Məzmuna keç

Bəkir ibn Həmran Əhməri

wikishia saytından
Bəkir ibn Həmran Əhməri
Qatil haqda məlumat
Tam adıBəkir ibn Həmran Əhməri
Yaşadığı yerKufə
AddımlarıMüslim ibn Əqili şəhadətə çatdırması
Atdığı mühüm addımlarıZiyad ibn Əbiyhin və İbn Ziyadın qoşununda iştirakı
Başqa faəliyyətlətiHücr ibn Ədinin yardımçılarından olan Abdullah ibn Xəlifə Tayinin tutulmasında təlaşı


Bəkir ibn Həmran Əhməri, (ərəbcə: بکیر بن حمران احمری) Müslim ibn Əqilin qatilidir. O, İmam Hüseynin (ə) qiyamı zamanı Kufədə İmamın nümayəndəsi olan Müslim ibn Əqil ilə döyüşdə yaralanmış və Müslimi də yaralamışdı. Müslim əsir alındıqda, İbn Ziyadın əmri ilə onu şəhid etdi. O, bundan əvvəl Ziyad ibn Əbihinin xidmətində olmuş və Hücr ibn Ədinin tərəfdarlarından olan Abdullah ibn Xəlifə Tayini tutmağa çalışmışdı.

Kərbəla hadisəsindən əvvəl

Bəzi mənbələr Bəkir ibn Həmranın Osmanın xilafəti dövründə baş verən bəzi hadisələrdə əli olduğunu qeyd edirlər.[1]

Bəkir Kufədə hakimiyyət sürdüyü dövrdə Ziyad ibn Əbihinin tərəfdarlarından idi. O, Ziyadın əmri ilə Hücr ibn Ədinin tərəfdarlarından olan Abdullah ibn Xəlifə Tayini tutmağa cəhd etdi. Bəkir və tərəfdarları Abdullahı "Ədi ibn Hatəm" məscidində tapdılar. Daha sonra Təyy qəbiləsi ilə döyüşdülər və Bəkir qaçaraq Ziyadın yanına qayıtdı.[2]

Kərbəla hadisəsi

Kufədə Müslim ibn Əqilin əsir alınması zamanı Bəkir ibn Həmran Müslimlə döyüşdə onun ağzına elə bir zərbə endirdi ki, bu zərbə nəticəsində Müslimin üst dodağı kəsildi, ön dişləri düşdü və alt dodağı da yaralandı. Müslim isə bir zərbə Bəkirin başına və bir zərbə də kürəyinə vuraraq onu yaraladı.[3] (Bəzi rəvayətlərə görə, Bəkir ibn Həmran həmin zərbələrdən həlak oldu).[4] Müslim, İbn Ziyadın yanına aparıldıqda, onun əmri ilə Bəkir ibn Həmran, Müslimin ona vurduğu zərbənin qisasını almaq üçün, Darül-imarənin damında onun boynunu vurdu.[5]

Müslim şəhid edildikdən sonra Bəkir, İbn Ziyadın yanına qayıtdı və Müslim ibn Əqilin Darül-imarənin damında (şəhid edilməzdən əvvəl) söylədiyi sözləri ona xəbər verdi.[6]

İstinadlar

  1. İbn Əsəm, Əl-Futuh, c.2, s.393; Bəlazuri, Ənsabul-əşraf, c.5, s.531; Əmini, Əl-Ğədir, c.9, s.77
  2. Təbəri, Tarix, c.5, s.267
  3. Bəlazuri, Ənsabul-əşraf, c.1, s.81; Təbəri, Tarix, c.5, s.373; İbn Əsir, Əl-Kamil, c.4, s.32; Məsudi, Murucuz-zəhəb, c.3, s.59; Səmavi, İbsarul-eyn, s.82
  4. İbn Əsəm, Əl-Futuh, c.5, s.54
  5. Bəlazuri, Ənsabul-əşraf, c.2, s.83; İbn Əsir, Əl-Kamil, c.4, s.35
  6. Təbəri, Tarix, c.5, s.378

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Daru sadir, Beyrut, h.q 1385
  • İbn Əsəm Kufi, Əl-Futuh, Təhqiq: Əli Şiri, Darul-əzva, Beyrut, h.q 1411
  • Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Qum, h.q 1416
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Beyrut, m.1974
  • Səmavi, Məhəmməd ibn Tahir, İbsarul-eyn, Şəhid Məhəllati universiteti, Qum, h.q 1419
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbəlfəzl İbrahim, Beyrut, h.q 1387
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, Darul-hücrə, 2-ci çap, h.q 1409