29 Cəmadius-sani
29 Cəmadius-sani — hicri-qəməri təqvimi ilə ilin 177-ci günüdür.
- H.q 200: İmam Rzanın (ə) Mərvə daxil olması.
- H.q 252: İmam Hadinin (ə) oğlu Seyid Məhəmməd kimi tanınan Məhəmməd ibn Əli əl-Hadinin (ə) vəfatı.
- H.q 363: İsmailiyyə fəqihi və Fatimilər sisteminin hakimi Qazi Noman Məğribinin vəfatı.
- H.q 1384: İmam Xomeyninin (r) İrandan Türkiyəyə sürgün olunması.
- H.q 1391: Pakistanın ilk şiə lideri, alim və vaiz Seyid Məhəmməd Dəhləvinin vəfatı.
- H.q 1443: Şiə mərcə-təqlidlərindən Lütfullah Safi Qolpayqaninin vəfatı.
Rəcəb ayının ilk gecəsinin əməlləri
- Rəcəb ayının hilalını gördükdə deyin:
"اللَّهُمَّ أَهِلَّهُ عَلَیْنَا بِالْأَمْنِ وَ الْإِیمَانِ وَ السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّى وَ رَبُّكَ اللهُ عَزَّ وَ جَلَّ" Oxunuşu: Allahummə əhilləhu əleyna bil-əmni vəl-iman vəs-səlaməti vəl-İslam Rəbbi və Rəbbukəllah əzzə və cəllə.
- Qüsl almaq.
- İmam Hüseyni (ə) ziyarət etmək.
- Məğrib namazından sonra on iki rükət namazın qılınması. (iki rükət sübh namazı kimi)
- İşa namazından sonra iki rükət namaz qılınmalıdır: birinci rükətdə bir dəfə Həmd və "Ələm-nəşrəh", üç dəfə Tövhid, ikinci rükətdə isə Həmd, "Ələm-nəşrəh", Tövhid və Müəvvizəteyn (Fələq və Nas) surələri oxunmalıdır. Salamdan sonra otuz dəfə "Lə ilahə illəllah" deyin və otuz dəfə salavat göndərin.