Məvsuətu təbəqatil-füqəha (kitab)

wikishia saytından
Məvsuətu təbəqatil-füqəha
MüəllifCəfər Sübhani və İmam Sadiq (ə) müəssisəsinin bir qrup araşdırmaçısı
DilƏrəbcə
Cild sayı14 cild
Nəşriyyatİmam Sadiq (ə) müəssisəsi
Nəşr edildiyi yerİran, Qum
Nəşr tarixiH.q 1418
Tiraj1-ci tiraj


Məvsuətu təbəqatil-füqəha (ərəbcə: موسوعة طبقات الفقهاء) – hicri-qəməri təqvimi ilə 14-cü əsrədək yaşamış 5976 nəfər İslam məzhəblərinə mənsub fəqihlərin tərcüməyi-halına dair ərəb dilində kitab. Kitabın müəllifi görkəmli şiə alimi Cəfər Subhani (d. 1929) və müəlliflər kollektividir. Bu kitab İranda “İlin kitabı” mükafatına layiq görülmüşdür.

Fəqihlərin tərcüməyi-halı, elmi fəaliyyətləri və eləcədə fəqihlərin yaşadığı dövürdə baş vermiş hadisələrdən geniş məlumat verilməsi və fəqihlərin müştərək ad və ləqəblərinin ayırd edilməsi, eləcədə dilin sadəliyi və uzunçuluqdan yayınmaq kitabın müsbət xüsusiyyətləri kimi dəyərləndirilir. Kitab 14 cilddir. Birinci cild Məhəmməd peyğəmbərin (s) müasiri olmuş fəqihlər və tabeinlər haqqındadır. İkinci cilddən on dördüncü cildədək ikinci əsrdən on dördüncü əsrədək yaşamış fəqihlərdən bəhs edilir və eyni zamanda hər cilddə bir əsrin fəqihlərindən söz açılır.

Əhəmiyyəti

“Musuətu təbəqatül-füqəha” kitabı İranda dini mövzuda yazılmış “Seçilmiş müəllif” nominasiyası üzrə “İlin kitabı” mükafatına layiq görülmüşdür.[1] Sözükeçən kitabın müəllifi görkəmli İslam alimi Cəfər Sübhani və müəlliflər kollektividir.[2]

Kitabın müəllifi Cəfər Subhaninin bildirdiyinə görə, yalınız bəlli bir firqənin fəqih və alimlərinin həyat və yaradıcılığından bəhs edən digər kitablardan fərqli olaraq,[3] bu əsər bütün İslam məzhəbləri fəqihlərinin tərcüməyi-halını və fəaliyyətlərini əhatə edir.[4] Habelə, zaman etibari ilə də İslamın ilk çağlarından on dördüncü əsərədək yaşamış fəqihlərin həyat yoluna işıq salır. Kitab on dörd cilddə qələmə alınmış və hər cild bir əsrdə yaşamış fəqihlərin həyatından bəhs edir.[5]

Müəlliflər

“Musuətu təbəqatül-füqəha” kitabı İranın Qum şəhərində[6] yerləşən İmam Sadiq İnistutunun elmi heyətinin bir qrup müəlliflərinin həmkarlığı ilə qələmə alınmışdır: Seyid Məhəmmədhüseyn Müdərrisi Yəzdi, Seyid Məhəmmədkazım Müdərrisi Yəzdi, Seyid Məhəmmədkazım Həkimzadə, Heydər Məhəmməd Bağdadi, Seyid Əhməd Fazeli Biarcüməndi, Yəhya Sadiqi, Qasım Şirzadə və Məhəmməd əş-Şəvili.[7] Cəfər Sübhani bu kitaba geniş müqəddimə yazmış və eləcədə kitabın yazılma prosesinə elmi nəzarət etmişdir.[8]

Məziyyətləri

Kitabın bəzi məziyyətlərini qeyd edirik:

  1. Bütün İslam məzhəblərinin, hətta sonradan sıradan çıxmış firqələrin fəqihlərinin həyatından söz açır.
  2. Fəqihlər arasında müştərək olan ad və ləqəblər bir-birindən ayrıd edilmişdir. Digər oxşar kitablarda belə hallarda baş vermiş səhv və xətalar nümunələrlə götərilmişdir.
  3. Kitabda fəqihlərin tərcüməyi-halından, elmi fəaliyyətlərindən və eləcədə onların dövründə baş vermiş tarixi hadisələrdən geniş məlumat verilir.
  4. Hər cilddə fəqihlər haqqında əlifba sırası ilə məlumat verilir. Habelə, hər cildin axırında əlifba sırasına uyğun mündəricatdan əlavə, fəqihlərin adları vəfat tarixlərinə uyğun şəkildə mündəricat da tərtib edilmişdir.
  5. Kitab sadə dillə yazılmış və mövzular əbəs yerə uzadılmamışdır.[9]

Məzmunu

On dörd cilddən[10] ibarət kitab iki müqəddimədən ibarətdir.[11] Orada on dördüncü əsrədək yaşamış 5967 fəqihin tərcüməyi-halı verilmişdir.[12] Bu əsərə Ayətullah Cəfər Subhani müqəddimə yazmışdır.[13] Kitabda bəhs edilən mövzular:

  • 1-ci cild 6 fəsildən ibarətdir:
  1. Birinci fəsil: Mötəbər qanunvericilik mənbələri. Burada Quranın, sünnənin, icmanın, ağılın, ürfün və sirənin əhəmiyyətindən bəhs edilmişdir.
  2. İkinci fəsil: Sünnilərə görə, mötəbər qanunvericilik mənbələri.
  3. Üçüncü fəsil: Şəriət hökümlərinin istinbatında zaman və məkanın rolu.
  4. Dördüncü fəsil: Şiə və sünnilərin hədis irsi.
  5. Beşinci fəsil: Şiə və sünnilərin fiqh irsi.
  6. Altıncı fəsil: Şiə və sünnilərin fiqh üsulunun tarixi.[14]
  • İkinci cild müqəddimədən əlavə, şiə və sünni fiqhinin mərhələlərindən söz açır.[15]

Birinci cildin əsas hissəsini səhabələrtabeinlər çağındakı fəqihlərin həyatı ehtiva edir.[16] İkinci cilddən on dördüncü cildədək hər cilddə bir əsrin fəqihlərindən söz açılır, yəni ikinci əsrin fəqihlərindən on dördüncü əsrin fəqihlərinədək bəhs edilir.[17]

Çapı və nəşri

Kitab ilk dəfə 1997-ci ildə Qum şəhərində, İmam Sadiq (ə) İnistitunun təşkilatçılığı ilə çap edilmişdir.[18] Əsər növbəti dəfə isə 1999-cu ildə Livanda “Darul-Əzva” nəşriyyatı tərəfindən nəşr edilmişdir.[19]

İstinadlar

  1. Müərrifiye bərqozideqan hifdəhomin doreye ketabe sal və hifdəhhomin doreye ətaye cayizeye cəhani ketabe sal cumhuriye İslamiye İran, s.19-20
  2. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, müqəddimə
  3. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, müqəddimə
  4. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, müqəddimə
  5. Müdərrisi Yəzdi, Musuətu təbəqatül-füqəha, 85-86
  6. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, müqəddimə
  7. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, müqəddimə
  8. Qonci, Musahibe ba Ayətullah Cəfər Sübhani dərbareye Musuətu təbəqatül-füqəha, s.19
  9. Müdərrisi Yəzdi, Musuətu təbəqatül-füqəha, 85-86
  10. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1-2, müqəddimə
  11. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.14, Kitabın tanıdılması
  12. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.14, 1110-1111
  13. Qonci, Musahibe ba Ayətullah Cəfər Sübhani dərbareye Musuətu təbəqatül-füqəha, s.19
  14. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, s.469-480
  15. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, s.489-505
  16. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, s.3
  17. Müdərrisi Yəzdi, Musuətu təbəqatül-füqəha, 85
  18. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, kitabın tanıdılması
  19. Sübhani və başqaları, Musuətu təbəqatül-füqəha, h.q 1418, c.1, kitabın tanıdılması

Ədəbiyyat

  • Sübhani, Cəfər və başqaları, Musuətu təbəqatül-füqəha, Beyrut, Darul-əzva, h.q 1420
  • Sübhani, Cəfər və başqaları, Musuətu təbəqatül-füqəha, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1418
  • Qonci, Əli Rza, Musahibe ba Ayətullah Cəfər Sübhani dərbareye Musuətu təbəqatül-füqəha, h.ş 1380
  • Müdərrisi Yəzdi, Seyyid Məhəmməd Kazim, Musuətu təbəqatül-füqəha, h.ş 1379
  • Müərrifiye bərqozideqan hifdəhomin doreye ketabe sal və hifdəhhomin doreye ətaye cayizeye cəhani ketabe sal cumhuriye İslamiye İran, h.ş 1379