Əyyami Fatimiyyə

wikishia saytından
(Fatimiyyə günləri səhifəsindən yönləndirilmişdir)
Qum şəhərində Fatimiyyə (ə) günləri ilə əlaqədar əzadarlıqdan şəkil (h.ş 1398)

Əyyami Fatimiyyə (ərəbcə: أیام الفاطمیه) şiələrin həzrət Fatimənin (s) şəhadəti münasibəti ilə əzadarlıq etdikləri günlərdir. Həzrət Fatimənin (s) şəhadət günü ilə əlaqədar iki tarix qeyd olunub. Biri Cəmadiul-Əvvəl ayının 13-ü və digəri Cəmadius-Sani ayının 3-dür. Cəmadiul-Əvvəl ayının 11-ci günündən 13-cü gününə qədər birinci Fatimiyyə, Cəmadius-Sani ayının 3-cü günündən 5-ci gününə qədər isə ikinci Fatimiyyə adlanır.

Fatimiyyə günlərində İran, İraq, Pakistan və Azərbaycan kimi bəzi ölkələrdə əzadarlıq keçirilir. Həmçinin Cəmadius-Sani ayının üçüncü günü İranda rəsmi tətildir. Bəzi mərcəi-təqlidlər bu gündə keçirilən əzadarlıq mərasimlərində iştirak edirlər. İranda şəmsi təqvimi ilə 1379-cu ildə Cəmadius-Sani ayının üçüncü günü ikinci Fatimiyyə şəhadət günü kimi rəsmi tətil elan edildi. O ildən bəri İranda ikinci Fatimiyyənin günlərinin əzadarlığı daha da rövnəq tapıb.

Fatimiyyə günləri hansı günlərdir?

Fatimiyyə günləri şiələrin həzrət Fatimənin (s) şəhadəti ilə əlaqədar matəm tutduqları günlərdir.[1] Cəmadiul-Əvvəl ayının günü və Cəmadius-Sani ayının günü həzrət Fatimənin (s) şəhadət tarixi kimi şöhrət tapmasına görə birinci Fatimiyyə günləri və ikinci Fatimiyyə günləri adlanır. Cəmadiul-Əvvəl ayının 11, 12 və 13-cü günləri birinci Fatimiyyə, Cəmadius-Saninin üçüncü, dördüncü və beşinci günləri isə ikinci Fatimiyyə adlanır.[2] Əlbəttə, bəziləri Cəmadiul-Əvvəl ayının 10-dan 20-ə kimi olan günləri birinci Fatimiyyə Cəmadius-Saninin 1-dən 10-a kimi olan günləri isə ikinci Fatimiyyə hesab edirlər.[3]

Həzrət Fatimənin (s) şəhadətinin dəqiq tarixi məlum deyil. Bu barədə ixtilaf vardır. İsmayıl Ənsari Zəncaninin (şəmsi təqvimi ilə vəfatı 1388 ) Əl-Mövsuətul-Kübra ən Fatimətiz-Zəhra (s) kitabında Həzrət Fatimənin (s) şəhadət vaxtı haqqında 21 nəzər nəql edilmişdir.[4] Fatimi Ensiklopediyasının müəlliflərindən olan Seyyid Məhəmməd Cavad Şubeyrinin (1345 -ci il təvəllüdlü) nəzərinə görə, şiələr arasında həzrət Fatimənin (s) şəhadətinin Cəmadius-Sani ayının üçüncü günü olması daha məşhurdur.[5] O, bu nəzəri Dəlailul-İmamə[6] kitabında İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətə istinad edərək demişdir.[7]


İranda Fatimə (ə) günləri ilə əlaqədar ictimaiyyət üçün Bən-Haşim küçələri adlı sərgi nümayişi
Pakistanda Fatimiyyə (ə) günləri əzadarlığı

Mərasim keçirilməsi

Fatimiyyə günlərində İranın müxtəlif şəhərlərində əzadarlıq mərasimləri keçirilir. Bu mərasim İranda Cəmadius-Saninin üçüncü günü həzrət Fatimənin (s) şəhadət günü kimi tətil edildikdən sonra daha da rövnəq tapıb.[8] 1379-cu ildə Ayətullah Vəhid Xorasaninin təklifi və İran İslam Cümhuriyyəti hökumətinin təsdiqi əsasında Cəmadius-Saninin 3-cü günü həzrət Fatimənin (s) şəhadəti münasibəti ilə rəsmi tətil elan edilib.[9] Bu gündə şiənin mərcəi-təqlidlərindən Hüseyn Vəhid Xorasani ( 1300-cü şəmsi ilində anadan olub) və Lütfullah Safi Qolpayeqani (1400 -cü ildə vəfat edib) Həzrət Məsumənin (s) hərəminə doğru gedən əzadarlıq dəstələrində iştirak edirlər.[10]

Həmçinin, Fatimiyyə günləri ilə eyni vaxtda İranın bəzi şəhərlərində xüsusilə Qumda, ictimaiyyət üçün Bəni-Haşim küçələri adlı sərgilər keçirilir. Orada Bəqi, Qədir-XumFədəkin mənzərəsi nümayiş etdirilir.[11]

Deyilənə görə, birinci və ikinci Fatimiyyə günlərindən əlavə, İraq şiələri Rəbius-Saninin 8-ci günü də əzadarlıq edirlər. Bu əzadarlıq o xanımın Peyğəmbərin (s) vəfatından 40 gün sonra şəhadətə çatdığını bildirən rəvayətə əsasən keçirilir.[12] Həmçinin Pakistan ,[13] Azərbaycan, Tacikistan[14] və Avstraliya[15] kimi ölkələrdə habelə Hamburq İslam Mərkəzində[16] və Stokholmdakı İmam Əli (ə) İslam Mərkəzində əzadarlıq mərasimləri keçirilir.[17]

Həzrət Fatimə (s) üçün əzadarlıq etməyin tarixi

Əhli-beytin (ə) həzrət Fatiməyə (s) əzadarlıq etməsi haqqında xəbərlər var.[18] İmam Sadiqin (ə) həzrət Zəhra (s) üçün əzadarlıq etdiyi bildirilir. O həzrətin bu əzadarlıq məclisində həzrət Möhsinin (ə) siqt olması və həzrət Zəhranın (s) döyülməsi əhvalatını qeyd etdiyi nəql olunur.[19] Həmçinin qazi Əbdül-Cabbar Mötəzilinin (hicri 415-ci ildə vəfat edib) verdiyi xəbərə əsasən, Misir, Şam, Bağdad, Rəmlə, Əkka, Sur, Əsqəlan və Cəbəlul-Bəsmaq kimi bölgələrdə bəzi şiələr həzrət Zəhra (s) və oğlu həzrət Möhsin (ə) üçün əzadarlıq edirdilər.[20]

Əlaqəli məqalə

İstinadlar

  1. Məzahiri, fərhənge suge şii, s.365
  2. Məzahiri, fərhənge suge şii, s.366
  3. Əyyami-Fatimiyyə və Mənasike şekl yafteye piyramune an, s.25
  4. Ənsari Zəncani, Əl-musuətul kubra ən Fatimətiz-Zəhra (ə), dəlile ma, c.15, s.23
  5. Şubeyri, Şəhadətu Fatimə (ə), s.347
  6. Təbəri İmami, Dəlailul-İmamə, h.q 1413, s.134
  7. Şubeyri, Şəhadətu Fatimə (ə), s.347
  8. Əyyame Fatimiyyə və mənaseke şekl yafte piyramune an, s.25
  9. «ماجرای تعطیل‌شدن روز شهادت حضرت زهرا(س)»، Fars agentliyi (Farsca).
  10. پیاده روی و عزاداری دو تن از مراجع تقلید در قم, خبرگزاری تابناک, Tabnak saytı, (Farsca).
  11. Mehr news saytı (Farsca),«سومین نمایشگاه کوچه‌های بنی‌هاشم در قم برپا شد/ ساخت ماکت بقیع قبل از تخریب»
  12. https://alkafeel.net/news/index?id=3687&lang=ar, Al-kafeel saytı, «الأيّام الفاطمية أو موسم الأحزان الفاطمية: المعنى والدلالة...»
  13. https://www.irna.ir/fa/Photo/2652032, irna saytı, «ایام شهادت حضرت فاطمه الزهرا سلام الله علیها در پاکستان‎»، خبرگزاری ای
  14. «مراسم سوگواری شهادت حضرت فاطمه(س) در جمهوری آذربایجان و تاجیکستان»، رادیو ایران تاجیک. Radio İran Tacik
  15. «مراسم فاطمیه دوم در استرالیا»، خبرگزاری ابنا.
  16. مراسم سوگواری ایام فاطمیه‎ در مرکز اسلامی هامبورگ/Mehr news saytı(Farsca)
  17. «برنامه مراسم عزاداری فاطمیه دوم (۲۰۱۸) در شهرهای مهم اروپادر این ایام، مراسم سوگواری برگزار می‌کنند»، خبرگزاری ابنا. Abna saytı (Farsca)
  18. Əl-Hidayətul-kubra, h.q 1419, s.408
  19. Əl-Hidayətul-kubra, h.q 1419, s.408
  20. Qazi Əbdul-Cabbar, Təsbitu Dəlailin-nubuvvə, h.q 1427, c.2, s.595

Ədəbiyyat