Abna xəbər agentliyi

wikishia saytından
(Əhli-Beyt (ə) xəbər agentliyi səhifəsindən yönləndirilmişdir)
Abna xəbər agentliyi
Əsas adıƏhli-Beyt xəbər agentliyi - Abna
İnternet adresihttps://abna24.com/
Fəaliyyət sahəsiŞiələr barədə xəbərlər
Dil26 dil
MəkanQum
SahibƏhli-Beyt (ə) Ümumdünya Assambleyası
Açılış tarixi2004
Hal-hazırdaAktiv


Əhli-Beyt xəbər agentliyi (ərəbcə: وكالة أهل البيت (ع) للأنباء) qısaldılmış şəkildə “Abna” adı ilə tanınır ki, Ümumdünya Əhli-Beyt Assambleyasına bağlıdır. O, şəmsi təqvimi ilə 1383-cü (miladi 2004) ildən fəaliyyət göstərir və şiələrlə bağlı xəbərləri müxtəlif dillərdə əks etdirir.

Bu xəbər agentliyi 26 dildə fəaliyyət göstərir və şəmsi təqvimi ilə 1393-cü ildə İran Beynəlxalq Mətbuat Sərgisində ən yaxşı xəbər agentliyi mükafatı da daxil olmaqla bir çox mükafatlara layiq görülüb.

Əhəmiyyət və məqsədlər

“Abna” xəbər agentliyi şiə məktəbi və şiələrin mühüm rol oynadığı hadisələrlə bağlı xəbərləri yaymaq məqsədi ilə yaradılmışdır.[1]

Bu xəbər agentliyi Qambiyada şiələrin fəaliyyətinə qadağa qoyulması xəbərini dərc etməklə İran İslam Cümhuriyyətinin Qambiya hökumətini bu ölkədə şiələrin fəaliyyətini rəsmiyyətə tanımağa razı salmasına səbəb oldu.[2] Şəmsi təqvimi ilə 1402-ci ilin “tir” ayında (2023-cü il iyun ayı) “Abna” Xəbər Agentliyi Əhli-Beyt (ə) məktəbi əsasında media fəalları və jurnalistlərdən ibarət beynəlxalq birlik yaratmağa qərar verdi.[3]

“Abna” saytı şəmsi 1391-ci (miladi 2012) ildə ərəb ölkələrində İslam oyanışından sonra Səudiyyə Ərəbistanı və Bəhreyndə filterizə edildi.[4]

Mədəniyyət səhifələri

“Abna” xəbər agentliyi dini və mədəni səhifələr də təqdim edir. Bu səhifələrdən bəzilərinin başlıqları bunlardır: Quran mövzuları, hədislər, Peyğəmbər (s)Əhli-beytin (ə) həyatı, vilayətin izində, məhdəviyyət, hicab, vəhhabilik, digər dinlər və məktəblər haqqında məlumat və s...[5]

Tarix və dillər

“Abna” xəbər agentliyi ilk dəfə 14 mart 2005-ci ildə “Şiə xəbərləri” adı ilə fəaliyyətə başlamış və ilk vaxtlar üç dildə: Fars, ərəb və ingilis dillərində fəaliyyət göstərmişdir. 2007-ci ilin iyul ayında xəbər agentliyi öz adını Əhli-Beyt (ə) xəbər agentliyi olaraq dəyişdirdi və açılışını İran İslam Cümhuriyyətinin o zamankı prezidenti Mahmud Əhmədinejad etdi.[6]

Dillər

Şəmsi təqvimi ilə 1393-cü (miladi 2014) ildə bu xəbər agentliyi 19 dildə fəaliyyət göstərirdi: İngilis, ərəb, fransız, çin, fars, ispan, alman, rus, İstanbul türkcəsi, azəri türkcəsi, urdu, banqla, malay, hindi, indoneziya, suahili, myanma, bosniya və hausa.[7] Həmçinin sonrakı illərdə onun fəaliyyət dairəsi 26 dilə çatdı.[8]

Mükafatlar

“Abna” Xəbər Agentliyi müxtəlif beynəlxalq, milli və yerli sərgi və festivallarda iştirak edib, bəzi festivallardan mükafatlar qazanıb:

  1. 19-cu Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Sərgisində 2012-ci ilin ən yaxşı xəbər agentliyi seçilib.[9]
  2. 2012-ci il may ayında keçirilən ilk “İşraq” film festivalında ən yaxşı xəbər agentliyi olaraq seçilib.[10]
  3. 2012-ci il sentyabr ayında 6-cı Beynəlxalq Rəqəmsal Media Festivalında mükafatlandırılıb.[11]
  4. 2013-cü il ilin oktyabr ayında ikinci Milli “İşraq” Film Festivalında ən yaxşı xəbər agentliyi seçilib.[12]
  5. 2019-cu ilin yanvar ayında Mehri Məhərrəm dördüncü beynəlxalq rəqəmsal media müsabiqəsində onlayn media bölməsinin qalibi olub.[13]
  6. 2023-cü il yanvar ayında 8-ci Ərbəin Dünya Mükafatının (xəbər agentliyinin fotoqrafına aid) qalibi seçilib.[14]

İstinadlar

  1. Neqahi be fəaliyyəte xəbərqozariye Abna ba 19 zəbane beynəl-miləli, Rəsa xəbər agentliyi
  2. Hictəhhomin zəbane xəbərqozari Abna rahəndazi şod, Hövzənin rəsmi internet saytı
  3. Nəxostin gərdhayi beynəl-miləli, Raviyane Əhli-beyt (ə), dər Qom bərqozar şod, Başqahe xəbərneqarane Cəvan
  4. Sayte Abna dər Ərəbistan və Bəhreyn filter şod, Tabnak
  5. Neqahi be fəaliyyəte xəbərqozariye Abna ba 19 zəbane beynəl-miləli, Rəsa xəbər agentliyi
  6. Neqahi be fəaliyyəte xəbərqozariye Abna ba 19 zəbane beynəl-miləli, Rəsa xəbər agentliyi
  7. Neqahi be fəaliyyəte xəbərqozariye Abna ba 19 zəbane beynəl-miləli, Rəsa xəbər agentliyi
  8. Dərbareye ma, Abna xəbər agentliyi
  9. Bərtərinhaye numayişqahe mətbuat və xəbərqozariyha müərrifi şodən, Mehr xəbər agentliyi
  10. Ceşnvareye filme İşraq və entexabe əcib yek payqahe xəbəri be ünvane xəbərqozariye bərtər
  11. Şişşomin ceşnvareye beynəl-miləli risanehaye dicital, Başqahe xəbərneqarane Cəvan
  12. Fehreste bərəndeqane dovvomin sərasəriye filme Hoze, Sayte ceşnvareye filme İşraq
  13. Müərrifiye bərtərinhaye suqovareye beynəl-miləli mehre muhərrəm dər Simnan, Sədo sima xəbər agentliyi
  14. Təclil əz əkkase xəbərqozariye Abna be ünvane bərqozideye həştomin cayizeye cəhaniye Ərbəin, Abna xəbər agentliyi

Ədəbiyyat

Xarici keçid