Feyziyyə mədrəsəsi (Qum)

wikishia saytından
(Feyziyyə səhifəsindən yönləndirilmişdir)
Feyziyyə mədrəsəsinin zirzəmisində dərs ilinin açılış mərasiminin keçirilməsi

Feyziyyə mədrəsəsi (ərəbcə: المدرسة الفيضية), Qum elmi mədrəsələrindən biridir və həzrət Məsumənin (s.ə) hərəmi (ziyarətgahı) kənarında yerləşir. Bu mədrəsə 1941-1942 ci illərədn Qum ruhani və dini təhisil tələbələrinin mərkəzi olmuşdr. Bununn üçün də imam XomeyniAyətullah Xamneinin, dini təhsil alan tələbələrlə görüşü, çıxışları və siyasi toplantıları məhz orada təşkil olunurdu. 1964-cü ildə Pəhləvi hakimiyyəti bu mədrəsəyə hücum edərək bir çox dini təhsil alan tələbələri öldürmüşdür. Həmçinin 1942- ci ildə qiyama səbəb olan imam Xomeyninin çıxışı da bu mədrəsədə olmuşdur.

Bu mədrəsədə çoxlu alimlər məskunlaşaraq elm öyrənib təhsillə məşqul olmuşlar.

Mövqe və əhəmiyyəti

Feyziyyə mədrəsəsi, Qum şəhərinin elmi mədrəsələrindən sayılır; bu mədrəsə Səfəviyyə zamanından təsis edilimiş və həzrət Məsumənin (s.ə) hərəmi kənarında olduğu üçün xüsusi əhəmiyyət daşıyır.[1] Bu mədrəsə 1941-ci illərdən bu tərəfə siyasi inqilabların mərkəzi olmuşdur; İmam Xumeyninin tələbələrlə görüşləri məhz bu mədrəsədə keçirilirdi;[2] o cümlədən imam Xumeyninin inqilabdan sonra Qum camaatı ilə ilk görüşü də bu mədrəsədə olmuşdur.[3]

Bu mədrəsə, Əzəm məscidi və Daruş-şifa mədrəsəsi kanarında yerləşir, dini təlimlərdən bəzi dərslər və dini toplantılar bu mədrəsədə keçirilir. Höccətiyyə mədrəsəsinin təsisindən əvvəl, Feyziyyə mədrəsəsi Qum şəhərinin ən böyük mədrəsəsi olmuşdur.[4]

Bu mədrəsədə çoxlu din alimləri olmuş və tədris etmişlər. Müdərrisi Təbatəbainin dediklərinə görə, Bəhauddin Amuli, Sultanul Uləma, Qazi Səid Qumi, Molla Əbdülrəzzaq Lahici və Feyz Kaşani bu mədrəsədə tədris etmişlər[5] həmçinin deyilənlərə əsasən Ayətullah Bürucerdi də bu mədrəsədə tədris etmişdir.[6] İmam Xumeyni 1914-1918 ci illərdə bu mədrəsədə məskunlaşmışdır;[7] onun qaldığı otaq (otaq nömrə 23), tələbələr arasında “imam Xümeyninin otağı” və ya “imamın otağı” adı ilə tanınır. Seyyid Rza Bəhauddini, Mürtəza Mütəhhəri və Hüseynəli Müntəzəri kimi böyük şəxsiyyətlər də bu mədrəsədə sakin olmuşlar.[8]

Feyziyyə mədrəsəsi 2007-2008 cillərdə, 20715 nömrə ilə İranın milli tarixi mirası kimi qeydə alınmışıdır.[9]İran İslam respublikası hakimiyyəti dövründə, bu mədrəsənin təsviri, eskinas və dəmir sikkələr üzərində həkk olunmuşdur.

Mühüm hadisələr

İmam Xomeyni 1963-cü il Feyziyyə mədrəsəsində çıxışı

Feyziyyə mədrəsəsi ilə əlaqədar olan bəzi hadisələr ibarətdirlər:

Feyziyyə mədrəsəsinə hücum

Pəhləvi məmurları 1963- cü illdə Feyziyyə mədrəsəsinə hücum etmişdir. Bu hücum imam Xumeyninin etirazı və vilayət və təşkilatlar birliyi layihəsi və o cümlədən altı güşəli ağ inqilab təşkilatları tərəfindən və imam Cəfər Sadiqin (ə) şəhadəti ilə bağlı il dönümü günü ümumi əzadarlıq edilərək, etiraz olundu.[10] Bu günə kimi, ondan Feyziyyə hadisəsi kimi yad edilir.

İmam Xumeyni 1963-cü il Feyziyyə mədrəsəsində çıxış etdi. İmam Xumeyni bu çıxışında Pəhləvi hakimiyyətindən intiqad etdi.[11] Bu çıxışından sonra, Pəhləvi məmurları imam Xumeynini saxlayarq Tehran həbsxanasına aparırlar.[12] Bu hadisənin ardınca, 15 Xordad hadisəsi baş verir.[13]

Mədrəsənin tətili

Pəhləvi hökuməti 1956- cı ildə inqilabçıların hərəkatının qarşısını almaq məqsədi ilə mədrəsəni tətil etdilər. Bu hərəkət, 15 Xordad hadisəsinə etiraz olaraq, dini təhsil alan tələbələrin bu mədrəsədə toplantısına səbəb oldu. Bu mədrəsə 1959-cu il yəni, İslam inqilabına kimi tətil edilmişdir. Əlbətdə bunu da qeyd etmək lazımdır ki, Əbulfəzl Zahidinin (1959-cu il) dəfn mərasimində bu mədrəsə bir neçə saatlıq açılaraq yenidən bağlanmşıdı.[14]

Ad seçilməsi

Deyilənlərə görə, bu mədrəsənin “Feyziyyə” olaraq adlandırılmasının səbəbi bu olmuşdur ki, Səfəviyyə dövrünün alimlərindən olan Feyz Kaşani bir müddət bu mədrəsədə qalmış[15] və ya tədrislə[16] məşğul olmuşdur. “Tarixe Qum” (Qumun tarixi) adlı kitabın müəllifi Nasiruş-şəriənin fikrincə, bu mədrəsənin həzrət Fatimeyi Məsumənin (s.ə) ziyarətgahı kənarında yerləşib feyz və fəzilətə çatması anlamında olduğundan “Feyziyyə” adlandırılmışdır.[17] “Gəncineye asare Qum” kitabında deyilənlərə əsasən, mədrəsə onun üçün “Feyziyyə” adlandırıldı ki, Feyz Kaşaninin nəzarəti altında tikilmişdir.[18]

Tarixçə

İmam Xomeyninin Feyziyyə mədrəsəsində hücrəsi

Feyziyyə mədrəsəsinin cənub eyvanı qapısının yuxarısında qərar verilən kətibəyə əsasən, bu mədrəsə birinci şah Təhmasibin tikdirdiyi (939 h.q) binalardandır.[19] Buna baxmayaarq, Müdərrisi Təbatəbainin fikrincə, işarə olunan tarixçə, həzrət Məsumənin (ə) hərəminin “Ətiq eyvanının” giriş qapısının yuxarı hissəsinə aiddir; Feyziyyə mədrəsəsinin ilk tikilişi “Astanə mədrəsəsi” ünvanı ilə, hicrətin altıncı əsrlərinə aid olmuş və onbirinci əsrin sonlarında, o mədrəsənin adı “Feyziyyə mədrəsəsi” olaraq dəyişdirilmişidir.[20]

Digər bir məlumatda gəlmişdir, bu mədrəsə hicrətin beşinci əsrində, Səlcuqilər dövründə tikilmişdir; hicrətin 617-ci ilində Monqolların hücumu zamanı dağıdılaraq ondan heç bir əsər-əlamət qalmamışdır, lakin Səfəvilər dövründə yenidən təmir edilmişdir.[21] Bəzilərinin fikrincə isə, Feyziyyə mədrəsəsinin təsisindən öncə, onun yerində Fatimə mədrəsəsi olmuşdur ki, altıncı əsrin mütəkəllimi sayılan Əbdül Cəlil Razi, “Əl-Nəqz” adlı[22] kitabında ondan ad çəkmişdir.[23]

Qacar şahlarından olan Fətəli şah, hicrətin 1213-1214 cü illərində mədrəsənin binasını sökdürərək yenidən tikdirmişdir.[24] Bu mədrəsə 60-70 metr uzunluq və 50 metr enliyində tikdirilmişdir,[25] birinci mərtəbə qırx otaq və qırx eyvanddan, oniki maarifləndirici kiçik köşk və 5.42 hovuzdan ibarətdir.[26] Bu dövrdə, mədrəsənin (səhni) həyəti həzrət Məsumənin (s.ə) hərəminin “Ətiq” səhninin giriş qapısına kimi genişləndirildi və bu zaman hərəmin (ziyarətgahın) giriş qapısı mədrəsənin cənub eyvanı kimi hesab olundu. Bundan öncə, mədrəsə “Ətiq” səhnindən ayrı idi və onların ikisinin arasında piyada yolu var idi.[27]

Hicrətin 1301-ci ilində, Mirzə Məhəmməd Feyz və şeyx Əbdülkərim Hairi mədrəsənin ikinci mərtəbəsində otaqlar tikdiridilər.[28] Mədrəsə Ayətullah Bürucerdinin zamanında yenidən təmir edildi;[29] həmçinin Feyziyyə hadisəsində, bu mədrəsə xəsarət gördü, lakin bazar camaatı və tacirlərin köməyi ilə Ayətullah Gülpayiqaninin nəzarəti altında yenidən təmir işləri görüldü,[30] İran İslam inqilabından sonra mədrəsənin həyətinin altı isə zirzəmi olaraq düzəldilmişdir.[31]

Hazırki vəziyyəti

Mədrəsənin hal-hazırki binası, Fətəli şah dövrünə (1213-1214 h.q) aiddir,[32] sonrakı dövürlərdə isə təkmilləşdirilmişdir. Bu bina dörd eyvan iki mərtəbə və hər mərtəbə qırx otaqdan ibarətdir.[33] Eyvanların giriş qapılarının və otaqların pəncərərlrinin üst tərəfləri seramik naxışlarla bəzədilmişdir.[34] Şeyx Əbdül Kərim Hairi hicrəin 1349-cu ilində, bu mədrəsədə kitabxana tikdirmişdir ki, bu gün də “Ayətullah Hairi kitabxanası” adı ilə tanınır.[35]

Fəaliyyət

Deyilənlərə görə, Feyziyyə mədrəsəsi ilk dövürlərində karvansara və həzrət Məsumənin ziyarətinə gələn zəvvarların istirahəti üçün nəzərdə tutulmuşdur, sonralar isə mədrəsə və dini təhsil alan tələbələrin məskunlaşıb təhsil alacağı yer kimi təyin olunmuşdur.[36] Əlbətdə məşrutə dövründə bu məkan dərvişlərin və gədaların qaldığı yerə çevrilmişdi ki, Ayətullah Mirza Məhəmməd Feyz şəmsi tarixi ilə 1285-ci ildə öz ixtiyarına götürmüşdür.[37]

Feyziyyə mədrəsəsinin yataqxana və təhsil fəaliyyəti göstərir. Bu mədrəsənin ikinci mərtəbəsində olan otaqlarda tələbələr məskunlaşır və birinci mərtəbədə isə dini təhsil dərsləri təşkil olunur; həmçinin mədrəsənin zirzəmisində camaat namazı və digər dini mərasimlər keçirilir. İctimai toplantılar və siyasi proqramlar adətən məktəbin həyətində təşkil olunur.

İstinadlar

  1. Feyz, Qoncineye asare Qum, h.ş 1349, c.1, s.678
  2. Rəcai Nejad, Bərresi və təhlil nəqşe mədrəseye Feyziyye dər təcdide həyate şie, s.72
  3. نخستین سخنرانی امام خمینى پس از پیروزى انقلاب اسلامى در جمع اهالی قم‏, imam-khomeini.ir saytı
  4. Feyz, Qoncineye asare Qum, h.ş 1349, c.1, s.677
  5. Müdərrisi Təbatəbai, Mədrəseye astane müqəddəs, s.128
  6. Rəcai Nejad, Bərresi və təhlil nəqşe mədrəseye Feyziyye dər təcdide həyate şie, s.64
  7. Rəcai Nejad, Bərresi və təhlil nəqşe mədrəseye Feyziyye dər təcdide həyate şie, s.62
  8. «مدرسه فیضیه»
  9. «مدرسه فیضیه»
  10. Rəcai Nejad, Bərresi və təhlil nəqşe mədrəseye Feyziyye dər təcdide həyate şie, s.67-68
  11. İmam Xomeyni, Səhifeye İmam, c.1, s.243
  12. «بازخوانی سخنرانی تاریخی امام در آستانه ۱۵ خرداد ۱۳۴۲»، پرتال امام خمینی, imam-khomeini.ir saytı
  13. «بازخوانی سخنرانی تاریخی امام در آستانه ۱۵ خرداد ۱۳۴۲»، پرتال امام خمینی, imam-khomeini.ir saytı
  14. Rəcai Nejad, Bərresi və təhlil nəqşe mədrəseye Feyziyye dər təcdide həyate şie, s.69-70
  15. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.240
  16. Şərif Razi, Qoncineye daneşməndan, h.ş 1352, c.1, s.39
  17. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.240; Şərif Razi, Qoncineye daneşməndan, h.ş 1352, c.1, s.40
  18. Feyz, Qoncineye asare Qum, h.ş 1349, c.1, s.673
  19. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.240
  20. Müdərrisi Təbatəbai, Mədrəseye astane müqəddəs, s.127-128
  21. Rəcai Nejad, Bərresi və təhlil nəqşe mədrəseye Feyziyye dər təcdide həyate şie, s.57
  22. Qəzvini Razi, Nəqz, h.ş 1358, s.195
  23. Feyz, Qoncineye asare Qum, h.ş 1349, c.1, s.670-671
  24. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.240
  25. Feyz, Qoncineye asare Qum, h.ş 1349, c.1, s.678
  26. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.240
  27. Feyz, Qoncineye asare Qum, h.ş 1349, c.1, s.673-675
  28. Feyz, Qoncineye asare Qum, h.ş 1349, c.1, s.677
  29. Şərif Razi, Qoncineye daneşməndan, h.ş 1352, c.1, s.42
  30. «مدرسه فیضیه»
  31. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.418
  32. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.240
  33. Zende Del, Astane Qum, h.ş 1379, s.57
  34. «مدرسه فیضیه»
  35. Zende Del, Astane Qum, h.ş 1379, s.57
  36. Rəcai Nejad, Bərresi və təhlil nəqşe mədrəseye Feyziyye dər təcdide həyate şie, s.72
  37. Rəcai Nejad, Bərresi və təhlil nəqşe mədrəseye Feyziyye dər təcdide həyate şie, s.61

Ədəbiyyat

Xarici keçid