15 Ramazan
(Ramazan ayının on beşinci günü səhifəsindən yönləndirilmişdir)
15 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 251-ci günüdür.
- H.q 3: Şiələrin ikinci imamı İmam Həsən Müctəbanın (ə) mövludu.
- H.q 3: İslam peyğəmbərinin (s) Xüzeymənin qızı Zeynəblə evliliyi.
- H.q 60: İmam Hüseynin (ə) səfiri Müslim ibn Əqilin Kufəyə tərəf hərəkət etməsi.
- H.q 145: Bəni-Abbas əleyhinə ilk qiyam ədən ələvi Nəfsi Zəkiyyə ləqəbi ilə məşhur olan Məhəmməd ibn Abdullah ibn Həsənin şəhadəti.
- H.q 195: İmam Cavadın (ə) mövludu. (başqa bir rəvayətə əsasən)
- H.q 385: İstibsar, Təhzib kitablarının müəllifi və şiə fəqihi Şeyx Tusinin təvəllüdü.
- H.q 1070: "Əl-Hədaiqun-Nazirə" kitabının müəllifi, şiə əxbarisi və fəqih Mühəqqiq Bəhraninin təvəllüdü.
- H.q 1075: Mühəddis və şiə hədisşünası Süleyman ibn Abdullah Mahuzinin təvəllüdü.
Ramazan ayının on beşinci gününün xüsusi əməlləri və duaları | |
15-ci gecənin əməlləri |
|
Günün namazı |
|
Günün duası |
وَ اشْرَحْ فِیهِ صَدْرِی بِإِنَابَةِ الْمُخْبِتِینَ بِأَمَانِک یا أَمَانَ الْخَائِفِینَDuanın oxunuşu: Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sədri biinabətil muxbitin, biəmanikə ya əmanəl xaifin. Duanın tərcüməsi: İlahi, Öz amanınla bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et və Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir, ey qorxanlara aman verən! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]