9 Məhərrəm
9 Məhərrəm — hicri-qəməri təqvimi ilə ilin 9-cu günüdür.
- Tasua günü
- Ömər ibn Sədin müharibə elan etməsi və Kərbəlada İmam Hüseynin (ə) çadırlarının mühasirəyə alınması
- H.q 61: Yezid ordusu tərəfindən Ümmül-Bəninin övladları üçün amanda qalma məktubunun verilməsi
- H.q 61: İmam Hüseynin (ə) Kərbəla hadisəsindən əvvəl səhabələrinə söylədiyi xütbə
- H.q 61: İmam Hüseynin (ə) müharibənin təxirə salınmasını istəyi
- H.q 1268: Mühəddis, tarixçi, mütəkəllim və fəqih Seyyid Məhəmməd Quli Musəvi Hindinin vəfatı
- H.q 1356: Həkim, mütəkəllim, şair və fəqih Seyyid Məhəmməd Hüseyni Ləvasani Tehraninin vəfatı
- H.q 1427: Fəqih və vaiz Mirza Əli Fəlsəfinin vəfatı
Onuncu gecənin əməlləri
- 100 rükət namaz (yəni sübh namazı kimi 50 namaz) . Hər rükətdə "Həmd"dən sonra "İxlas" surəsini 3 dəfə oxu. [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.]
100 rükəti qılıb qurtarandan sonra 70 dəfə de: Subhanəllah, vəlhəmdu lillah, vəla ilahə illəllahu vəllahu-əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyyil əzim.
- Gecənin sonunda 4 rükət namaz. Hər rükətdə "Həmd"dən sonra "Ayətül-kürsü", "İxlas", "Fələq" və "Nas" surələrinin hər birini 10 dəfə oxumaq