Əbu Bəkr Məxzumi

wikishia saytından
(Əbubəkr Məxzumi səhifəsindən yönləndirilmişdir)
Əbu Bəkr Məxzumi
LəqəbiQureyş rahibi
Yaşadığı yerMədinə
Nəsəb / QəbiləBəni-Məxzum
Ölüm günü və məkanıH.q 93 ya 94 və ya 95
Şöhrət tapmasının səbəbi7 fəqihdən biri və İmam Hüseynlə (ə) söhbəti
ŞeyxləriƏbu-Hüreyrə - Əmmar ibn Yasir - Ayişə - Ümmi Sələmə
Ondan rəvayət edənlərZöhri - Ömər ibn Əbdül-Əziz
EtibarıƏhli-sünnət yanında siqə
Başqa fəaliyyətləriMəzhəbi sünnidir


Əbu Bəkr Məxzumi (ərəbcə: أبو بكر المخزومي) Qureyş rahibi (hicri 93-95-ci illərdə vəfat edib) kimi tanınırdı. O, tabeindən və Mədinənin yeddi fəqihindən biri idi. O, Məkkədə İmam Hüseyn (ə) ilə görüşdü və o Həzrətdən Kufəyə getməməsini istədi. O, bu xeyirxahlığının səbəbinin qohumluq olduğunu bildirdi. Çünki onların hər ikisi Qureyş qəbiləsindən idilər.

Onun doğum və vəfatı

Əbu Bəkr Məxzumi Mədinədə olan yeddi sünni fəqihindən və Qüreyşin böyüklərindən biri idi. O, Ömər ibn Xəttabın xilafəti dövründə doğulmuş və hicri 93 ya 94 və ya 95-ci ildə vəfat etmişdir.[1]

Onun adı, nəsli və ləqəbi

Əbu Bəkr Məxzuminin adı və ləqəbi ilə bağlı ixtilaf var. “Təhzibut-Təhzib” kitabında bəziləri onun adının Məhəmməd, ləqəbinin Əbu Bəkr olduğunu, başqalarının isə onun adının Əbu Bəkr və ləqəbinin Əbu Əbdür-Rəhman olduğunu söylədikləri bildirilir. İbn Həcər deyib ki, Əbu Bəkr onun adı və ləqəbidir.[2] Əbu Bəkrin atası Əbdür-Rəhman ibn Haris ibn Hişam idi.[3]

Baxmayaraq ki, bəzi mənbələrdə ondan Əbu Bəkr ibn Haris ibn Hişam kimi də yad edilmişdir.[4] Haris ibn Hişam Bəni-Məxzum qəbiləsindən idi ki, qardaşı Əbu Cəhl ilə birlikdə Bədr döyüşündə müşriklərin arasında idilər. Bu döyüşdə Əbu Cəhl öldürüldü və Haris qaçdı.[5] O, həmçinin Ühüd döyüşündə də müşriklərin sırasında olmuş və Məkkənin fəthində İslamı qəbul etmişdir.[6]

O, Bəni-Məxzum qəbiləsinə mənsub olduğu üçün Əbu Bəkr Məxzumi adı ilə tanınırdı. Həmçinin İbn Həcər Əsqəlaninin dediyinə görə, o, çox namaz qıldığı üçün insanlar onu Qureyş rahibi adlandırırdılar.[7]

İmam Hüseyn (ə) ilə görüş

Əbu Bəkr Məxzumi Məkkədə Kərbəla hadisəsi zamanı İmam Hüseyn (ə) ilə görüşdü və xeyirxahlıq üçün o Həzrətdən istədi ki, Kufəyə getməsin. O, öz xeyirxahlığına səbəb kimi İmam Hüseynlə (ə) qohumluğunu göstərdi və ona Kufə əhalisinin İmam Əli (ə)İmam Həsənə (ə) olan vəfasızlığını xatırlatdı. İmam Hüseyn (ə) onun xeyirxahlığına görə təşəkkür etdi. Dördüncü qəməri əsrində yaşamış şiə tarixçisi Əli ibn Hüseyn Məsudi onun İmam Hüseyn (ə) ilə söhbətinin mətnini nəql etmişdir.[8]

Onun rəvayət nəql etməsi

Əbu Bəkr Məxzumi sünni hədis ravilərindən sayılır. O, atasından, Əbu Hureyrə, Əmmar ibn Yasir, Nofəl ibn Müaviyə, Aişə, Ümmü Sələmə, Ümmü Məqəl Əsədi, Əbdür-Rəhman ibn Müti, Əbi Məsud Ənsari və başqalarından rəvayət nəql etmişdir. Həmçinin Zöhri, Ömər ibn Əbdül-Əziz və Həkəm ibn Üteybə kimi ravilər ondan rəvayət nəql etmişlər. Onun rəvayətləri sünni mənbələrində gəlib və bəzi sünni “Rical” alimləri onu siqə (etibarlı) hesab etmişlər: İbn Həcərin verdiyi xəbərə görə, İbn Həbban onu siqə olanların (etibarlı şəxslərin) sırasında qeyd etmişdir.[9] Amma şiə mənbələrində onun İmam Hüseynlə (ə) söhbətinə işarə edilir.[10]

İstinadlar

  1. İbn Həcər, Təhzibut-təhzib, h.q 1404, c.12, s.28
  2. İbn Həcər, Təhzibut-təhzib, h.q 1404, c.12, s.28
  3. İbn Həcər, Təhzibut-təhzib, h.q 1404, c.12, s.28; İbn Əsir, Əsədul-Ğabə, h.q 1409, c.3, s.327
  4. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.56
  5. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s.301
  6. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s.302
  7. İbn Həcər, Təhzibut-təhzib, h.q 1404, c.12, s.28
  8. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.56
  9. İbn Həcər, Təhzibut-təhzib, h.q 1404, c.12, s.28
  10. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.56

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-Ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Həcər Əsqəlani,, Təhzibut-təhzib, Beyrut, h.q 1404
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Təhqiq: Məhəmməd Becavi, Beyrut, h.q 1412
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Təhqiq: Əsəd Dağər, Qum, Darul-hücre, h.q 1409