. Muhəmmədi Reyşəhri və digərləri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.8, s.199
  19. Muhəmmədi Reyşəhri və digərləri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.8, s. 201
  20. Nomani, Əl-qeybə, h.q 1397, s.235, hədis 22
  21. Səlimian, Dərsname Məhdəviyyət, h.ş 1389, c.3, s.179
  22. Səlimian, Dərsname Məhdəviyyət, h.ş 1389, c.3, s.179
  23. Muhəmmədi Reyşəhri və digərləri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.8, s.200-201
  24. Nomani, Əl-qeybə, h.q 1397, s.270
  25. Şeyx Səduq, Əl-qeybə, h.q 1411, s.454; Mofid, İrşad, h.q 1413, c.2, s. 379
  26. Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.331
  27. Kuleyni, Əl-kafi, h.q 1407, c.8, s.50, h. 13; Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.321-322, h.3; Nomani, Əl-ğeybə, h.q 1397, s.164, h.5
  28. Səlimian, Dərsname Məhdəviyyət, h.ş 1389, c.3, s.176
  29. Məkarim Şirazi, Höküməte Cəhaniye Mehdi, h.ş 1380, s.251-253
  30. Məkarim Şirazi, Höküməte Cəhaniye Mehdi, h.ş 1380, s.251
  31. Şeyx Səduq, Kəamlud-din, h.q 1395, c.2, s.654, h.20-21; Nomani, Əl-ğeybə, h.q 1397, s.314-315, h.7-8-9; Səduq, Əl-xisal, h.ş 1362, c.2, s.649, h. 43; Təbəri, Dəalilul-İmamə, h.q 1413, s.455; Tusi, Əl-ğeybə, h.q 1411, s.477
  32. Nomani, Əl-ğeybə, h.q 1397, s.314, h.2; Səduq, Kəamlud-din, h.q 1395, c.2, s.654, h. 20
  33. Seyyid ibn Tavus, Əl-məlahimu vəl-fiyən, h.q 1398, s.64-65
  34. Zəamni, Həzrət Mehdi: Ayineye Peyəbəran, h.ş 1396, s.219; Qəraəti, Şərhe duaye şərife İftitah, h.ş 1392, s.111; Səmədi, Siyreye İmam Mehdi (ə.f), h.ş 1393, s.190
  35. Nomani, Əl-ğeybə, h.q 1397, s.315-316, h.10
  36. Məclisi, Biharul-ənvar, h.q 1403, c.52, s.386
  37. Seyyid ibn Tavus, Əl-məlahimu vəl-fitən, h.q 1398, s.83
  38. Hürr Amili, İsbatul-hüda, h.q 1425, c.5, s.173

Ədəbiyyat

  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-əimmə, Müqəddimə: Cəfər Sübhani Təbrizi, Haşiyə: Məhəllati, Təbriz, Məktəbətu bəni Haşim, h.q 1381
  • Hürr Amili, Muhəmməd ibn Həsən, İsbatul-huda bin-nususi vəl-mucizat, Beyrut, 1-ci çap, h.q 1425
  • Zəmani, Seyyid Həsən, Həzrət Mehdi: Ayineye peyəmbəran, Qum, Bunyade fərhəngi Həzrət Mehdi Movud, h.ş 1396
  • Səlimian, Xodamurad, Dərname Məhdəviyyət, Qum, Bunyade fərhəngi Həzrət Mehdi Movud,2-ci çap, h.ş 1389
  • Seyyid ibn Tavus, Əl-məlahimu vəl-fitəni fi zuhuril-ğaibil-muntəzir, Qum, Enteşarate Rəzəvi, 5-ci çap, h.q 1398 m. 1978
  • Şeyx Səduq, Muhəmməd ibn Həsən, Əl-xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came mudərrisin hozeye elmiyyeye Qum, 1-ci çap, h.ş 1362
  • Şeyx Səduq, Muhəmməd ibn Həsən, uyunu Əxbarir-Riza (ə), Düzəliş: Mehdi Lacəvərdi, Tehran, Nəşre cəhan, 1-ci çap, h.q 1378
  • Şeyx Səduq, Muhəmməd ibn Həsən, Kəmalud-din vətəmamun-nemət, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1395
  • Şeyx Tusi, Muhəmməd ibn Həsən, Əl-ğeybə, Düzəliş: Abdullah Tehrani və Əli Əhməd Nasih, Qum, Darul-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1411
  • Sədr, Seyyid Muhəmməd, Əl-musuətul-məhdəviyyə, c.3, Beyrut, Darut-taaruf, h.q 1412, m. 1992
  • Səmədi, Qənbər Əli, Siyreye İmam Mehdi (ə.f), Qum, Bunyade fərhəngi Həzrət Mehdi (ə.f) məvud, h.ş 1393
  • Təbəri Amili, Muhəmməd ibn Cərir, Dəlaillul-imamə, Qum, Besət, 1-ci çap, h.q 1413
  • Feyz Kaşani, Movla Muhəmməd Möhsin, Kitabul-vafi, Təhqiq: Ziyaud-din Hüseyni İsfahani, Məktəbətul-İmam Əmirəl-Möminin Əli (ə), h.q 1406
  • Qəraəti, Möhsin, Şərhe duaye Şərif İftitah, Qum, Bunyade fərhəngi Həzrət Mehdi məvud, h.ş 1392
  • Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Düzəliş: Cəmi əz mühəqqiqan, Beyrut, Daru ihyait-terasil-ərəbi, 2-ci çap, h.q 1403
  • Muhəmmədi Reyşəhri, Muhəmməd və başqaları, Daneşname İmam Mehdi (ə.f) bər paye Quran, Hədis və Tarix, Qum, Darul-hədis, h.ş 1393
  • Mofid, Muhəmməd ibn Muhəmməd, Əl-irşadu fi mərifəti hucəcillah ələl-ibad, Düzəliş: Muəssisətu Alil-Beyt (ə)
  • Məkarim Şirazi, Nasir, Hokuməte cəhani Mehdi, Qum, Nəsle Cəvan, 10-cu çap, h.ş 1380
  • Nomani, Muhəmməd ibn İbrahim, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Nəşre Səduq, h.q 1397