Əhli-Kitabın zəbihəsi

wikishia saytından
(Əhli-Kitabın zibhi səhifəsindən yönləndirilmişdir)

Əhli-Kitabın zəbihəsi (ərəbcə: ذبيحة أهل الكتاب), yəni Əhli-Kitab tərəfindən kəsilən heyvan, o heyvana deyilir ki, İbrahimi və səmavi dinlərdən birinin davamçıları tərəfindən kəsilir.[1] İbrahimi və səmavi dinlər o dinlərə deyilir ki, o dinlərin peyğəmbərlərinə Allah tərəfindən kitab göndərilib. Şeyx Bəhai (ö. 1031 hq) yazır: Şiə fəqihlərinin çoxu, o cümlədən Şeyx Tusi (ö. 460 hq),[2] Şeyx Müfid (ö. 413 hq)[3]Seyyid Mürtəza Ələmul-Hüda (ö. 436 hq)[4] kitab əhlinin kəsdiyi heyvanların ətini yeməyi haram hesab ediblər,[5] hətta heyvanı kəsən zaman "bismillah" desələr də.[6] Mərhum İmam Xomeyninin (r.ə) bu barədə rəyi budur ki, kitab əhlinin kəsdiyi heyvanın ətini yemək haramdır.[7] Əhli-Kitabın zəbihəsini haram bilən fəqihlər rəvayətlərə[8] istinad edərək deyilər: Qurani-Kərimin Maidə surəsinin 5-ci ayəsində kitab əhlinin yeməklərinin halal olmasından məqsəd onların dənəli bitkilər kimi şeylərdən hazırladıqları yeməklərdir, kəsdikləri heyvanların ətindən hazırlanan yeməklər deyil.[9] Həmçinin əhli-kitabın kəsdiyi və atıcı qanı olan heyvanların dəri və digər bədən üzvləri də bu qrup fəqihlərin rəyinə əsasən murdarnəcisdir və onların dərisindən istifadə emək olmaz.[10]

Şeyx Bəhainin dediyinə görə, sayları az olan bəzi fəqihlər əhli-kitabın kəsdiyi heyvanın ətini halal hesab ediblər.[11] Əllamə Hilli (ö. 726 hq) bu rəyi İbn Əbi Əqil Omani (ö. 329 hq)[12] və İbn Cüneyd Əskafiyə (hq. IV əsr)[13] nisbət verib. Şeyx Səduq (ö. 381 hq)[14]Mühəqqiq Ərdəbili (ö. 993 hq)[15] isə kitab əhlinin kəsdiyi heyvanın ətini bu şərtlə halal hesab edirlər ki, kəsilərkən "bismillah" deyilsin.[16]

Bu mövzuda bir sıra əsərlər yazılıb ki, aşağıda bir neçəsinə işarə edilib:

  • Şeyx Müfid (ö. 413 hq), "Təhrimu zəbaihi əhlil-kitab".[17] – Müəllif bu kitabda Quran ayələri, hədislər və "icma"ya istinadla kitab-əhlinin kəsdiyi heyvanın yeyilməsinin haram olmasına hökm etmiş[18] və əhli-kitab zəbihəsinin haram olmasını qəbul etməyənlərin əleyhinə dəlillərini göstərmişdir.[19]
  • Şeyx Bəhai (ö. 1031 hq), "Hormətu zəbaihi əhlil-kitab".[20] – Şeyx Bəhai bu kitabı Səfəviyyə hakimiyyətinin padşahı Şah Abbas Səfəvinin istəyi ilə qələmə almışdır.[21] O, bu kitabda əvvəlcə şiəsünni alimlərinin rəylərini araşdırmış[22] və kitab əhlinin kəsdiyi heyvanın ətinin haram olmasına tərdidlə yanaşmışdır. Amma bu barədə fətva verməkdən çəkinərək öz rəyini "işlərin həqiqətini Allah bilir" ifadəsi ilə bəyan etmişdir.[23]

İstinadlar

  1. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1382, c.3, s.701
  2. Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, c.1, s.582
  3. Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.579
  4. Seyyid Mürtəza, Əl-İntisar, h.q 1415, c.1, s.403
  5. Şeyx Bəhai, Hormətu zəbaihi əhlil-kitab, h.q 1410, s.60
  6. Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, c.1, s.582; Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.2, s.745
  7. İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.2, s.156
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.6, s.264
  9. Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.1, s.39
  10. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.2, s.745
  11. Şeyx Bəhai, Hormətu zəbaihi əhlil-kitab, h.q 1410, s.60
  12. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.8, s.316
  13. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.8, s.316
  14. Şeyx Səduq, əl-Muqənnə, h.q 1415, s.417
  15. Mühəqqiq Ərdəbili, Məcməul-faidə, c.11, s.78
  16. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.36, s.80
  17. Şeyx Mufid, Təhrimu zəbaihi əhlil-kitab, h.q 1413
  18. Şeyx Mufid, Təhrimu zəbaihi əhlil-kitab, h.q 1413, s.20
  19. Şeyx Mufid, Təhrimu zəbaihi əhlil-kitab, h.q 1413, s.24
  20. Şeyx Bəhai, Hormətu zəbaihi əhlil-kitab, h.q 1410
  21. Şeyx Bəhai, Hormətu zəbaihi əhlil-kitab, h.q 1410, s.58
  22. Şeyx Bəhai, Hormətu zəbaihi əhlil-kitab, h.q 1410, s.63
  23. Şeyx Bəhai, Hormətu zəbaihi əhlil-kitab, h.q 1410, s.74

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, h.ş 1392
  • Bəni Haşim Xomeyni, Məhəmməd Möhsin, Tozihul-məsaile mərace, Qum, Dəftəre enteşarate İslami, h.ş 1392
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əl-İntisar, h.q 1415
  • Şeyx Bəhai, Məhəmməd ibn Hüseyn, Hormətu zəbaihi əhlil-kitab, Beyrut, h.q 1410
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, əl-Muqənnə, h.q 1415
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ən-Nəhayə, Beyrut, DArul-kitabil-ərəbi, h.q 1400
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, h.q 1413
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Təhrimu zəbaihi əhlil-kitab, Qum, h.q 1413
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, İslami nəşr müəssisəsi, h.q 1413
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Qolpayqani, Seyyid Məhəmməd Rza, Məcməul-məsail, Qum, Darul-Quranil-Kərim, h.q 1409
  • Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, Qum, h.ş 1382
  • Mühəqqiq Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə, Təhqiq: Müctəba İraqi, Qum, İslami nəşr müəssisəsi,
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: Mahmud Quçani, Tehran, Darul-kutubil-İsamiyyə, h.q 1362