10 Məhərrəm
10 Məhərrəm — hicri-qəməri təqvimi ilə ilin 10-cu günü və bu günə Aşura da deyilir.
- Həzrət İbrahimin (ə) İraqın Babil şəhərində anadan olması
- H.q 61: Aşura günü İmam Hüseyn (ə) və səhabələrinin şəhadəti
- H.q 62: Peyğəmbərin (s) həyat yoldaşı Ümmü Sələmənin vəfatı
- H.q 67: Übeydulah ibn Ziyad Muxtar Səqəfinin qoşunları tərəfindən öldürülməsi
Əməllər
- “Aşura” günü imam Hüseynin (ə) və vəfalı dostlarının şəhadət, imamların və şiələrin matəm və hüzn günüdür. Yaxşı olar ki, şiələr həmin günü dünya işləri ilə deyil, rövzə, növhə və mərsiyə deyib matəm saxlamaqla məşğul olsunlar. İmam Rzadan (ə) belə nəql olunur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət hacətlərini rəva edər. Hər kəs bu günü imam Hüseynə (ə) matəm saxlayıb ağlasa, Allah-Taala qiyamətdə həmin günü onun üçün fərəh və sevinc günü qərar verər, behiştdə gözlərini bizimlə işıqlandırar. Hər kəs “Aşura” gününü bərəkət günü adlandırsa və həmin gün evində bir şey zəxirə etsə (qazanıb saxlasa), Allah-Taala zəxirə etdiyi (qazandığı) malı onun üçün bərəkətli etməz... Belə isə, insan “Aşura” günü dünya ilə bağlı heç bir iş görməsin, öz əziz övladının və qohum-əqrəbasına matəm saxlayıb ağladığı kimi, imam Hüseynə (ə) də matəm saxlayıb ağlamaqla məşğul olsun.”
- İmam Hüseyni (ə) “Aşura” ziyarətnaməsini oxumaqla ziyarət etmək;
- Aşura günü imam Hüseynin (ə) qatillərinə çoxlu lənət demək və o həzrətin matəminə görə şiələrin bir-birinə başsağlığı verib “İmam Hüseynin (ə) müsibətinə görə Allah sizə əcr versin!” – kimi ibarələri dilə gətirmək tövsiyə olunur.
- İmam Hüseynin (ə) əzadarlarına, məxsusən zəvvarlarına su vermək;
- “İxlas” surəsini təkrar-təkrar oxumaq;
- Dörd rükət namaz qılmaq;
- “Aşura” günü oruc niyyəti etmədən, axşamçağına qədər yeyib-içməkdən çəkinmək daha yaxşı olar. Günortadan sonra iftar etmək istədikdə, ləzzətli-dadlı yeməklər deyil, qatıq, süd və bu kimi sadə yeməklər yeyilsin. Əllamə Məclisi “Zadul-məad” kitabında yazır: “Yaxşı olar ki, “Tasua” və “Aşura” günləri oruc tutulmasın. Çünki Əməvilər sülaləsi bu iki gündə o həzrətin qətlə yetirildiyinə görə sevinərək oruc tutur, həmin günlərin fəziləti ilə bağlı saxta hədislər qondararaq Peyğəmbəri-Əkrəmə (s) nisbət verirdilər. Əhli-beyt (ə) vasitəsilə nəql olunan bir çox rəvayətlərdə həmin iki gündə, xüsusilə, “Aşura” günündə oruc tutmaq məzəmmət edilmişdir. İmam Rzadan (ə) belə nəql olunur: “Aşura günü oruc niyyəti etmədən (günortaya qədər) yemək-içməkdən çəkinsin. Günortadan sonra su şərbəti ilə iftar etsin və günün hamısını oruc qalmasın.” Əlbəttə, “nəzir” kimi vacib oruc müstəsnadır.
- “Varis” ziyarətnaməsini oxumaq.
- Bu gündə oruc tutmaq məkruhdur