9 Ramazan

wikishia saytından
(Ramazan ayının doqquzuncu gününün əməlləri səhifəsindən yönləndirilmişdir)

9 Ramazanhicri-qəməri təqvimi ilə ilin 245-ci günüdür.

  • H.q 1225: Vahhabilərin Nəcəfə hücumu.
  • H.q 1325: Şiə arifi və "Təzkirətul-müttəqin" kitabının müəllifi Məhəmməd Bəhari Həmədaninin vəfatı.
  • H.q 1443: Xübrəqan məclisinin üzvü Məhəmməd Feyz Sərrabinin vəfatı.


Ramazan ayının doqquzuncu gününün xüsusi əməlləri və duaları
Namaz
  • Şam və işa namazının arasında altı rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra yeddi dəfə Ayətül-kürsi oxunmalıdır. Namazın salamından sonra isə əlli dəfə salavat deyilməlidir.
Günün duası
اَللّهُمَّ اجْعَلْ لِی فِیهِ نَصِیبا مِنْ رَحْمَتِک الْوَاسِعَةِ

وَ اهْدِنِی فِیهِ لِبَرَاهِینِک السَّاطِعَةِ وَ خُذْ بِنَاصِیتِی إِلَی مَرْضَاتِک الْجَامِعَةِ

بِمَحَبَّتِک یا أَمَلَ الْمُشْتَاقِینَ

Oxunuşu: Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs-satiəh, və xuz binasiyəti ila mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.

Tərcüməsi: İlahi, Öz məhəbbətinlə bu gün mənə Öz geniş rəhmətindən bir pay qismət et və məni aydın, güclü dəlillərinlə doğru yola yönəlt, məni istədiyin əməllərin hamısına müvəffəq et, ey istəklilərin arzusu!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]

İstinadlar