Müslüm ibn Abdullah Mücaşii

wikishia saytından
(Müslim ibn Abdullah Mücaşii səhifəsindən yönləndirilmişdir)
Müslüm ibn Abdullah Mücaşii
Yaşadığı yerMədain
Səhabəsiİmam Əlinin (ə) səhabəsi
Qohum əqrəba arasında tanınmış şəxslərÜmmi Zərəyh Əbdiyyə
Şəhadət günü və tarixiBəsrə ətrafı, H.q 36, 10 Cəmadiul-əvvəl


Müslüm ibn Abdullah Mücaşii (ərəbcə: مسلم بن عبد الله المجاشعي) (hicri 36-cı ildə şəhid olub) Cəməl müharibəsinin şəhidlərindəndir. Onun Mücaşi və ya Əbdül-Qeys qəbiləsindən olduğu bildirilir.

Bir rəvayətə görə, o, Peyğəmbərin (s) səhabəsi Huzeyfə ibn Yəmanla söhbət etmiş və bu söhbət Müslümün İmam Əliyə (ə) yönəlməsində təsirli olmuşdur. O, Cəməl döyüşü başlamamışdan əvvəl Cəməl səhabələrini Quranaİmam Əliyə (ə) itaət etməyə dəvət etdi.

Tərcümeyi-halı

Abdullahın oğlu Müslim,[1] Cəməl döyüşündə İmam Əlinin (ə) qoşununda idi və o, İcli[2] və Mücaşi[3] adlanırdı. Qəməri 4-cü əsrdə sünni tarixçisi olan Məhəmməd İbn Cərir Təbəri onu Mücaşidən[4] bilirdi ki, Təmim qəbilələrindən biri idi.[5] Həmçinin Şeyx Müfid (hicri 413-cü ildə vəfat edib) onu Əbdül-Qeys qəbiləsindən hesab edirdi.[6] İkinci qəməri əsrin tarixçisi Əbu Mixnəfdən nəql edilmişdir ki, Müslümün anası Ümmü Zərih Əbdiyyə şiə şairi idi.[7]

Müslüm hicri 35-ci ildə Mədain şəhərində yaşayırdı.[8] O, Cəməl müharibəsində (36-cı qəməri ildə) gəncliyinin ilk illərində idi.[9]

İmam Əliyə (ə) tərəf yönəlməsi

Şiə mühəddisi Həsən ibn Məhəmməd Deyləminin Müslüm ibn Abdullahdan nəql etdiyinə görə, Mədain şəhərinin valisi Huzeyfə ibn Yəmanla (hicri 37-ci ildə vəfat edib) söhbətləri onun İmam Əliyə (ə) cəlb olunmasına səbəb olur.[10]

"İrşadül-Qulub" kitabında Deyləminin verdiyi məlumata görə, İmam Əli (ə) xilafəti qəbul etdikdən sonra Peyğəmbərin (s) səhabələrindən olan Huzeyfə ibn Yəmanı Mədaini idarə etmək üçün seçdi. Huzeyfə minbərə çıxdı və çıxışı zamanı İmam Əlinin (ə) həqiqi Əmirəl-möminin olduğunu bildirdi. Müslüm bunu kinayəli bir söz hesab etdi, çünki o sözdən bu anlaşılırdı ki,İmam Əlidən (ə) əvvəlki üç xəlifə həqiqi Əmirəl-möminin olmayıb. Müslümün istəyi ilə Huzeyfə keçmiş hadisələrdən bəzilərini nəql etdi. O cümlədən, Həzrət Əli (ə) Peyğəmbərin (s) dövründən və Cəbrail tərəfindən Əmirəl-möminin ləqəbi ilə adlandırılmışdır. Amma üç xəlifənin bu ləqəblə adlandırılması camaat tərəfindən olmuşdur.[11] O, həmçinin lənətlənmiş səhifəni, Hərşa aşırımında Peyğəmbərin (s) dəvəsinin hürküdülməsi hekayəsini, Qədir hadisəsini, Əbu BəkrÖmər ibn Xəttabın xilafəti qəsb etməsini Müslimə çatdırdı.[12]

Cəməl müharibəsində şəhid olması

Müslüm ibn Abdullah hicri 36-cı ilin cəmadiul-əvvəl ayının 10-cu günü Cəməl döyüşündə şəhid oldu.[13]

İmam Əli (ə) müharibə başlamazdan əvvəl və axırıncı höccəti onlara tamamlamaq üçün səhabələrindən soruşdu ki, kim Quranla birlikdə düşməm ordusunun yanına gedə bilər ? Müslim ibn Abdullah hazır olduğunu bildirdi və düşmən xətti ilə üz-üzə gəldi.[14] O, İmam Əlini (ə) Qurana dəvət edən hesab edib və onlardan Allaha itaət etmələrini və Allahın kitabına doğru qayıtmalarını istədi.[15]

Hicri 7-ci əsrdə sünni tarixçisi olan İbn Əsirin verdiyi xəbərə görə, onun sağ əli kəsilmiş və sol əli ilə Quranı götürmüşdür. Sol əli də kəsildi və o, Quranı sinəsinin üstündə tutdu.[16]

Məhəmməd ibn Cərir Təbərinin (hicri 310-cu ildə vəfat edib) dediyinə görə o, ox dəyməsi səbəbi ilə[17]Şeyx Müfidin bildirdiyinə görə, Aişənin əmri və nizəçilərin hücumu ilə şəhid oldu.[18] İmam Əli (ə) onun şəhadətinin necə olacağını qabaqcadan xəbər vermiş[19] və onu Allahın qəlblərini nur və imanla doldurduğu kəslərdən hesab etmişdir.[20]

Müslümün anası onun şəhadəti zamanı orada idi.[21] O, bir mərsiyədə Aişəni oğlunun qatillərinin anası adlandırdı.[22]

İstinadlar

  1. Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1879, c.3, s.524
  2. Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1879, c.3, s.524; Zirikli, Əl-Əlam, m.1989, c.7, s.222
  3. İbn Şəhraşub, Əl-Mənaqib, c.3, s.155
  4. Xarəzmi, Əl-Mənaqib, h.q 1411, c.1, s.187
  5. İbn Əsir, Əl-Lubabu fi təhzibil-ənsab, h.q 1414, c.1, s.223
  6. Mufid, Əl-Cəməl, h.q 1413, s.340
  7. Əmin, Əyanuş-şiə, c.3, s.457; Əbu Mixnəf, Əlamun-nisail-muminat, h.q 1421, s.184
  8. Deyləmi, İrşadul-qulub, h.q 1412, s.323 və 324
  9. Mufid, Əl-Cəməl, h.q 1413, s.340
  10. Deyləmi, İrşadul-qulub, h.q 1412, c.2, s.341
  11. Deyləmi, İrşadul-qulub, h.q 1412, c.2, s.323 və 324
  12. Deyləmi, İrşadul-qulub, h.q 1412, c.2, s.328 və 333
  13. Məsudi, Murucuz-zəhəb, h.ş 1409, c.2 s.361; Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1879, c.3, s.524; İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.3, s.246
  14. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.3, s.246; Mufid, Əl-Cəməl, h.q 1413, s.340
  15. Deyləmi, İrşadul-qulub, h.q 1412, c.2, 343
  16. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.3, s.246; Baxın: İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, c.1, s.378
  17. Məsudi, Murucuz-zəhəb, h.ş 1409, c.2 s.361; Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1879, c.3, s.524; İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.3, s.246
  18. Mufid, Əl-Cəməl, h.q 1413, s.340
  19. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.3, s.246
  20. Deyləmi, İrşadul-qulub, h.q 1412, c.2, s.342
  21. Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1879, c.3, s.524
  22. Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1879, c.3, s.524

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir, h.q 1385
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Lubabu fi təhzibil-ənsab, Beyrut, Daru sadir, h.q 1414
  • İbn Cəvzi, Yusif ibn Qəzavəğli, Təzkirətul-xəvass, Qum, h.q 1426
  • Əmin, Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf
  • Əbu Mixnəf, Əlamun-nisail-muminat, Tehran, Üsvə, h.q 1421
  • Xarəzmi, Əl-Mənaqib, təhqiq: Malik Əl-Mahmudi, h.q 1411
  • Deyləmi, Həsən ibn Məhəmməd, İrşadul-qulub, Qum, h.q 1412
  • Zirikli, Xeyruddin, Əl-Əlam, Beyrut, Darul-ilm, m.1989
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, m.1879
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, h.ş 1409
  • Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-Cəməl, Qum, h.q 1413