Əddi ibn Haris

wikishia saytından
Əddi ibn Haris
Tam adıƏddi ibn Haris
Şöhrət tapmasının səbəbiİmam Əlinin (ə) səhabələrindən
Başqa fəaliyyətləriBəhurasir bölgəsində və Dəclənin qərb nahiyəsində İmam Əli (ə) tərəfindən məsul şəxs


Əddi ibn Haris (ərəbcə: عدي بن الحارث) Mədain yaxınlığındakı Bəhurasir bölgəsində və Dəclənin qərb nahiyəsində İmam Əli (ə) tərəfindən məsul şəxs idi.

Əddi ibn Harisin şəxsiyyəti və nəsli haqqında dəqiq məlumat yoxdur.[1] Nəsr ibn Müzahmin nəqlinə əsasən, Cəməl müharibəsi bitdikdən və Kufəyə gəldikdən sonra İmam Əli (ə) onu Bəhurasir bölgəsində öz tərəfindən məsul şəxs təyin etdi.[2] Bəhurasir, Bağdadın Mədain yaxınlığında və Dəclə çayının qərbində yerləşən bölgələrindən biri idi.[3] Biharul-Ənvarda nəql olunan bir rəvayata görə, Əddi ibn Hatim İmam Əlinin (ə) bu bölgədəki nümayəndəsi idi.[4]

İstinadlar

  1. Məhəmmədi Reyşəhri, Musuətul-İmam Əli ibn Əbi Talib (ə), h.q 1425, c.12, s.219
  2. Minqəri, Vəqəətu Siffeyn, h.q 1404, s.11
  3. Həməvi, Mucəmul-buldan, Beyrut, c.1, s.515
  4. Məclisi, Biharul-Ənvar, h.q 1403, c.21, s.357

Ədəbiyyat

  • Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Musuətul-İmam Əli ibn Əbi Talib (ə), Qum, 2-ci çap, h.q 1425
  • Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, Təhqiq: Seyyid İbrahim Miyanəci, Beyrut, 2-ci çap, h.q 1403
  • Minqəri, Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, Təhqiq: Əbdüs-Səlam Məhəmməd Harun, 2-ci çap, h.q 1404