Məzmuna keç

Beynəlxalq məscid günü

wikishia saytından

Beynəlxalq məscid günü, İran İslam Respublikasının rəsmi təqvimində mordad ayının 31-i (21 avqust) tarixinə təsadüf edir.[1] Bu günün belə adlandırılmasının səbəbi, 1348-ci ilin şəmsi (1969-cu il) tarixində sionist rejim tərəfindən Əl-Əqsa məscidinin yandırılmasıdır.[2] 21 avqust 1969-cu ildə İsrail vətəndaşı Dennis Maykl Viləm Rohan Əl-Əqsa məscidini yandırmış və bu yanğın nəticəsində məscidin təxminən 1500 kvadratmetrlik sahəsi külə dönmüşdür.[3]

2003-cü ildə (1382-ci il şəmsi) İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının təklifi ilə və Tehran şəhərində keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında mordad ayının 31-i (21 avqust) gününün "Beynəlxalq Məscid Günü" kimi qeyd edilməsi qərara alınmışdır.[4] Həmin iclasda üzv ölkələrdən məscidlərin müqəddəs məkan kimi qorunması və onların roluna dəyər verilməsi məqsədilə bu günü hörmətlə qeyd etmələri üçün çalışmaları istənilmişdir.[5]

Ayətullah Xamenei: "Unutmayaq ki, "Məscid Günü" əslində inqilabi bir gündür. Yəni, bu günün təsis edilməsi və təyin olunması İran İslam Respublikasının tələbi ilə olmuş və İslam Konfransı Təşkilatında "Məscid Günü" kimi təsdiqlənmişdir. Bu da Əl-Əqsa məscidinin yandırılması və sionist düşmənlə mübarizə münasibətilə edilmişdir. Bu günün əsası məhz bu prinsiplərə dayanır. Məscid Gününə bu baxışla yanaşın və hərəkətinizi bu istiqamətdə davam etdirin".[6]

Məscid ixtisaslaşmış portalının verdiyi məlumata görə, Beynəlxalq Məscid Gününün adlandırılmasında əsas məqsədlər bunlardır:

  • Məscid Gününün layiqli şəkildə qeyd olunması üçün nümunəvi modelin təqdim edilməsi
  • Məscidin tələbat və ehtiyaclarının izah edilməsi
  • Keçmiş və indiki dövrdə məscidlərin vəziyyətinin nəzərdən keçirilməsi
  • Din və dövlət arasında qarşılıqlı əlaqədə məscidlərin rolunun araşdırılması
  • İmam-camaatların tanıdılması və onlara təşəkkür bildirilməsi.[7]


İstinadlar

Ədəbiyyat