30 Zilhiccə
30 Zilhiccə — Bu gün yalnız bəzi hicri illərində mövcuddur. Şərti hicri-qəməri təqvimində bu gün ilin 355-ci günüdür (və son günüdür).
- H.q 13: Əbu Süfyanın arvadı və Müaviyənin anası Ciyər yeyən Hindin ölümü
- H.q 13: Əbubəkr ibn Əbi Quhafənin atası Əbu Quhafə Osman ibn Amirin ölümü
- H.q 23: Ömər ibn Xəttabın ölümü
Məhərrəmlik ayının birinci gecəsinin əməlləri
- Yüz rəkət namaz qılmaq (Sübh namazı kimi)
- İki rəkət namaz qılmaq. Birinci rəkətdə Həmddən sonra Ənam surəsini oxumaq, ikinci rəkətdə Həmddən sonra Yasin surəsini oxumaq lazımdır.
- İki rəkət namaz qılmaq. Hər rəkətdə Həmd surəsindən sonra on bir dəfə Tövhid surəsini oxumaq lazımdır.