Əli ibn Əbi Rafi
Əli ibn Əbi Rafi
Əli ibn Əbi Rafi, İmam Əlinin (ə) hakimiyyəti dövründə katib və beytülmalın (dövlət xəzinəsinin) məsulu olmuşdur. O, Peyğəmbərin (s) səhabəsi Əbu Rafiin oğlu və Übeydullah ibn Əbi-Rafinin qardaşı idi.(1)
Əli ibn Əbi Rafi tabeinlərdən və İmam Əlinin (ə) tərəfdarlarından idi. Seyid Möhsün Əminin sözlərinə görə, o, Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində İmam Əlinin (ə) ordusunda iştirak etmişdir.(2) Həmçinin Seyid Möhsün Əmin onun İslamda ilk fiqh kitabını yazan şəxs olduğunu bildirmişdir.(3) Şiə rical alimi Əhməd ibn Əli Nəcaşi onun kitabının dəstəmaz, namaz və digər mövzuları əhatə etdiyini qeyd etmişdir.(4) Seyid Möhsün Əminin sözlərinə görə, o, şiə fəqihlərindən idi və fiqhi İmam Əlidən (ə) öyrənmişdi.(5)
Əli ibn Əbi Rafi İmam Əlinin (ə) katibi və hakimiyyəti dövründə beytülmalın məsulu olmuşdur. Ondan nəql edilən bir rəvayətə görə, o, xəzinədar olduğu dövrdə İmam Əlinin (ə) qızlarından birinin istəyinə əsasən, Qurban bayramında istifadə etmək üçün Cəməl döyüşünün qənimətlərindən olan bir boyunbağını zamin qarşılığında müvəqqəti olaraq ona vermişdi. İmam Əli (ə) bu hadisədən xəbər tutduqda, Əli ibn Əbi Rafini çağıraraq boyunbağının beytülmala qaytarılmasını tələb etmiş və bu cür hadisənin təkrarlanacağı təqdirdə onun cəzalandırılacağını bildirmişdir. Həmçinin əgər qızının boyunbağanı zamin qarşılığında əmanət götürməsəydi, cəzalandırılan ilk Haşimi qadın olacağını qeyd etmişdir. Qızı bu qərarın səbəbini soruşduqda, İmam Əli (ə) ona belə cavab vermişdir: “Mühacir qadınlarının hamısı Qurban bayramında belə bir boyunbağını taxa bilərdimi?”(6) Bu rəvayət fiqh kitablarında beytülmaldan müvəqqəti əmanət götürmənin (ariyə) müzakirəsində dəlil kimi istifadə olunur.[Mənbə lazımdır]
Əlaqəli məqalələr
Əbi Rafinin övladları
Übeydullah ibn Əbi Rafi