Tərk edilmiş hədis

wikishia saytından
(Mətruk xəbər səhifəsindən yönləndirilmişdir)

Tərk edilmiş hədis (ərəbcə: الحديث المتروك), ravisi yalan danışmaqda ittiham olunan, həmçinin rəvayətləri aydın və aşkar qaydalara zidd olan hədisdir. Habelə çoxlu səhvlərə yol verən və fasiq olan ravilərin hədislərinə də mətruk (tərk edilmiş) hədislər deyilir. Bəzi tədqiqatçılar mətruk (tərk edilmiş) hədisi mətruh hədislə sinonim hesab etmişlər. Necə ki, bəziləri ona münkər də deyiblər.

Tərk edilmiş hədis, rədd edilmiş hədis növlərindəndir və fəqihlər onun məzmununa əməl etmirlər. Sünni alimlərindən fərqli olaraq şiə ricalşünasları (hədis ravilərini tanıyan alimlər) bu hədisə az diqqət yetirmişlər.

Bu növ hədislərin ravilərinə “mətruk” və ya “mətrukul-hədis” deyilir ki, “cərh”in ən pis mərtəbəsində və zəif hədislərin ən aşağı növündə qərar tutur.

Qısa tanıtım

Tərk edilmiş hədis “Dirayə” elmində bir termindir[1] və ravisi yalanda ittiham olunan, başqa bir ravinin onu nəql etmədiyi, açıq və məlum qaydalara zidd olan hədisə deyilir.[2] Həmçinin yalançı kimi tanınan şəxslərin hədisləri də mətruk (tərk edilmiş) hədislər adlanır.[3] Baxmayaraq ki, onun yalanı hədislərdə[4]peyğəmbərin (s) rəvayətlərini nəql etməkdə[5] görünmür. Daha çox əhli-sünnə təriflərinə aid olan başqa bir tərifdə isə ravisi çoxlu səhvlərə yol vermiş və ya çox zaman fisqə (azğınlığa) düşmüş və qəflət edən bir hədisə deyilir.[6]

Tərk edilmiş hədis, rədd edilmiş hədis növlərindəndir[7] və fəqihlər onun məzmununa əməl etmirlər.[8]

Bir sıra hədis alimləri tərk edilmiş hədislərdən bəzi nümunələr qeyd etmişlər.[9] Ömər ibn Şəmirin Cabir Cofidən olan hədisləri bu nümunələrdən biridir.[10]

Digər cərh dərəcələri ilə oxşarlıqlar və fərqlər

“Mətruk” (tərk edilmiş) hədislərə “məhcur” hədislər də deyilir.[11] Necə ki, bəzi hədis alimləri ona “münkər” hədis də deyiblər.[12]“Məvzu” (saxta və sonradan düzəldilmiş) hədisi ilə oxşarlığı olsa da, alimlər onu “məvzu” hədisi adlandırmırlar; çünki yalnız yalan ittihamı bu tip hədisləri mövzu hədisləri sırasına daxil edə bilməz.[13]

“Rical” elmində şiə müəllifi olan Abdullah Mamaqaninin (hicri 1290-1351) dediyinə görə, “Şeyx Tahir Cəzayiri mətruku (tərk edilmiş), “mətruh”un sinonimi hesab etmişdir; baxmayaraq ki, əksər tədqiqatçılar bu ikisini bir-birindən fərqli hesab etmişlər.[14]

Bir sıra alimlər bu terminlərin bəzilərinin qeyri-müəyyənliyinin, bir-birinə müdaxiləsinin və oxşarlığının dəlilini “Rical” kitablarında bu terminlərin istifadə edilməsi üçün dəlil və ya sənədlərin qeyd olunmaması və izah edilməməsi biliblər. Həmçinin onlar hesab edirlər ki, bu sözlərin izahı ilə bağlı “Rical” alimlərinin fikrini bilmək üçün heç bir yol yoxdur.[15]

Məqamı və istifadəsi

“Rical” elmində mətruk (tərk edilmiş) hədisin ravilərinə “mətruk” ya “mətrukul-hədis” deyilir.[16] Bu ifadə “Rical” kitablarında “kəzzabun vuzza” kimi sözlərin kənarında ravinin “cərh və qədh” (ədalətsiz və etibarsız) olmasına dəlalət edir.[17]

“Mətruk” ya “mətrukul-hədis” hədisi sünni “Rical” kitablarında geniş istifadə olunur və onlar bunu “Dirayə” kitablarında izah etmişlər.[18] Lakin bu termin şiənin “Rical Nəcaşi” və ya “Rical Şeyx Tusi” kimi əvvəlki “Rical” mənbələrində diqqət mərkəzində olmayıb və yalnız İbn Qəzairinin Ricalında bəzi şəxslərlə bağlı işlənmişdir.[19] Baxmayaraq ki, “və hədisuhu ləysə bizikrin-nəqi”,[20] və ya “kanə muxtəlitul-əmr fi hədisih”[21] və ya “kanə zəifən fi hədisih”[22] və ya “fi hədisihi Nəzərun”[23] kimi bu mövzuya uyğun başqa ifadələr də “Rical” kitablarında vardır.

Son dövrün tədqiqatçılardan bəziləri “mətruk” ya “mətrukul-hədis” hədisini “zəif hədis növləri”[24] və ya “dörd hədis növünün ortaq cəhətləri”[25] və ya “vahid xəbər növləri”[26] və ya “cərh (ədalətsiz və etibarsız ravi) dərəcələri bölməsi”[27] kimi bölmələrdə qeyd etmişlər.

Sünnilərin bəzi “Rical” və hədisşünaslıq barəsində olan kitablarında “cərh (ədalətsiz və etibarsız ravi) və tədil (ədalətli və etibarlı ravi)” sözlərinin səviyyələrinə görə qeyd olunan təsnifatda[28] İbn Əbi Hatəmin fikrinə görə, “mətrukul-hədis” ifadəsi “cərh”in (ədaləsiz və etbarsız ravi) ən pis dərəcəsində qərar tutur.[29] Onlar həmçinin mətruk (tərk edilmiş) hədisi zəif hədislərin ən aşağı növü hesab edirlər.[30]

İstinadlar

  1. Bir qrup araşdırmaçı, Fərhənge fiqh, h.q 1426, c.3, s.278
  2. Sübhani, Usulul-hədis, h.q 1426, s.95
  3. Xətib, Usulul-hədis, h.q 1428, s.229
  4. Mamaqani, Miqbasul-hidayə, h.q 1411, c.1, s.315; Mərəşli, Ulumul-hədisiş-Şərif, h.q 1433, s.102
  5. Mərəşli, Ulumul-hədisiş-Şərif, h.q 1433, s.102
  6. Qasimi, Qəvaidut-təhdis, h.q 1425, s.209; Sübhi Saleh, Ulume hədis və istelahate an, h.ş 1383, s.156; Xətib, Usulul-hədis, h.q 1428, s.229
  7. Qasimi, Qəvaidut-təhdis, h.q 1425, s.209; Mərəşli, Ulumul-hədisiş-Şərif, h.q 1433, s.90
  8. Bir qrup araşdırmaçı, Fərhənge fiqh, h.q 1426, c.3, s.278
  9. Qasimi, Qəvaidut-təhdis, h.q 1425, s.209; Sübhi Saleh, Ulume hədis və istelahate an, h.ş 1383, s.156
  10. Xətib, Usulul-hədis, h.q 1428, s.229
  11. Bir qrup araşdırmaçı, Fərhənge fiqh, h.q 1426, c.3, s.278
  12. Qasimi, Qəvaidut-təhdis, h.q 1425, s.209; Modirşaneçi, Dirayətul-hədis, h.ş 1388, s.99
  13. Mərəşli, Ulumul-hədisiş-Şərif, h.q 1433, s.102; Qasimi, Qəvaidut-təhdis, h.q 1425, s.209
  14. Mamaqani, Miqbasul-hidayə, h.q 1411, c.1, s.316
  15. Mehrizi, Hədispejuhi, h.ş 1390, c.1, s.113
  16. İbn Ğəzairi, Ər-Rical, h.q 1422, s.48, 78
  17. Kəçuri Şirazi, Əl-Fəvaidur-ricaliyyə, h.q 1424, s.120
  18. Mamaqani, Miqbasul-hidayə, h.q 1411, c.1, s.315
  19. İbn Ğəzairi, Ər-Rical, h.q 1422, s.48, 78
  20. Nəcaşi, Rical, h.ş 1365, s.19
  21. Nəcaşi, Rical, h.ş 1365, s.172
  22. Tusi, Ricalut-Tusi, h.q 1415, s.48
  23. Tusi, Ricalut-Tusi, h.q 1415, s.39
  24. Sübhi Saleh, Ulume hədis və istelahate an, h.ş 1383, s.156; Xətib, Usulul-hədis, h.q 1428, s.229
  25. Sübhani, Usulul-hədis, h.q 1426, s.95
  26. Bir qrup araşdırmaçı, Fərhənge fiqh, h.q 1426, c.3, s.278
  27. Cədidinejad, Daneşe rical əz didqahe Əhli-sünnət, h.ş 1381, s.157; Hafiziyan, Rəsail fi dirayətil-hədis, h.ş 1384, c.1, s.228, 492
  28. Cədidinejad, Daneşe rical əz didqahe Əhli-sünnət, h.ş 1381, s.157-161
  29. Cədidinejad, Daneşe rical əz didqahe Əhli-sünnət, h.ş 1381, s.161
  30. Xətib, Usulul-hədis, h.q 1428, s.230; Mamaqani, Miqbasul-hidayə, h.q 1411, c.1, s.315

Ədəbiyyat

  • İbn Ğəzairi, Əhməd ibn Hüseyn, Ər-Rical, Qum, Darul-hədis, h.q 1422
  • Cədidinejad, Məhəmməd Rza, Daneşe rical əz didqahe Əhli-sünnət, Qum, Darul-hədis, h.ş 1381
  • Bir qrup araşdırmaçı, Haşimi Şəhrudinin nəzarəti altında, Fərhənge fiqh, Qum, h.q 1426
  • Hafiziyan, Əbülfəzl, Rəsail fi dirayətil-hədis, Qum, 2-ci çap, h.ş 1384
  • Xətib, Məhəmməd, Usulul-hədis, Beyrut, Darul-fikr, h.q 1428
  • Sübhani, Cəfər, Usulul-hədis və əhkamuhu fi elmid-dirayə, Qum, İslami nəşr müəssisəsi, h.q 1426
  • Sübhi Saleh, Musa, Ulume hədis və istelahate an, Tərcümə: Adil Nadirəli, Qum, Üsvə nəşriyyatı, h.ş 1383
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalut-Tusi, Qum, İslami nəşr müəssisəsi, h.q 1415
  • Qasimi, Cəmaləddin, Qəvaidut-təhdis, Beyrut, h.q 1425
  • Kəçuri Şirazi, Məhəmməd Mehdi, Əl-Fəvaidur-ricaliyyə, Qum, h.q 1424
  • Mamaqani, Andullah, Miqbasul-hidayə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1411
  • Modirşaneçi, Kazim, Dirayətul-hədis, Qum, İslami nəşriyyat dəftəri, h.ş 1388
  • Mərəşli, Yusif, Ulumul-hədisiş-Şərif, Beyrut, Darul-mərifə, h.q 1433
  • Mehrizi, Mehdi, Hədispejuhi, Qum, 2-ci çap, h.ş 1390
  • Nəcaşi, Əhməd ibn Əli, Rical, Qum, İslami nəşr müəssisəsi, h.ş 1365