Bəni Haşim məhəlləsi

wikishia saytından
(Bəni Haşim məhəllələri səhifəsindən yönləndirilmişdir)
Bəni Haşim məhəlləsində İmam Sadiqə (ə) nisbət verilən ev[1]

Bəni Haşim məhəlləsi (ərəbcə: محلة بني هاشم), Mədinədə Bəni Haşimin yaşadığı məhəllə idi ki, Peyğəmbər (s) məscidi ilə Bəqi qəbiristanlığı arasında yerləşirdi. İmam Səccad (ə)İmam Sadiqin (ə) evi də bu məhəllədə yerləşirdi. Şiələrin əzadarlıq mərasimlərində bu məhəllə və onun xiyabanları Həzrət Zəhranın (s) şəhadətinə səbəb olan Bəni-Haşim xiyabanı hadisəsi səbəbindən qeyd edilir. Bu məhəllənin qalıqları şəmsi təqvimi ilə 1364-cü ilə qədər qalırdı, lakin vəhhabilər tərəfindən dağıdıldı.

Məkanı

Bəni Haşim məhəlləsi Məscidün-Nəbinin Cəbrail qapısı və Nisa qapısı qarşısındakı evlər və xiyabanlar idi ki, Bəqi qəbiristanlığına qədər davam edirdi.[2] İmam Səccadın (ə),[3] İmam Sadiqin (ə)[4]Əbu Əyyub Ənsarinin Peyğəmbərin (s) Mədinəyə hicrət etdikdən sonra yeddi ay orada yaşadığı evi[5] bu məhəllədə yerləşirdi. Şiə mənbələrində İmam Səccad (ə) və İmam Sadiqin (ə) evində namaz qılmaq tövsiyə edilmişdir.[6]

Dəyişikliklər

Bəni-Haşim məhəlləsində baş verən ilk dəyişikliklərdən biri hicri qəməri təqviminin 91-ci ilində baş verib ki, Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlikin əmri ilə Məscidün-Nəbinin genişləndirilməsi səbəbi ilə Peyğəmbərin (s) evləri dağıdıldı. Bu addım Mədinə əhalisinin mənfi reaksiyası ilə qarşılanıb. İnsanların kədərlənməsinin səbəbi Peyğəmbərin (s) əsərlərinin öz aralarında qorunub saxlanmasını istəmələri idi ki, gələcək nəsillər o Həzrətin necə sadə yaşadığını bilsinlər.[7]

Şəmsi təqvimi ilə 1364-1366-cı illərdə Bəni Haşim məhəlləsi Ali Səud tərəfindən tamamilə dağıdıldı və onun Bəqi qəbiristanlığına qədər olan sahəsi Məscidün-Nəbinin həyətlərinin inkişaf planına daxil edildi.[8] O, tam dağıdılmadan əvvəl İmam Səccadın (ə) evi və İmam Sadiqin (ə) evi kimi məşhur idi.[9]

Bəni Haşim xiyabanı hadisəsi

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Əbu Bəkrlə Həzrət Fatimə (s) arasında Fədək haqqında edilən mübahisədən sonra Fatimə (s) Əbu Bəkrin yanına qayıtdı və Əbu Bəkr bir kağız parçasına Fədəkin o Həzrətə qaytarılmasını yazdı. Həzrət Fatimə (s) Əbu Bəkrin yanından ayrıldıqdan sonra Ömər ibn Xəttab onu küçədə gördü. Həzrət Fatimə (s) Fədəkin şəhadətnaməsini Ömərə verməkdən imtina etdikdən sonra o, o Həzrəti döyüb və Fədək şəhadətnaməsini zorla alıb cırdı. Bu hadisədən sonra Həzrət Zəhra (s) yatağa düşdü və 75 gün sonra şəhid oldu.[10]

Son illərdə Fatimiyyə günləri ilə eyni vaxtda İranın Qum və Tehran kimi bəzi şəhərlərində Bəni Haşim məhəlləsinin və Həzrət Zəhranın (s) evinin sərgiləri və maketləri düzəldilir və ictimaiyyət tərəfindən ziyarət edilir.[11]

İstinadlar

  1. https://fa.abna24.com/service/pictorial/ Abna24.com saytı
  2. Qaidan, Tarix və asare İslamiye Məkkə və Mədinə, h.ş 1386, s.229
  3. Qaidan, Tarix və asare İslamiye Məkkə və Mədinə, h.ş 1386, s.406
  4. Qaidan, Tarix və asare İslamiye Məkkə və Mədinə, h.ş 1386, s.406
  5. Qaidan, Tarix və asare İslamiye Məkkə və Mədinə, h.ş 1386, s.406-407
  6. Məclisi, Biharul-ənvar, h.q 1403, c.97, s.225
  7. Cəfəriyan, Asare İslamiye Məkkə və Mədinə, h.ş 1386, s.298
  8. Qaidan, Tarix və asare İslamiye Məkkə və Mədinə, h.ş 1386, s.229; Feyz Gilani, Şenidenihaye Səfəre Həcc, s.158
  9. Feyz Gilani, Şenidenihaye Səfəre Həcc, s.158
  10. Mufid, Əl-İxtisas, h.q 1413, s.185
  11. نمایشگاه کوچه‌های بنی‌هاشم, Mehr xəbər agentliyi; نمایش کوچه‌های بنی‌هاشم, Cümhuriye İslami xəbər saytı

Ədəbiyyat

  • Cəfəriyan, Rəsul, Asare İslamiye Məkkə və Mədinə, Tehran, Məşər nəşri, 8-ci çap, h.ş 1386
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum, h.q 1413
  • Feyz Gilani, Məhəmməd Əli, Şenidenihaye Səfəre Həcc, Məcəllə, h.ş 1383
  • Qaidan, Əsğər, Tarix və asare İslamiye Məkkə və Mədinə, Tehran, Məşər nəşri, h.ş 1386
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403