Qərqərətul-Kudr qəzvəsi

wikishia saytından

Qərqərətul-Kudr qəzvəsi (ərəbcə: غزوه قرقرة الکدر) Peyğəmbərin (s) qəzvələrindən biridir ki, üçüncü qəməri ilində və bir nəqlə əsasən, ikinci ildə Kudr bölgəsində baş vermişdir. Bu qəzvədə Bəni Səlim və Qətfan adlı iki qəbilədən olan bəzi insanlar Mədinəyə hücum etmək üçün Kudr bölgəsinə toplaşsalar da, İslam qüvvələrinin olması səbəbindən oranı tərk etdilər. Bu qəzvədə İmam Əli (ə) müsəlman ordusunun bayraqdarı idi və müsəlmanlar bəzi qənimətlər əldə etdilər.

Belə adlanmasının səbəbi

"Kudr" bölgəsi Mədinədən səkkiz mənzil (təxminən 170 km) aralıda yerləşir.[1] Bəziləri onu Qərqərətul-Kudr, bəziləri isə Qərarətul-Kudr adlandırmışlar.[2] Bu ərazidə Bəni Səlim qəbiləsinə məxsus su quyusu var idi.[3] Bu ərazi müsəlmanlara qarşı döyüşmək üçün iki Qətfan və Bəni Səlim qəbiləsinin toplaşdığı yer olduğundan, qəzvənin adı Qərqərətul-Kudr kimi tanındı.[4] Bu hadisəyə "Qərqərətu Bəni Səlim və Qətfan qəzvəsi" də deyilir.[5]

Hadisə

Üçüncü qəməri ilində Bəni-Səlim və Qətfan qəbilələrindən bir dəstə Mədinəyə hücum etmək üçün toplanmışdı, onların xəbəri Peyğəmbərə (s) çatdı.[6] Peyğəmbər (s) İbn Əbi Məktumu[7] və bir nəqlə əsasən Məhəmməd ibn Müslimə Ənsarini[8] və ya Səba ibn Ərfətə Qəffarini[9] canişini olaraq Mədinədə təyin etdi və bir ordu ilə onlara tərəf hərəkət etdi.[10] Müsəlman ordusunun bayraqdarı İmam Əli (ə) idi.[11] Müsəlman ordusu gəlməmişdən əvvəl Bəni-Səlim və Qətfan qoşunları oranı tərk etmişdilər. Peyğəmbər (s) düşmənin vəziyyətini öyrənmək üçün öz qüvvələrini yüksəkliyə göndərdi. Onlar bir neçə dəvə otaran və çobanla qarşılaşdılar ki, onların arasında Yəsar adlı bir yeniyetmə də var idi. Səhabələr onları dəvələrlə birlikdə gətirib Peyğəmbərə (s) təhvil verdilər. Müsəlmanlar Mədinəyə qayıdıb Sərarın evində qənimətləri bölüşdürdülər. Yəsarı namaz qıldığı üçün Peyğəmbərin (s) payına qoydular. Peyğəmbər (s) də onu azad etdi.[12]

Vaxtı

Tarixi mənbələr Qərqərətul-Kudr qəzvəsinin Səviq qəzvəsindən sonra baş verdiyini bildiriblər.[13] Bəzi tarixçilər bu hadisənin hicri-qəməri ikinci ilinin şəvval ayında,[14] bəziləri isə üçüncü qəməri ilinin məhərrəm ayında baş verdiyini bildiriblər.[15] Peyğəmbər (s) Mədinədən çıxdıqdan sonra oraya qayıdana qədər 15 gün keçdi.[16]

İstinadlar

  1. Həməvi, Mucəmul-buldan, m.1995, c.4, s.441
  2. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.310
  3. Həməvi, Mucəmul-buldan, m.1995, c.4, s.441
  4. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.23
  5. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.1, s.124
  6. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.23; Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.310
  7. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.310; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.23
  8. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1377
  9. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.43
  10. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.23
  11. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.23
  12. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.183
  13. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.374; Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.181-182
  14. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.43
  15. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.310; Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.182; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.23
  16. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.23

Ədəbiyyat

  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410
  • İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifə
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Həmidullah, Misir, Darul-məarif, m.1959
  • Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut, Daru sadir, m.1995
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420
  • Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi, Beyrut, h.q 1409