Seyid İbrahim Rəisi

wikishia saytından
(İran İslam Respublikasının 8-ci prezidenti səhifəsindən yönləndirilmişdir)
Seyyid İbrahim Rəisi
İran İslam Respublikasının səkkizinci prezidenti
İran İslam Respublikasının səkkizinci prezidenti
Tam adıSeyyid İbrahim Rəisi Əs-Sadati
NisbətiZeyd ibn Əli
Diniİslam
MəzhəbiŞiə
Məşhur qohumlarSeyyid Əhməd Ələmul-Huda (Qaynatası)
Doğum günü1960-cı il
Doğulduğu şəhərMəşhəd
Doğulduğu ölkəİran İslam Respublikası
ŞəhadətiHava qəzası, Təbriz şəhəri, 2024 May 19
UstadlarıSeyyid Mahmud Haşimi Şahrudi - Ağa Müctəba Tehrani - Ali-Rəhbər Ayətullah Xamenei
ƏsərləriTəqrirate dərse qəvaide fiqh - İrse bivaris - Təaruze əsl və zahir dər fiqh və qanun
Fəaliyyət sahəsiRuhani
Tutduğu vəzifəsiXüsusi Ruhanilər Məhkəməsinin prokuroru - İranın baş prokuroru - Rəhbərlik Ekspertlər Məclisində Cənubi Xorasan xalqının nümayəndəsi - İmam Rzanın (ə) hərəminin rəhbərliyi


Seyid İbrahim Rəisi kimi tanınan, Seyid İbrahim Rəisi Əs-Sadati (1960-2024), şiə ruhanisi, siyasətçi və İran İslam Cümhuriyyətinin səkkizinci prezidentidir. Qum və Məşhəd elmi hövzələrinin və Şəhid Mütəhhəri Universitetinin məzunudur.

Ayətullah Rəisi mübariz ruhani icmasının üzvüdür. O, İran İslam Cümhuriyyətində müxtəlif hökumət vəzifələrində çalışıb. Onların arasında Ədliyyə Sisteminin rəhbərliyi, Baş Prokurorluq, Baş Nəzarət Təşkilatının, Xüsusi Ruhanilər Məhkəməsi Prokurorluğunun rəhbərliyi, Ölkənin Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü və Rəhbərlik Ekspertlər Məclisinin nümayəndəliyi var. O, həmçinin üç il Astan Qüds Rəzəviyə (İmam Rza (ə) hərəminə) rəhbərlik edib.

19 may 2024-cü ildə tikinti layihəsinin açılşını etmək üçün Şərqi Azərbaycana səfər edən Seyid İbrahim Rəisi və onun yoldaşlarını daşıyan vertolyot Vərzaqan və Culfa arasında geri dönərkən qəzaya uğradı.

Bioqrafiya və təhsili

Seyid İbrahim Rəisi 1660-cı il dekabrın 14-də (şəmsi təqvimi ilə 1339-cu il azər ayının 23-də) Məşhəddə anadan olub. Onun nəsli ata və anası tərəfindən Zeyd ibn Əliyə çatır. O, hövzə dərslərinə Məşhəddə "Nəvvab" elmi hövzəsində başlayıb və 1975-ci ildən isə dərslərinə Qum elmi hövzəsində davam etmişdir. Qumda Yədullah Duzduzani, Seyid Əli Muhəqqiq Damad, Əli Əkbər Meşkini, Əhməd Behişti, Mürtəza MütəhhəriHüseyn Nuri Həmədani kimi alimlərdən təhsil almışdır.[1] Seyid Rəisi həmçinin Seyid Məhəmməd Həsən Mərəşi Şuştəri, Seyid Mahmud Haşimi Şahrudi, Ağa Müctəba Tehrani, Ali Məqamlı Rəhbər Ayətullah Xamenei və s.-nin ali xaric dərslərində iştirak etmişdir.[2]

O, Şəhid Mütəhhəri universitetində fiqh və hüquq təhsili almışdır.[3] 1983-cü ildə Seyid Əhməd Ələmul-Hudanın qızı Cəmilə Ələmul-Huda ilə evləndi.[4]

Onun İslam inqilabından əvvəlki mübarizələri

Seyid Rəisi, özünün dediyi kimi, İslam İnqilabından əvvəlki illərdə təbliğat fəaliyyətinə görə SAVAK tərəfindən həbs edilib.[5] Həmçinin tələbələrlə birlikdə Pəhləvi hökuməti tərəfindən sürgün edilmiş ruhaniləri ziyarət etmək üçün gedirdi. O cümlədən, İranşəhrdə sürgündə olan Ayətullah Xamenei ilə görüşmək üçün bu şəhərə getdi.[6] 1978-ci il yanvarın 7-də "İttilaat" qəzetində İmam Xomeyninin (r.ə) təhqir edilməsindən və xalq hərəkatlarının başlamasından sonra Seyid Rəisi etiraz aksiyalarında iştirak etdi və fəallıq göstərdi ki, o aksiyaların əksəriyyəti Ayətullah Burucerdi mədrəsəsindən (Xan mədrəsəsi) başlayırdı.[7] O, həmçinin 1979-cu ildə yanvar ayında Tehran Universitetində, İmam Xomeyninin (r.ə) İrana qayıtmasının qarşısını almaq üçün hava limanlarının bağlanmasına etiraz edən alimlər arasında idi.[8]

Astan Qüds Rəzəvinin rəhbərliyi

2015-ci ildə Abbas Vaiz Təbəsinin ölümündən sonra Seyid İbrahim Rəisi İslam İnqilabının Ali Məqamlı Rəhbərininfərmanı ilə Astan Qüds Rəzəvinin (İmam Rza (ə) hərəminin)  rəhbəri təyin edildi[9]  və 2019-cu ilin mart ayına qədərbu vəzifəni icra etdi.[10] Seyid Rəisinin rəhbərliyi müddətində Astan Qüds Rəzəvidə bir çox xidmətlər həyata keçirildi. Onların arasında gündə üç min zəvvar qəbul etmək gücündə olan zəvvarlar üçün şəhərciyin tikintisi və İmam Rzanın (ə) hərəminin ətrafında zairlərin qalması üçün çoxlu yerlərin tikilməsi də var.[11] Həmçinin yoxsul və ilk dəfə Məşhədə ziyarətə gedən zəvvarların həcc ziyarətinə göndərilməsi layihəsi, Məşhədə gedən yollarda "Miqatur-Rza" (zəvvarların istirahət yerləri) tikintisi və "Gənc köməkçilər" layihəsinin həyata keçirilməsi də bu xidmətlərdəndir. İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei, Seyid Rəisini Astan Qüds Rəzəvinin rəhbəri təyin edilməsi haqqındakı fərmanında İmam Rza (ə) hərəminin zəvvarlarının qayğısına qalmaq, qonşularına, xüsusən də Rəzəvi hərəminin kasıb və ehtiyaclı olan şəxslərinə xidmət göstərmək, İslam dünyasında Quran təlimlərini və Əhli-beyt (ə) məktəbini təbliğ etmək, Astan Qüdsün vəqflərinin yerləşdiyi yerdəki imkansızlara əl tutmaq və onun iqtisadi və xidmət müəssisələrinin tənzimlənməsini istəmişdi.[12]

Siyasi fəaliyyətlər

İran-İraq müharibəsində Ayətullah Rəisinin iştirakı[13]

İran İslam inqilabından sonra İbrahim Rəisi 20 yaşında Kərəc Prokurorluğunda ədliyyə fəaliyyətinə başlayıb. O, eyni zamanda bir müddət Həmədan prokurorluğunda da məsul olub.[14] Onun digər məsuliyyətlərindən aşağıdakılara işarə etmək olar:

  • 1989-1994-cü illərdə Tehran prokuroru[15]
  • 1994-2004-cü illərdə İranın Baş Təftiş Təşkilatının rəhbəri[16]
  • 2004-2014-cü illərdə Ədliyyə Sisteminin birinci müavini[17]
  • 2006-cı ildən Rəhbərlik Ekspertlər Məclisində Cənubi Xorasan xalqının nümayəndəsi[18]
  • 2012-2021-ci illərdə Xüsusi Ruhanilər Məhkəməsinin prokuroru[19]
  • 2014-2015-ci illərdə İranın baş prokuroru[20]
  • 2017-ci ildən Ölkənin Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü
  • 2018-ci(21] ildən 2021-ci[22] ilə qədər İran Məhkəməsinin başçısı[21]
  • 2021-ci ildən İran prezidenti olub[22]
  • 1997-ci ildə Mübariz Ruhanilər Cəmiyyətinin Mərkəzi Şurasına üzv olub. Bu, Ayətullah Məhdəvi Kəninin təklifi ilə baş verib.[23]

Tədris və elmi işlər

Ayətullah Rəisinin BMT-nin Baş Assembleyasında Quranı yandırmağa etiraz olaraq Quranı qaldırması[24]

Astan Qüdsdə (İmam Rzanın (ə) hərəmində) rəhbərliyi müddətində Seyid İbrahim Rəisi Məşhəddə xaric fiqh dərsi deyib. O, həmçinin Tehran elmi hövzələrində, İmam Sadiq (ə) Universiteti (ə) və Şəhid Behişti Universiteti kimi müxtəlif universitetlərdə fiqh mətnləri, hüquq fiqh qaydaları və iqtisadi fiqhdən dərs deyirdi.[25]

Fiqh hökmləri (3 cildlik, hüquq, iqtisadi və ibadi bölmələrində), varisi olmayan irs, fiqh və hüquqda əsas və zahiri ziddiyyətlərə dair məruzə kitabları Seyid İbrahim Rəisinin əsərlərindəndir. Həmçinin onun hüquq, iqtisad, fiqh, ictimai ədalət və həyat tərzinə dair müxtəlif kitablar nəşr edilmişdir.[26]

Hava qəzası

19 may 2024-cü ildə tikinti layihəsinin açılşını etmək üçün Şərqi Azərbaycana səfər edən Seyid İbrahim Rəisini daşıyan vertolyot Vərzaqan və Culfa arasında geri dönərkən qəzaya uğradı. Bu helikopterdə İran İslam Cümhuriyyətinin Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian və Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Seyid Məhəmməd Əli Ali Haşim də olub.[27]

Bu xəbərin yayılmasından sonra bir qrup iranlı İmam Rza (ə) hərəmi,[28] Həzrət Məsumə (s) hərəmi[29] və Şahçırağ hərəmi kimi ictimai və dini məkanlarda toplanıb və İran prezidentinin sağlamlığı üçün dualar ediblər.[30] Mayın 20-də prezidenti və onu daşıyan helikopterin qalıqları tapıldı və xəbər agentlikləri Seyid İbrahim Rəisinin və onunla birlikdə olanların şəhadəti barədə xəbər verdilər.[31]

İstinadlar

  1. «روایت حجت‌الاسلام رئیسی از دوران مبارزه علیه رژیم پهلوی/ شکل‌گیری هسته‌های مبارزاتی طلاب در قم / ماجرای دیدار با آیت‌الله خامنه‌ای در ایرانشهر», irdc.ir/fa saytı
  2. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  3. Səvabiq və zendeginameye Höccətul-İslam vəl-muslimin Rəisi, Xəbərqozariye Sədosima
  4. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  5. Nəcəfi, Rəvayəte entexabate dəvazdəhhom, s.186-188 nəql olunub «روایت حجت‌الاسلام رئیسی از دوران مبارزه علیه رژیم پهلوی/ شکل‌گیری هسته‌های مبارزاتی طلاب در قم / ماجرای دیدار با آیت‌الله خامنه‌ای در ایرانشهر»
  6. Nəcəfi, Rəvayəte entexabate dəvazdəhhom, s.186-188 nəql olunub «روایت حجت‌الاسلام رئیسی از دوران مبارزه علیه رژیم پهلوی/ شکل‌گیری هسته‌های مبارزاتی طلاب در قم / ماجرای دیدار با آیت‌الله خامنه‌ای در ایرانشهر»
  7. https://raisi.ir/page/biography
  8. Nəcəfi, Rəvayəte entexabate dəvazdəhhom, s.186-188 nəql olunub «روایت حجت‌الاسلام رئیسی از دوران مبارزه علیه رژیم پهلوی/ شکل‌گیری هسته‌های مبارزاتی طلاب در قم / ماجرای دیدار با آیت‌الله خامنه‌ای در ایرانشهر»
  9. «انتصاب حجت‌الاسلام رئیسی به تولیت آستان قدس رضوی»
  10. «انتصاب حجت‌الاسلام رئیسی به تولیت آستان قدس رضوی»
  11. «نگاهی به عملكرد سه ساله حجت الاسلام رئیسی در آستان قدس رضوی», İrna.ir saytı
  12. «نگاهی به عملكرد سه ساله حجت الاسلام رئیسی در آستان قدس رضوی»
  13. https://irdc.ir/fa/news
  14. «شرح زندگی سید ابراهیم رئیسی », raisi.ir saytı
  15. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  16. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  17. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  18. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  19. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  20. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  21. «انتصاب حجت‌الاسلام والمسلمین سیدابراهیم رئیسی به ریاست قوه قضائیه»
  22. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  23. «شرح زندگی سید ابراهیم رئیسی », raisi.ir
  24. https://irdc.ir/fa/news
  25. «سوابق و زندگینامه حجت الاسلام و المسلمین رئیسی»
  26. Zendeginame: Seyyid İbrahim Rəisi, Xəbərqozariye həmşəhri
  27. «بالگرد حامل رئیس جمهور دچار سانحه شد/با ۲ نفر از سرنشینان بالگرد رئیس‌جمهور ارتباط برقرار شد», isna.ir saytı
  28. Duaye zairan hərəme mütəhhəre rəzəvi bəraye səlamətiye rəis cümhur və həmrahanəş, Mehr xəbər agentliyi
  29. Bərqozariye dua dər hərəme Həzrət Məsumə (s) bəraye səlamətiye Rəisi və həmrhan, Entexab xəbər agentliyi
  30. Duaye zairan hərəme mütəhhəre rəzəvi bəraye səlamətiye rəis cümhur və həmrahanəş, Mehr xəbər agentliyi
  31. آیت‌الله رئیسی و هیئت همراه به ملکوت اعلی پیوستند, Təsnim xəbər saytı

Ədəbiyyat