Mədyən qəbiləsi
Mədyən (ərəbcə: قوم مدين) Ərəb qəbiləsidir ki, Həzrət Şüeyb (ə) onları hidayət etmək üçün göndərildi və Həzrət Musa (ə) bir neçə il onların arasında yaşadı. Bəzi tədqiqatçılar bu qəbiləni Həzrət İbrahimin (ə) oğlu Mədyənə, bəziləri isə İsmayıla (ə) nisbət verirlər. Bu tayfa Əqəbə körfəzi yaxınlığındakı Mədyən şəhərində yaşayırdı. Mədyən qəbiləsi Allaha iman gətirmədikləri üçün ilahi əzaba düçar oldular.
Əsil-nəsəb
Mədyən Ərəb irqindən olan bir qəbilə idi.[1] "Mədyən" sözü Quranda on dəfə zikr edilmişdir[2] ki, onların bəzilərində Mədyən qəbiləsi,[3] bəzilərində isə Mədyən şəhəri nəzərdə tutulur.[4] Mədyən qəbiləsinin əsil-nəsəbi ilə bağlı ixtilaflar vardır:
Bəzi tədqiqatçılar və tarixçilər Mədyən qəbiləsini Mədyən ibn İbrahimə aid etmişlər.[5] Tövrata[6] və bəzi İslam mənbələrinə[7] görə, həzrət İbrahim (ə) həyat yoldaşı Saranın vəfatından sonra başqa bir qadınla evlənmiş və həmin qadından Mədyən (Mədian) da daxil olmaqla bir neçə uşaqı olmuşdur. Mədyən Həzrət Lutun (ə) qızı ilə evləndi və bu şəkildə onların nəsli davam etdi.[8]
Həmçinin İbn Kəsir adı çəkilən qəbiləni Mədyən ibn Mədyan ibn İbrahimin nəslindən[9] və bəzi başqa tədqiqatçılar da İsmayılın (ə) nəslindən[10] olduğunu hesab edirdilər.
Yaşayış yeri
Mədyən qövmü Mədyən şəhərində yaşayırdı və şəhərin adı qəbilənin adından götürülmüşdür.[11] Bu şəhər Əqəbə körfəzinin şərqində[12] dənizin sahilində, abad və yaşılıq bir yerdir.[13] Bu şəhər Təbuk bölgəsinin yaxınlığlnda[14] və həmçinin Həzrət Lutun (ə) qövmünün şəhərinin yaxınlığında yerləşirdi.[15] Şeyx Səduq Mədyənin kiçik bir kənd olduğunu və orada qırxdan çox evin olmadığını bildirir.[16]
Bəzi tədqiqatçılar bu şəhəri Şamın[17] şəhərlərindən biri hesab etmiş və bu gün onun yerində İordaniyanın[18] "Məan" şəhərinin salındığını ehtimal veriblər.[19] Digərləri isə Mədyən şəhərinin indiki Ərəbistanda yerləşdiyinə inanırlar.[20]
Bəni-israil ilə münaqişə
Qurana[21] və Tövrata[22] əsasən, Həzrət Musa (ə) Misirdən qaçdıqdan sonra Mədyənə getmiş və orada Şüeybin (ə) qızı ilə evlənmişdir[23] Həmçinin uzun illər orada və Mədyən qəbiləsi[24] arasında çobanlıqla məşğul olmuşdur.[25]
Mədyən tayfası öz həyatları dövründə Bəni-İsrail ilə döyüşüblər. Yəhudilərin müqəddəs kitablarından biri olan Hakimlər kitabında Mədyən qəbiləsindən olanlar ilə Bəni-İsrail arasındakı münaqişədən bəhs edilir və nəhayət, Bəni-İsrail uzun illər məğlubiyyət və zillətdən sonra Mədyən qəbiləsindən olanlara qalib gəlir.[26]
Həzrət Şüeybin (ə) peyğəmbərliyinə reaksiya
Allah Mədyən şəhərinin əhalisini hidayət etmək üçün Həzrət Şüeybi (ə) peyğəmbər olaraq göndərdi.[27] Həzrət Şüeyb (ə) Mədyən qəbiləsindən idi.[28]
Həzrət Şüeyb (ə) uzun illər öz qövmü arasında ilahi dini təbliğ etmişdir; Onları tövhidə[30], ticarətdə insaf və düzgünlüyə,[29] yer üzündə fitnə-fəsaddan çəkinməyə[30] və Qiyamət gününün əzabından qorxmağa[31] dəvət etmişdir. "Əraf" surəsində Həzrət Şüeyb (ə) ilə onun müxalifləri arasında olan söhbət gəlib.[32]
Onlara nazil olan əzab
Mədyən qəbiləsinin bir çox üzvləri Həzrət Şüeybin (ə) dəvətini qəbul etmədilər və ilahi əzaba düçar oldular.[33]Quran ayələrinə əsasən, Mədyən şəhərinin əhalisi zəlzələ nəticəsində məhv oldu.[34] Elə ki, sanki heç vaxt o şəhərdə yaşamayıblar.[35]
İstinadlar
- ↑ Bəlaği, Huccətut-təfasir, h.q 1386, c.1, s.267
- ↑ Qureyşi, Qamuse Quran, h.ş 1371, c.6, s.245
- ↑ Hüseyni Şirazi, Təbyinul-Quran, h.q 1423, s.243
- ↑ Hud surəsi, ayə 84
- ↑ Şübbər, Təfsirul-Quranil-Kərim, h.q 1412, s.178; Təbəri, Cameul-bəyan, h.q 1412, c.8, s.166
- ↑ Kitabe müqəddəs, Peydayeş, 1:25
- ↑ Burucerdi, Təfsiru Came, h.ş 1366, c.2, s.432
- ↑ Təbərsi, Təfsiru Cəvamiil-came, h.ş 1377, c.1, s.451
- ↑ İbn Kəsir, əl-Bidayə, m. 1986, c.1, s.185
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.9, s.200
- ↑ Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, c.5, s.77
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.9, s.200
- ↑ Dəhxoda, Lüğətnamə, Mədyən sözü
- ↑ Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, c.1, s.291
- ↑ Qureyşi, Qamuse Quran, h.ş 1371, c.6, s.245
- ↑ Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.220
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.249
- ↑ Qureyşi, Qamuse Quran, h.ş 1371, c.6, s.245
- ↑ Bəlaği, Huccətut-təfasir, h.q 1386, c.1, s.267
- ↑ Dəhxoda, Lüğətnamə, Mədyən sözü
- ↑ Qəsəs surəsi, ayə 22
- ↑ Kitabe müqəddəs, Xuruc, 15:2
- ↑ Qəsəs surəsi, ayə 27-28
- ↑ Taha surəsi, ayə 40
- ↑ Kitabe müqəddəs, Xuruc, 1:1
- ↑ Kitabe müqəddəs, Davəran, bab 6-8
- ↑ Əraf surəsi, ayə 85
- ↑ Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.14, s.313
- ↑ Əraf surəsi, ayə 85
- ↑ Ənkəbut surəsi, ayə 36
- ↑ Hud surəsi, ayə 84
- ↑ Əraf surəsi, ayə 85-90
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.12, s.112
- ↑ Əraf surəsi, ayə 91
- ↑ Əraf surəsi, ayə 92
Ədəbiyyat
- İbn Kəsir, İsmail ibn Ömər, əl-Bidayə, Beyrut, Darul-fikr, m. 1986
- Burucerdi, Seyyid Məhəmməd İbrahim, Təfsiru Came, Tehran, Sədr nəşriyyatı, 6-cı çap, h.ş 1366
- Bəlaği, Seyyid Əbdül-Höccət, Huccətut-təfasir, Qum, Hikmət nəşri, h.q 1386
- Hüseyni Şirazi, Seyyid Məhəmməd, Təbyinul-Quran, Beyrut, Darul-ulum, h.q 1423
- Şübbər, Seyyid Abdullah, Təfsirul-Quranil-Kərim, Beyrut, 1-ci çap, h.q 1412
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1395
- Təbərsi, Fəzl ibn Həsən, Təfsiru Cəvamiil-came, 1-ci çap, h.ş 1377
- Təbəri, Əbu Cəfər Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifə, 1-ci çap, h.q 1412
- Fəxr Razi, Əbu Əbdillah Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, 3-cü çap, h.q 1420
- Qureyşi, Seyyid Əli Əkbər, Qamuse Quran, Darul-kutubil-İslamiyyə, 6-cı çap, h.ş 1371
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
- Yaqut Həməvi, Şəhabuddin, Mucəmul-buldan, Beyrut, Daru Sadir, 2-ci çap, m. 1995