Abdullah ibn Yəhya Həzrəmi

wikishia saytından
(Abdullah bin Yəhya Həzrəmi səhifəsindən yönləndirilmişdir)
Abdullah ibn Yəhya Həzrəmi
Yaşadığı yerKufə
Tanınmış qohumlarıYəhya Həzrəmi (atası)
Vəfatının necəliyiMüaviyənin əmri ilə Ziyad ibn Əbih onu Kufədəki evinin qapısında çarmıxa çəkmişdir.
Şöhrət tapmasının səbəbiİmam Əlinin (ə) səhabəsi
Başqa fəaliyyətləriCəməl döyüşündə iştirakı və Əl-Xəmis ordu qrupunun üzvü


Abdullah ibn Yəhya Həzrəmi (ərəbcə: عبد الله بن یحیی حضرمی) Əl-Xəmis ordu qrupunun üzvü və İmam Əlinin (ə) Cəməl döyüşündəki qoşununun bir üzvüdür. İmam Həsənin (ə) sülhündən sonra Müaviyənin əmri ilə şəhid edildi. İmam Həsən (ə) Müaviyəyə yazdığı məktubda müqavilənin pozulması haqqında Abdullah ibn Yəhyanın öldürülməsini işarə edib.

Adı və nəsli

Abdullah ibn Yəhya Həzrəmi Yəmənin Həzrəmut bölgəsindəndir. Bəzi nüsxələrdə onun adı Abdullah ibn Bəhr[1] və Abdullah bin Nüca[2] (Abdullah ibn Yəhyanın dəyişdirilmiş formasıdır)[3] kimi də qeyd olunmuşdur. Onun künyəsinin Əbur-Rza[4] və ya Əbur-Rəza [5] olduğu deyilmişdir.

Onun atası “Yəhya Həzrəmi” İmam Əlinin (ə) səhabələrindən idi və Əl-Xəmis ordusunun tərkibində idi.[6] O, “Siffeyn” döyüşündə İmam Əli (ə) ilə birlikdə idi.[7]

Cəməl döyüşündə iştirak edib

Abdullah İmam Əlinin (ə) xilafəti dövründə Əl-Xəmis ordu qüvvələrinin bir üzvü idi;[8] O, “Cəməl” döyüşündə də iştirak edib. Həzrət Əlinin (ə) müharibə zamanı ona belə dediyi rəvayət olunur: “Ey Abdullah xoş sənin halına! Abdullah, sən və atan həqiqətən də Əl-Xəmis ordusunun üzvüsünüz. Peyğəmbər (s) mənə xəbər verdi ki, sən və atan Əl-Xəmis ordu qüvvələrinin tərkibində olubsunuz. Allah sizi Öz Peyğəmbərinin (s) dili ilə Əl-Xəmis ordu qüvvələrində olduğunuzu bildirib”.[9]

Onun şəhadəti

İmam Əlinin (ə) şəhadətindən sonra Abdullah həmişə o Həzrətin fəzilətlərindən danışırdı.[10] Onun İmam Əliyə (ə) olan məhəbbəti Müaviyəyə çatdırıldı və o, Abdullah və onun dostlarının öldürülməsini əmr etdi.[11]Əllamə Əmini “Əl-Qədir” kitabında “Əl-Muhəbbər” kitabından nəql edərək gətirmişdir ki, Ziyad ibn Əbih onu Kufədəki evinin qapısında çarmıxa çəkmişdir.[12]İmam Hüseynin (ə) Müaviyəyə yazdığı məktubunda qeyd edildiyi kimi, o, onun bədənini müslə (bədən üzvünü kəsib götürərək eybəcər hala salma) etmişdi.[13]

İmam Həsən (ə) və İmam Hüseynin (ə) verdiyi reaksiya

Şeyx Səduq “Əl-Furuq beynəl-əbatil vəl-hüquq” kitabından nəql edərək gətirir ki, Müaviyə sülh müqaviləsini pozduqdan sonra İmam Həsən (ə) ona məktub yazıb sülh müqaviləsindən pozduğu maddələri sadaladı.[14] Həmçinin İmam Hüseyn (ə) də Müaviyəyə yazdığı məktubda onu Abdullah ibn Yəhyanı öldürdüyünə görə qınadı.[15]

Onun rəvayətlərdəki mövqeyi

Şeyx Tusi onun adını İmam Əlinin (ə) raviləri arasında qeyd etmişdir.[16] O, şiəsünni mənbələrində İmam Əlidən (ə) rəvayətlər nəql etmişdir.[17]

İstinadlar

  1. Əmin, Əyanuş-şiə, h.q 1403, c.2, s.350
  2. Tusi, Ricalu Tusi, h.q 1413, s.71
  3. Əmin, Əyanuş-şiə, h.q 1403, c.2, s.350
  4. Tusi, Ricalu Tusi, h.q 1413, s.71
  5. Mufid, Əl-İxtisas, h.q 1413, s.3
  6. Xoyi, Mucəəmu ricalil-hədis, h.ş 1372, c.20, s.98
  7. İbn Kəsir, Əl-Bidayə, Darul-fikr, c.8, s.199
  8. Mufid, Əl-İxtisas, h.q 1413, s.3
  9. Kəşşi, Rical, h.ş 1348, s.6
  10. Ali Yasin, Sulhul-Həsən (ə), h.q 1412, s.347
  11. Ali Yasin, Sulhul-Həsən (ə), h.q 1412, s.347
  12. Əmini, Əl-Ğədir, h.q 1416, c.11, s.79-80
  13. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.297
  14. Səduq, iləluş-şəraye, h.q 1385, c.1, s.212
  15. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.297
  16. Tusi, Rical, h.q 1413, s.71
  17. Əbu Məaş, Əl-Ərbəinə fi hubbi Əmiril-Muminin, h.ş 1378, c.6, s.118; Məclisi, Biharul-ənvar, h.q 1403, c.38, s.304

Ədəbiyyat

  • Ali Yasin, Razi, Sulhul-Həsən (ə), Beyrut, h.q 1412
  • İbn Kəsir, Əl-Bidayə, Darul-fikr, Beyrut
  • Əbu Məaş, Səid, Əl-Ərbəinə fi hubbi Əmiril-Muminin, Qum, h.ş 1378
  • Əmin, Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taruf, h.q 1403
  • Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Qum, h.q 1416
  • Xoyi, Seyyid Əbül-Qasim, Mucəəmu ricalil-hədis, Qum, h.ş 1372
  • Səduq, İləluş-şəraye, Nəcəf, Əl-Məktəbətul-Heydəriyyə, h.q 1385
  • Təbərsi, Əhməd, Əl-İhticac, Məşhəd, Mürtəza, h.q 1403
  • Tusi, Rical, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1413 \ h.ş 1371
  • Kəşşi, Rical, Məşhəd, Məşhəd universiteti, h.ş 1348
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Mufid, Əl-İxtisas, Qum, Şeyx Mufid konqresi, h.q 1413