Seyid Məhəmməd Əli Ali Haşim
Vəzifəsi | Təbriz şəhərinin imam cüməsi |
---|---|
Doğum günü | 1962-ci il |
Doğulduğu şəhər | Təbriz |
Doğulduğu ölkə | İran |
Şəhadəti | 19.5.2024 - İran-Qərbi Azərbaycan (vertolyot qəzası) |
Rəsmi internet saytı | https://www.ale-hashem.ir |
Seyid Məhəmməd Əli Ali Haşim (1962-2024) Təbrizin cümə imamı və Şərqi Azərbaycan vilayətində Vəliyyi-Fəqihin nümayəndəsi idi. O, Rəhbərlik Ekspertlər Məclisinin 6-cı dövründə Şərqi Azərbaycan xalqını təmsil edib. O, həmçinin İran İslam Cümhuriyyəti Ordusunun ideoloji bölümündə məsul vəzifələrdə çalışıb.
2024-cü il mayın 19-da o, İran prezidenti Seyid İbrahim Rəisi ilə Şərqi Azərbaycana səfər edərkən, onları daşıyan vertolyot geri dönərkən qəzaya uğrayaraq şəhid olur.
Həyatı
Seyid Məhəmməd Əli Ali Haşim Təbrizin ruhanilərindən olan Seyid Məhəmməd Təqi Ali Haşimin oğlu idi. İbtidai təhsilini orta məktəbə qədər Təbrizdə bitirmişdir. Ali Haşim Təbriz elmi hövzəsində dini elmləri öyrənməyə başladı və sonra təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə getdi. 14 il Seyid Əli Xameneinin xaric dərslərində iştirak etmişdir.[1]O, həmçinin dərsi-xaricin tədrisi ilə də məşğul olurdu.[2]
Rəsmi və siyasi vəzifələri
Ayətullah Xamenei 31 may 2017-ci ildə Seyid Ali Haşimini Vəliyyi-Fəqihin Azərbaycan üzrə nümayəndəsi və Təbrizin cümə imamı təyin etdi.[3] Onun istəyi ilə Təbrizin cümə imamlığı dövründə məmurları xalqın sıralarından ayıran hasarları aradan götürüldü.[4]
Seyid Ali Haşim, 19 iyul 2009[5] - 2 iyul 2017[6]-ci illər arasında Vəliyyi-Fəqihin nümayəndəlik vəzifəsini və İran İslam Cümhuriyyəti Ordusunun siyasi ideoloji təşkilatının rəhbərliyini təmsil etməkdən məsul idi.[7] Bu müddət ərzində o, üç dəfə silahlı qüvvələrin siyasi ideoloji təşkilatları arasında birinci yeri tutmağa nail olmuşdur.[8]
Seyid Ali Haşim, Rəhbərlik Ekspertlər Şurasının altıncı dövründə Şərqi Azərbaycan xalqının nümayəndəsi kimi bu məclisə daxil olub. O, 834 min 108 səs toplayaraq, müxtəlif dövrlərdə Şərqi Azərbaycan vilayətində Rəhbərlik Ekspertlər Şurasının ən çox səsini qazanıb.[9] Onun digər rəsmi vəzifələrindən aşağıdakıları qeyd etmək olar:[10]
- Təbriz Cümə Namazı Qərargahının Sədri
- Ordu Quru Qoşunlarına Dəstək Təlim Mərkəzinin Siyasi İdeoloji Mütəxəssisi
- Azərbaycanın Həmzə 21-ci diviziyasının ideoloji və siyasi rəhbəri
- Azərbaycan Regional Siyasi İdeologiya idarəsinin rəisi
- Azərbaycan Regional Siyasi İdeoloji Təşkilatının təbliğ və ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti
- Ordunun Hərbi Dəniz Qüvvələrinin Siyasi İdeologiya İdarəsinin əvəzedicisi
- Ordunun Quru Qoşunlarının Siyasi İdeologiya İdarəsinin əvəzedicisi
- Ordunun Siyasi İdeoloji Təşkilatının koordinator müavini
- Bütün orduların Ali komandanlığının təsdiqi ilə ordunun siyasi ideoloji təşkilatının canişini
- Ölkənin Məsləhətini Müəyyənləşdirmə Şurasında Azərbaycan masasının üzvü
- Quru Qoşunlarının Siyasi İdeologiya İdarəsinin rəisi
Əsərləri
Seyid Ali Haşimin silahlı qüvvələr, tələbələr və din xadimləri üçün xüsusi əsərləri və ümumi təlifləri var idi.[11] Onun əsərləri arasında aşağıdakıları qeyd etmək olar:
- İslam əxlaqı və tərbiyəsinin qoxusu[12]
- Əxlaq və tərbiyə sirəsi[13]
- Psixoloji müharibənin fiqhi araşdırması[14]
- Cümə mesajı - altı cilddə (Təbriz cümə namazındakı xütbələri)[15]
Vəfatı
19 may 2024-cü ildə tikinti layihəsinin açılışı üçün Şərqi Azərbaycana səfər edən Seyid İbrahim Rəisi və Seyid Məhəmməd Əli Ali Haşimi daşıyan vertolyot Vərzəqan və Culfa arasında geri dönərkən qəzaya uğradı.[15] Əvvəl onun salamat olması ilə bağlı xəbərlər dərc olundu.[16] Amma sonra, xəbər mediaları onun bu qəza nəticəsində vəfat etdiyini bildirdi.[17]
İstinadlar
- ↑ Zendeginame, Sayte Həzrət Ayətullah Seyyid Məhəmməd Əli Ali-Haşim
- ↑ «جلسه درس خارج امر به معروف و نهی از منکر نماینده ولی فقیه در آذربایجان شرقی در مسجد جامع تبریز», hawzahnews.com saytı
- ↑ İntisabe numayəndeye vəliyyi-fəqih dər astane Azərbaycane şərqi və imam Cümeye Təbriz
- ↑ «امام جمعه تبریز همچنان آذربایجانیها را غافلگیر میکند», mashreghnews.ir saytı
- ↑ İntisabe Höccətul-İslam Seyyid Məhəmməd Əli Ali-Haşim be riyasəte sazmane əqidəti siyasiye ərteş
- ↑ İntisabe Höccətul-İslam Seyyid Məhəmməd Əli Ali-Haşim be riyasəte sazmane əqidəti siyasiye ərteş
- ↑ İntisabe Höccətul-İslam Seyyid Məhəmməd Əli Ali-Haşim be riyasəte sazmane əqidəti siyasiye ərteş
- ↑ Zendeginame, Sayte Həzrət Ayətullah Seyyid Məhəmməd Əli Ali-Haşim
- ↑ Ali Haşim, Rekorde xübrəqan ra şekəst, Xəbər onlayn
- ↑ Zendeginame, Sayte Həzrət Ayətullah Seyyid Məhəmməd Əli Ali-Haşim
- ↑ Zendeginame, Sayte Həzrət Ayətullah Seyyid Məhəmməd Əli Ali-Haşim
- ↑ Müərrifiye asar, Sayte Həzrət Ayətullah Seyyid Məhəmməd Əli Ali Haşim
- ↑ Müərrifiye asar, Sayte Həzrət Ayətullah Seyyid Məhəmməd Əli Ali Haşim
- ↑ Müərrifiye asar, Sayte Həzrət Ayətullah Seyyid Məhəmməd Əli Ali Haşim
- ↑ Zeqahi be zendegi və karnameye namizədhaye Xübrəqane Rəhbəri dər Azərbaycane şərqi, İrna saytı
Ədəbiyyat
- «زندگینامه» ale-hashem.ir saytı
- «معرفی آثار» ale-hashem.ir saytı
- «انتصاب حجتالاسلام سیدمحمدعلی آلهاشم به ریاست سازمان عقیدتی سیاسی ارتش» khamenei.ir saytı
- «انتصاب نماینده ولی فقیه در استان آذربایجان شرقی و امام جمعه تبریز» khamenei.ir saytı
- «انتصاب حجتالاسلام محمدحسنی به ریاست سازمان عقیدتی سیاسی ارتش» khamenei.ir saytı
- ««آل هاشم» رکورد خبرگان را شکست» khabaronline.ir saytı
- «نگاهی به زندگی و کارنامه نامزدهای خبرگان رهبری در آذربایجان شرقی» irna.ir saytı
- «امام جمعه تبریز همچنان آذربایجانیها را غافلگیر میکند», mashreghnews.ir saytı
- «بالگرد حامل رئیس جمهور دچار سانحه شد/با ۲ نفر از سرنشینان بالگرد رئیسجمهور ارتباط برقرار شد», isna.ir saytı
- «۲ بار با آقای آل هاشم تماس برقرار شده» hamshahrionline.ir saytı
- «تایید شهادت حجتالاسلام آل هاشم», İlna.ir saytı
- «جلسه درس خارج امر به معروف و نهی از منکر نماینده ولی فقیه در آذربایجان شرقی در مسجد جامع تبریز», hawzahnews.com saytı