Mədyən qəbiləsi

wikishia saytından

Mədyən (ərəbcə: قوم مدين) Ərəb qəbiləsidir ki, Həzrət Şüeyb (ə) onları hidayət etmək üçün göndərildi və Həzrət Musa (ə) bir neçə il onların arasında yaşadı. Bəzi tədqiqatçılar bu qəbiləni Həzrət İbrahimin (ə) oğlu Mədyənə, bəziləri isə İsmayıla (ə) nisbət verirlər. Bu tayfa Əqəbə körfəzi yaxınlığındakı Mədyən şəhərində yaşayırdı. Mədyən qəbiləsi Allaha iman gətirmədikləri üçün ilahi əzaba düçar oldular.

Əsil-nəsəb

Mədyən şəhər xəritəsi

Mədyən Ərəb irqindən olan bir qəbilə idi.[1] "Mədyən" sözü Quranda on dəfə zikr edilmişdir[2] ki, onların bəzilərində Mədyən qəbiləsi,[3] bəzilərində isə Mədyən şəhəri nəzərdə tutulur.[4] Mədyən qəbiləsinin əsil-nəsəbi ilə bağlı ixtilaflar vardır:

Bəzi tədqiqatçılar və tarixçilər Mədyən qəbiləsini Mədyən ibn İbrahimə aid etmişlər.[5] Tövrata[6] və bəzi İslam mənbələrinə[7] görə, həzrət İbrahim (ə) həyat yoldaşı Saranın vəfatından sonra başqa bir qadınla evlənmiş və həmin qadından Mədyən (Mədian) da daxil olmaqla bir neçə uşaqı olmuşdur. Mədyən Həzrət Lutun (ə) qızı ilə evləndi və bu şəkildə onların nəsli davam etdi.[8]

Həmçinin İbn Kəsir adı çəkilən qəbiləni Mədyən ibn Mədyan ibn İbrahimin nəslindən[9] və bəzi başqa tədqiqatçılar da İsmayılın (ə) nəslindən[10] olduğunu hesab edirdilər.

Yaşayış yeri

Mədyən qövmü Mədyən şəhərində yaşayırdı və şəhərin adı qəbilənin adından götürülmüşdür.[11] Bu şəhər Əqəbə körfəzinin şərqində[12] dənizin sahilində, abad və yaşılıq bir yerdir.[13] Bu şəhər Təbuk bölgəsinin yaxınlığlnda[14] və həmçinin Həzrət Lutun (ə) qövmünün şəhərinin yaxınlığında yerləşirdi.[15] Şeyx Səduq Mədyənin kiçik bir kənd olduğunu və orada qırxdan çox evin olmadığını bildirir.[16]

Bəzi tədqiqatçılar bu şəhəri Şamın[17] şəhərlərindən biri hesab etmiş və bu gün onun yerində İordaniyanın[18] "Məan" şəhərinin salındığını ehtimal veriblər.[19] Digərləri isə Mədyən şəhərinin indiki Ərəbistanda yerləşdiyinə inanırlar.[20]

Bəni-israil ilə münaqişə

Qurana[21]Tövrata[22] əsasən, Həzrət Musa (ə) Misirdən qaçdıqdan sonra Mədyənə getmiş və orada Şüeybin (ə) qızı ilə evlənmişdir[23] Həmçinin uzun illər orada və Mədyən qəbiləsi[24] arasında çobanlıqla məşğul olmuşdur.[25]

Mədyən tayfası öz həyatları dövründə Bəni-İsrail ilə döyüşüblər. Yəhudilərin müqəddəs kitablarından biri olan Hakimlər kitabında Mədyən qəbiləsindən olanlar ilə Bəni-İsrail arasındakı münaqişədən bəhs edilir və nəhayət, Bəni-İsrail uzun illər məğlubiyyət və zillətdən sonra Mədyən qəbiləsindən olanlara qalib gəlir.[26]

Həzrət Şüeybin (ə) peyğəmbərliyinə reaksiya

Allah Mədyən şəhərinin əhalisini hidayət etmək üçün Həzrət Şüeybi (ə) peyğəmbər olaraq göndərdi.[27] Həzrət Şüeyb (ə) Mədyən qəbiləsindən idi.[28]

Həzrət Şüeyb (ə) uzun illər öz qövmü arasında ilahi dini təbliğ etmişdir; Onları tövhidə[30], ticarətdə insaf və düzgünlüyə,[29] yer üzündə fitnə-fəsaddan çəkinməyə[30]Qiyamət gününün əzabından qorxmağa[31] dəvət etmişdir. "Əraf" surəsində Həzrət Şüeyb (ə) ilə onun müxalifləri arasında olan söhbət gəlib.[32]

Onlara nazil olan əzab

Mədyən qəbiləsinin bir çox üzvləri Həzrət Şüeybin (ə) dəvətini qəbul etmədilər və ilahi əzaba düçar oldular.[33]Quran ayələrinə əsasən, Mədyən şəhərinin əhalisi zəlzələ nəticəsində məhv oldu.[34] Elə ki, sanki heç vaxt o şəhərdə yaşamayıblar.[35]

İstinadlar

  1. Bəlaği, Huccətut-təfasir, h.q 1386, c.1, s.267
  2. Qureyşi, Qamuse Quran, h.ş 1371, c.6, s.245
  3. Hüseyni Şirazi, Təbyinul-Quran, h.q 1423, s.243
  4. Hud surəsi, ayə 84
  5. Şübbər, Təfsirul-Quranil-Kərim, h.q 1412, s.178; Təbəri, Cameul-bəyan, h.q 1412, c.8, s.166
  6. Kitabe müqəddəs, Peydayeş, 1:25
  7. Burucerdi, Təfsiru Came, h.ş 1366, c.2, s.432
  8. Təbərsi, Təfsiru Cəvamiil-came, h.ş 1377, c.1, s.451
  9. İbn Kəsir, əl-Bidayə, m. 1986, c.1, s.185
  10. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.9, s.200
  11. Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, c.5, s.77
  12. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.9, s.200
  13. Dəhxoda, Lüğətnamə, Mədyən sözü
  14. Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, c.1, s.291
  15. Qureyşi, Qamuse Quran, h.ş 1371, c.6, s.245
  16. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.220
  17. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.249
  18. Qureyşi, Qamuse Quran, h.ş 1371, c.6, s.245
  19. Bəlaği, Huccətut-təfasir, h.q 1386, c.1, s.267
  20. Dəhxoda, Lüğətnamə, Mədyən sözü
  21. Qəsəs surəsi, ayə 22
  22. Kitabe müqəddəs, Xuruc, 15:2
  23. Qəsəs surəsi, ayə 27-28
  24. Taha surəsi, ayə 40
  25. Kitabe müqəddəs, Xuruc, 1:1
  26. Kitabe müqəddəs, Davəran, bab 6-8
  27. Əraf surəsi, ayə 85
  28. Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.14, s.313
  29. Əraf surəsi, ayə 85
  30. Ənkəbut surəsi, ayə 36
  31. Hud surəsi, ayə 84
  32. Əraf surəsi, ayə 85-90
  33. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.12, s.112
  34. Əraf surəsi, ayə 91
  35. Əraf surəsi, ayə 92

Ədəbiyyat

  • İbn Kəsir, İsmail ibn Ömər, əl-Bidayə, Beyrut, Darul-fikr, m. 1986
  • Burucerdi, Seyyid Məhəmməd İbrahim, Təfsiru Came, Tehran, Sədr nəşriyyatı, 6-cı çap, h.ş 1366
  • Bəlaği, Seyyid Əbdül-Höccət, Huccətut-təfasir, Qum, Hikmət nəşri, h.q 1386
  • Hüseyni Şirazi, Seyyid Məhəmməd, Təbyinul-Quran, Beyrut, Darul-ulum, h.q 1423
  • Şübbər, Seyyid Abdullah, Təfsirul-Quranil-Kərim, Beyrut, 1-ci çap, h.q 1412
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1395
  • Təbərsi, Fəzl ibn Həsən, Təfsiru Cəvamiil-came, 1-ci çap, h.ş 1377
  • Təbəri, Əbu Cəfər Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifə, 1-ci çap, h.q 1412
  • Fəxr Razi, Əbu Əbdillah Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, 3-cü çap, h.q 1420
  • Qureyşi, Seyyid Əli Əkbər, Qamuse Quran, Darul-kutubil-İslamiyyə, 6-cı çap, h.ş 1371
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
  • Yaqut Həməvi, Şəhabuddin, Mucəmul-buldan, Beyrut, Daru Sadir, 2-ci çap, m. 1995