Şiddətli istilik

wikishia saytından

Həmim (ərəbcə: حميم) şiddətli istilik deməkdir. Quranda cəhənnəm əhlinə yedizdirilən qaynar suya deyilir. Həmçinin insana yaxın şəxs mənasında da işlənir. Bu söz Quranda iyirmi dəfə zikr edilmişdir.[1]

Təfsirçilər və Quran alimləri hesab edirlər ki, Həmim Quranda iki məna daşıyır:

"Həmim" kəlməsi "Sad" surəsinin 57-ci ayəsində"Yunis" surəsinin 4-cü ayəsində bu mənaya dəlalət edir. (هَذَا فَلْیذُوقُوهُ حَمِیمٌ وَ غَساقٌ) (Bu, onların dadmalı olduqları qaynar və (yandırıcı) çirkab (cəhənnəm) suyudur" (Sad, 57).[4] (وَ الَّذِینَ کفَرُوا لَهُمْ شَرَابٌ مِنْ حَمِیمٍ وَ عَذَابٌ أَلِیمٌ بِمَا کانُوا یکفُرُونَ) (Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır" (Yunis, 4).[5] Fəxr Razi "Məfatihul-Ğeyb" əsərində nəql edib ki, bu ayələrdə "həmim"dən məqsəd əridilmiş misdir.[6]

  • İnsana yaxın olan şəxs mənasındadır. "Həmim" kəlməsi "Şüəra" surəsinin 101-ci ayəsində"Məaric" surəsinin 10-cu ayəsində bu mənaya dəlalət edir. (وَ لَا صَدِیقٍ حَمِیمٍ) "Nə də mehriban və səmimi bir dostumuz var" (Şüəra, 101).[7] (وَ لَا یسْأَلُ حَمِیمٌ حَمِیمًا) "Heç bir qohum və əziz dost öz qohumunun (halını) soruşmaz" (Məaric, 10).[8] Təfsirçilər bu ayələrdə "həmim" sözünün yaxın,[9] ürək yandıran və mehriban yaxın,[10] mənasında olduğunu bildiriblər. İnsanın problem və çətinliklərini həll etməyə çalışan yaxın[11] və himayə edən yaxın şəxs[12] kimi tərif ediblər.

"Ət-təhqiq fi kəlimatil-Quranil-Kərim" kitabının müəllifi Həsən Müstəfəvi (şəmsi təqvimi ilə 1384-cü ildə vəfat edib) deyir ki, "həmim" kəlməsinin bir neçə mənası var: şiddətli istilik, qaralma, yaxın və hazır olmaq, bir növ səs və niyyət ki, bütün bu mənalar şiddətli istiliyə qayıdır. Məsələn, bəzi bulaqlara "həmim" deyilirsə, bu, o bulaqlarda qaynar suyun olması ilə bağlıdır. Habelə əgər insana yaxın olan bir şəxsə "həmim" deyirlərsə, bu, ona olan güclü sevgi və məhəbbətdən irəli gəlir. Həmçinin əgər "həmim" kömür üçün işlədilirsə, bu, şiddətli hərarət və odun nəticəsində odunun qaralması və kömürə çevrilməsinə görədir.[13] Buna görə də "həmim" isti və hərarətli bir şeyə deyilir; İstər qaynar su kimi maddi istilik, istərsə də (insanın dostu və vəlisi kimi) mənəvi istilik olsun.[14]

İstinadlar

  1. Qərəşi, Qamuse Quran, h.ş 1371, c.2, s.184
  2. Rağib İsfahani, Əl-Müfrədat, h.q 1412, s.254; Təbərsi, Məcməul-bəyan, h.ş1372, c.10, s.643; c.4, s.492; Şeyx Tusi, Ət-Tibyan, c.10, s.244; Təbəri, Cameul-bəyan, h.q 1412, c.30, s.9; Muraği, Təfsirul-Muraği, c.30, s.13; Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.3, s.150
  3. Corcani, Cilaul-əzhan, h.ş 1377, c.8, s.154
  4. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.19, s.320
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.8, s.221
  6. Razi, Məfatihul-ğəyb, h.q 1420, c.31, s.17
  7. İbn Cəvzi, Zadul-məsir, h.q 1422, c.3, s.343
  8. Təbəri, Cameul-bəyan, h.q 1412, c.29, s.46
  9. Təbəri, Cameul-bəyan, h.q 1412, c.19, s.56; İbn Haim, Ət-Tibyan, h.q 1423, s.322; Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.10, s.37; Şübbər, Təfsirul-Quranil-Əzim, h.q 1412, s.532
  10. Rağib İsfahani, Əl-Müfrədat, h.q 1412, s.255; Təbərsi, Məcməul-bəyan, h.ş1372, c.10, s.531; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.5, s.91; Alusi, Ruhul-məani, h.q 1415, c.12, s.313
  11. Əndəlusi, Əl-Muhərrər, h.q 1422, c.4, s.236; Əndəlusi, Əl-Bəhrul-muhit, h.q 1420, c.8, s.138; Təbərsi, Cameul-came, h.ş 1377, c.3, s.163
  12. Şeyx Tusi, Ət-Tibyan, c.8, s.37 və c.10, s.117; Alusi, Ruhul-məani, h.q 1415, c.12, s.313
  13. Müstəfəvi, Ət-Təhqiq, h.ş 1360, c.2, s.287
  14. Müstəfəvi, Ət-Təhqiq, h.ş 1360, c.2, s.288

Ədəbiyyat

  • Qurani-Kərim
  • Alusi, Seyyid Mahmud, Ruhul-məani, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Zadul-məsir, Beyrut, Darul-kutubil-ərəbi, Zadul-məsir, h.q 1422
  • İbn Haim, Əhməd ibn Məhəmməd, Ət-Tibyan, Beyrut, Darul-ğərbil-İslami h.q 1423
  • Əndəlusi, Əbu Həyyan, Əl-Bəhrul-muhit, Beyrut, Darul-fikr, h.q 1420,
  • Əndəlusi, Əbu Həyyan, Əl-Muhərrər, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1422
  • Corcani, Hüseyn ibn Həsən, Cilaul-əzhan, Tehran, Daneşqahe Tehran, h.ş 1377
  • Razi, Fəxrəddin, Məfatihul-ğəyb, Beyrut, h.q 1420
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Əl-Müfrədat, Dəməşq, Darul-ilm, h.q 1412
  • Zəməxşəri, Mahmud, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1407
  • Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Qum, h.q 1404
  • Şübbər, Seyyid Abdullah, Təfsirul-Quranil-Əzim, Beyrut, Darul-bəlağə, h.q 1412
  • Təbərsi, Fəzl ibn Həsən, Cameul-came, Tehran, h.ş 1377
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov h.ş1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifə, h.q 141
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Qərəşi, Seyyid Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
  • Muraği, Əhməd ibn Mustafa, Təfsirul-Muraği, Beyrut
  • Müstəfəvi, Həsən, Ət-Təhqiq, Tehran, h.ş 1360
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374