Məzmuna keç

Əli ibn Əbi Rafi

wikishia saytından
(Əli ibn Əbi Rafe səhifəsindən yönləndirilmişdir)
Əli ibn Əbi Rafi
Tanınmış qohumlarıƏbu Rafe (atası) - Übeydullah (qardaşı)
Şöhrət tapmasının səbəbiİmam Əlinin (ə) səhabəsi
Başqa fəaliyyətləriİmam Əlinin (ə) hakimiyyəti dövründə katib və beytülmalın (dövlət xəzinəsinin) məsulu
ƏsərləriFiqh barəsində bir kitab


Əli ibn Əbi Rafi, (ərəbcə: علي بن أبي رافع) İmam Əlinin (ə) hakimiyyəti dövründə katib və beytülmalın (dövlət xəzinəsinin) məsulu olmuşdur. O, Peyğəmbərin (s) səhabəsi Əbu Rafiin oğlu və Übeydullah ibn Əbi-Rafinin qardaşı idi.[1]

Əli ibn Əbi Rafi tabeinlərdənİmam Əlinin (ə) tərəfdarlarından idi. Seyid Möhsün Əminin sözlərinə görə, o, Cəməl, SiffeynNəhrəvan döyüşlərində İmam Əlinin (ə) ordusunda iştirak etmişdir.[2] Həmçinin Seyid Möhsün Əmin onun İslamda ilk fiqh kitabını yazan şəxs olduğunu bildirmişdir.[3] Şiə rical alimi Əhməd ibn Əli Nəcaşi onun kitabının dəstəmaz, namaz və digər mövzuları əhatə etdiyini qeyd etmişdir.[4] Seyid Möhsün Əminin sözlərinə görə, o, şiə fəqihlərindən idi və fiqhi İmam Əlidən (ə) öyrənmişdi.[5]

Əli ibn Əbi Rafi İmam Əlinin (ə) katibi və hakimiyyəti dövründə beytülmalın məsulu olmuşdur. Ondan nəql edilən bir rəvayətə görə, o, xəzinədar olduğu dövrdə İmam Əlinin (ə) qızlarından birinin istəyinə əsasən, Qurban bayramında istifadə etmək üçün Cəməl döyüşünün qənimətlərindən olan bir boyunbağını zamin qarşılığında müvəqqəti olaraq ona vermişdi. İmam Əli (ə) bu hadisədən xəbər tutduqda, Əli ibn Əbi Rafini çağıraraq boyunbağının beytülmala qaytarılmasını tələb etmiş və bu cür hadisənin təkrarlanacağı təqdirdə onun cəzalandırılacağını bildirmişdir. Həmçinin əgər qızının boyunbağanı zamin qarşılığında əmanət götürməsəydi, cəzalandırılan ilk Haşimi qadın olacağını qeyd etmişdir. Qızı bu qərarın səbəbini soruşduqda, İmam Əli (ə) ona belə cavab vermişdir: “Mühacir qadınlarının hamısı Qurban bayramında belə bir boyunbağını taxa bilərdimi?”[6] Bu rəvayət fiqh kitablarında beytülmaldan müvəqqəti əmanət götürmənin (ariyə) müzakirəsində dəlil kimi istifadə olunur.

İstinadlar

  1. Nəcaşi, Rical, h.q 1397, s.4
  2. Əmin, Əyanuş-şiə, h.q 1406, c.8, s.151
  3. Əmin, Əyanuş-şiə, h.q 1406, c.8, s.151
  4. Nəcaşi, Rical, h.q 1397, s.5
  5. Əmin, Əyanuş-şiə, h.q 1406, c.8, s.151
  6. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.10, s.151

Ədəbiyyat

  • Əmin, Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf, h.q 1406
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Təhqiq: Həsən Musəvi Xorasan, Darul-kutubil-İslamiyyə, Tehran, h.q 1407
  • Nəcaşi, Əhməd ibn Əli, Rical, Qum, Məktəbətud-Davəri, h.q 1397