İshaq (peyğəmbər)

wikishia saytından
(İshaq nəbi səhifəsindən yönləndirilmişdir)
İshaq
Quranda adıİshaq
Doğum yeriFələstin
MəzarıBeytul-Müqəddəs
Qövmünün adıBəni-İsrail
Özündən əvvəlki peyğəmbərYaqub
Özündən sonrakı peyğəmbərİsmail
Tanınmış qohumlarıİbrahim, İsmail, Yaqub
DinTəkallahlılıq
Yaş180
Quranda təkrarlanan adı17 dəfə


İshaq (ərəbcə: النبي إسحاق (ع)) ilahi peyğəmbərlərdən, həzrət İbrahimin (ə) oğlu və İsmayılın qardaşı idi. O, Bəni-İsrailin babası idi. Yaqub, Davud, Süleyman, YusifMusa kimi peyğəmbərlər onun nəslindən idi. Quranda İshaq və onun peyğəmbərliyi haqqında söhbət açılır. Tövrat və bəzi əhli-sünnə məxəzləri İshaqı Zəbihullah hesab edirlər. Lakin şiələrə görə, Zəbihullah İbrahimin digər övladı İsmayıldır.

İshaq atasının yüz yaşı, anası Saranın isə 90 yaşı olanda dünyaya gəlb. Allahın onun dünyaya gəlməsi haqqında müjdə verməsi Quranda qeyd olunub. O, qardaşı İsmayıl dünyasını dəyişəndən sonra peyğəmbərliyə çatdı.

Şəxsiyyəti

İshaq ilahi peyğəmbərlərdən, İbrahimin (ə)Saranın[1] oğludur. O, Fələstində dünyaya gəlib və orada da yaşayıb.[2] İshaq ibrani dilində gülən[3] deməkdir. Bəziləri isə onu ərəb dilindən[4] alınma söz hesab edirlər. Onun dünyaya gəlişi İsmayıldan beş və ya on üç il sonra olub.[5] İshaq dünyaya gələndə atasının 100-dən çox, anasının isə 90 yaşı var idi.[6] İshaq 40 yaşında Rivqa adlı bir qızla ailə qurdu. Esav və Yaqub adında iki övladı oldu.[7]

O, Bəni-İsrailin babasıdır. Cəbrayılın müjdə verdiyi kimi onun nəslindən Yaqub, Yusif, Davud, Süleyman, Əyyub, Musa, Harun və digər Bəni-İsrail peyğəmbərləri dünyaya gəldi.[8] Tarixi qaynaqlara görə, İbrahim (ə) Lutun (ə) əmisi, İshaq isə onun əmisi oğlu idi.[9]

İsmayılın qurban kəsilməsi hadisəsi yəhudilərin müqəddəs kitabında İshaq haqqında verilib və yəhudilər onu İshaqın İsmayıldan üstün olmasının dəlillərindən hesab edirlər.[10] Əhli-sünnədən də bəziləri bu fikirdədirlər.[11] Buna baxmayaraq, şiələr “Saffat” surəsinin 112-ci,[12] eləcə də “Hud” surəsinin 71-ci ayəsinə[13] istinadən İshaqın qurbanlıq olmasını rədd edirlər.[14]

İshaq dünyasını dəyişməzdən qabaq peyğəmbərliyi Allahın əmri ilə oğlu Yaquba ötürdü.[15] Tövratın mətninə görə, İshaq digər oğlu Esavın özündən sonra peyğəmbər olmasını istəyirdi. Amma Yaqub anası ilə əlbir olub onu aldatdı və beləliklə, Yaqub, peyğəmbər oldu.[16] Müasir Quran alimi və təfsirçi Məhəmməd Hadi Mərifət Tövratda bu haqda nəql olunanları peyğəmbərləri təhqir nümunəsi və həmçinin, Yaqubun atasının korluğundan sui-istifadə edən fırıldaqçı adlandırılması hesab edir.[17] O, həmçinin, Tövratın Yaqubun İshaqı aldatması haqqında nəql etdiklərini böyük ilahi peyğəmbərlərə qarşı ədəbsizlik sayır.[18]

İshaq 180 yaşında dünyasını dəyişdi və bugünkü Fələstində, Beytül-müqəddəs yaxınlığında Əl-Xəlil (Hevron) şəhərində dəfn olundu.[19]

Doğuş müjdəsi

İshaq peyğəmbərin yaşadığı və peyğəmbərlik etdiyi məkanın xəritəsi.

Quran ayələrinə görə, Allah, İshaq dünyaya gəlməzdən əvvəl onun ata-anasını bu hadisə haqqında məlumatlandırdı və onlara belə bir övlad müjdəsi verdi.[20] Bu müjdə “Hud” surəsinin 71-ci ayəsində qeyd olunub. İshaqın dünyaya gəlməsi əhvalatı adı çəkilmədən “Hicr” surəsinin 53-cü, “Zariyat” surəsinin 29-cu ayəsində öz əksini tapıb. İshaqın adı Quranda 12 surədə 17 dəfə çəkilib.[21]

Peyğəmbərlik

İshaq, qardaşı İsmayılın vəfatından sonra peyğəmbərlikdə onun canişini oldu. Ondan sonra həzrət Məhəmməddən (s) başqa bütün peyğəmbərlər İshaqın nəslindən oldular. Yalnız həzrət Məhəmməd (s) İsmayılın nəslindən idi.

Quranda 8 ayə birbaşa və ya dolayısı ilə İshaqın peyğəmbərliyinə işarə edir. Buraya İshaqın peyğəmbərliyi, övladlarına səmavi kitabın nazil edilməsi, İshaqa şəriətin verilməsi, ona vəhy nazil edilməsi, ona tabe olmaq əmri haqqında söz açan və İshaqın imamətinə işarə edən ayələr daxildir. Bu ayələrə görə, İshaqın dini və şəriəti atası İbrahimin dini ilə eyni din, yəni Hənif dini idi və tövhidi əsas götürürdü.

Əlaqədar məqalə

İstinadlar

  1. Hud surəsi, ayə 71
  2. Əbu Xəlil, Ətləsu Quran, h.ş 1389, s.53
  3. Mustəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.q 1402, c.5, s.70
  4. Qərəşi, Qamuse Quran, h.q 1412, c.3, s.240
  5. Məsudi, İsbatul-vəsiyyə, h.ş 1384, s.41-42; Təbərani, Ət-Təfsirul-kəbir, m. 2008, c.5, s.313
  6. Məsudi, İsbatul-vəsiyyə, h.ş 1384, s.46
  7. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.10, s.324
  8. Ənam surəsi, ayə 84
  9. İbn Kəsir, Əl-Bidayə, Darul-fikr, c.1,s .176
  10. Mərkəze fərhəng və məarife Quran, Dairətul-məarife Qurane Kərim, h.ş 1382, c.3, s.186
  11. Məkarim, Nümunə təfsiri, h.ş 1374, c.19, s.119; Qurtubi, Əl-Cameu li əhkamil-Quran, h.ş 1364, c.16, s.100
  12. وَ بَشَّرْناهُ بِإِسْحاقَ نَبِیا مِنَ الصَّالِحِینَ
  13. فَبَشَّرْناها بِإِسْحاقَ وَ مِنْ وَراءِ إِسْحاقَ یعْقُوبَ؛
  14. Məkarim, Nümunə təfsiri, h.ş 1374, c.19, s.118-120
  15. Məsudi, İsbatul-vəsiyyə, h.ş 1384, s.46
  16. Müqəddəs, Kitabe peydayeş, bab 27, ayə 1-40; Məhəmməd Hadi Mərifət, Nəqde şübehat piramune Qurane Kərim, h.ş 1385, s.84
  17. Məhəmməd Hadi Mərifət, Nəqde şübehat piramune Qurane Kərim, h.ş 1385, s.84
  18. Məhəmməd Hadi Mərifət, Nəqde şübehat piramune Qurane Kərim, h.ş 1385, s.84
  19. Məsudi, İsbatul-vəsiyyə, h.ş 1384, s.46; Qəzvini, Əl-Məzar, h.q 1426, c.1, s.86
  20. “Hud” surəsinin 71-ci ayəsi
  21. Əbu Xəlil, Ətləsu Quran, h.ş 1389, s.54

Ədəbiyyat

  • Quran
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr
  • Əbu Xəlil, Ətləsu Quran, Tərcümə: Məhəmməd Kermani, Məşhəd, Astane Qodse Rəzəvi, h.ş 1389
  • Təbərani, Süleyman ibn Əhməd, Ət-Təfsirul-kəbir, Ordon, m. 2008
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixut-təbəri, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1387
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Möhsin, Əl-Mizan, Qum, 5-ci çap, h.q 1417
  • Qərəşi, Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1412
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
  • Qəzvini, Seyyid Mehdi, Əl-Məzar, Beyrut, h.q 1426 \ m. 2005
  • Mərkəze fərhəng və məarife Quran, Dairətul-məarife Qurane Kərim, h.ş 1382
  • Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Qum, Ənsariyan, h.ş 1384
  • Müstəfəvi, Həsən, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, Tehran, h.q 1402
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374

Əlaqədar məqalələr