22 Şaban
22 Şaban — hicri-qəməri təqvimi ilə ilin 229-cu günüdür.
- H.q 588: Fəqih, müfəssir, mühəddis və Məsumların (ə) vəsfində yazılmış "Mənaqibu Ali Əbi Talib" kitabının müəllifi İbn Şəhraşubun vəfatı.
- H.q 1345: Şiə mərcə-təqlidi, "Nümunə təfsirinin" müəllifi və Qum elmi-hövzəsinin dərsi xaric ustadlarından olan Ayətullah Məkarim Şirazinin təvəllüdü.
- H.q 1352: Fəqih, mütəkəllim, müfəssir və "Alaur-rəhman fi təfsiril-Quran" kitabının müəllifi Məhəmməd Cavad Bəlaği Nəcəfinin vəfatı.