Aminə bint Şərid
Aminə bint Şərid
Aminə bint Şərid, Əmr ibn Həmiq Xüzainin (h.q. 50-ci ildə vəfat etmişdir) həyat yoldaşı idi. O, Müaviyə ibn Əbu Süfyanın əmri ilə həbs edildi. Bu hadisə onun tanınmasına səbəb oldu.
Aminə bint Şərid, Kufənin fəsahətli (bəlağətli danışan) qadınlarından biri və Əmr ibn Həmiq Xüzainin həyat yoldaşı idi.(2) O, həmçinin İmam Əlinin (ə) şiələrindən idi.(3) Əhli-sünnə tarixçisi İbn Təyfur (h.q. 204-280) “Bəlağatun-Nisa” adlı əsərində onun Müaviyə ibn Əbi Süfyana ünvanladığı sözləri nəql etmişdir.(4) Həmçinin “Əyanuş-Şiə”(5) və “Əlamun-Nisail-Möminat”(6) kitablarında da İbn Təyfurun sözləri yer almışdır.
14-cü əsrin tarixçisi Zirikli, Aminə bint Şəridin məşhurlaşma səbəbini onun həbs olunması və Müaviyə qarşısında söylədiyi sözlərlə əlaqələndirmişdir.(7) İmam Əli (ə) şəhid edildikdən sonra, Müaviyə ibn Əbu Süfyan bir çox şiəni, o cümlədən Əmr ibn Həmiq Xüzaini təqib etdirdi. Əmr qaçıb gizləndi, buna görə də Müaviyənin əmri ilə onun həyat yoldaşı Aminə həbs olundu və iki il Şamda (indiki Dəməşq) həbsdə saxlanıldı.(8) Hicri 50-ci ildə Əmr ibn Həmiq Xüzai şəhid edildikdən sonra, Müaviyənin əmri ilə onun başı kəsilərək Şama göndərildi və zindanda Aminə bint Şəridin qarşısına qoyuldu. Aminə həyat yoldaşını vəsf edərək Müaviyəni lənətlədi.(9) Bundan sonra onu azad edərək Kufəyə yola saldılar. Lakin Aminə həmin il Hums şəhəri yaxınlığında taun xəstəliyinə tutuldu və vəfat etdi.(10)