Riyazət

wikishia saytından
(Riyazət çəkmək səhifəsindən yönləndirilmişdir)

Riyazət və ya nəfsin riyazəti (ərəbcə: رياضة النفس) çətinliklərə dözmək, instinkləri tərk etmək və ruhu pak etmək üçün üçün ibadət etməkdir. Bəzi irfani mətnlərdə ondan Cihad Əkbər kimi ad aparılır və İslam bunu tövsiyə etmişdir. Az yemək, gecə ibadət etmək, az danışmaq və tənhalıqa çəkilmək riyazətin sütunlarından sayılır.

Bağışlamaq, şücaətli olmaq, qeyrət və haqqa təslim olmaq riyazətin nəticələrindən sayılıb. İslamda rahiblik kimi riyazətin qeyri-qanuni üsulları qadağan edilib.

Molla Sədra mərifəti kamilləşdirməmiş və dini ibadətlərə tam əməl etməmiş riyazətə başlamağı yanlış hesab edirdi.


Tərifi

Riyazət və ya nəfsin riyazəti çətinliklərə dözmək, instinkləri tərk etmək, ruhu pak etmək və saflaşdırmaq üçün ibadət etmək mənasındadır[1] ki, ona Qurani-Kərimin ayələrində və məsumların rəvayətlərində tövsiyə olunur.[2]

Riyazət irfani əsərlərdə müxtəlif mənalarda işlədilib;[3] Onların arasında söz, əməl və niyyəti Allaha xalis etmək üçün nəfsi tərbiyə etmək də var.[4] Riyazət ən böyük cihad kimi də tanınır. Həmçinin az yemək, gecə ibadət etmək, az danışmaq və tənhalıqa çəkilmək onun sütunları kimi təqdim edilir.[5]

Təsir və nəticələri

Xəsislik, həsəd, təkəbbür və dünyaya hərisliyin aradan qaldırılması riyazətin nəticələrindən sayılır;[6] Həmçinin bağışlamaq, şücaət, qeyrət, haqqa təslim olmaq və təvazökarlıq kimi arzuolunan keyfiyyətlərə nail olmaq da riyazətin nəticələrindən sayılır.[7]

Qurani-Kərimin bəzi ayələrində riyazətin mənasına işarə olunub.[8] Onların arasında "Naziat" surəsinin 40 və 41-ci ayələri də vardır. Bu ayələrə əsasən, kim Allahın məqamından qorxar və nəfsin istəklərindən çəkinərsə, onun yeri cənnətdir.[9] İmam Əlidən (ə) də nəql olunmuşdur ki, kim daimi olaraq nəfsinə riyazət verərsə, xeyir görər.[10]

Qadağan olunmuş yerlər

Qeyri-qanuni üsullarla riyazət etmək qadağandır.[11] Bu səbəbdən dünyanı tərk etmək mənasını verən rahiblik[12] qadağan edilmişdir.[13]

Molla Sədra mərifəti kamilləşdirməmiş və dini ibadətlərə tam əməl etməmiş riyazətə başlamağı yanlış hesab edirdi.[14] Həmçinin buna əsaslanaraq inanır ki, dini ibadətlərdə səhlənkarlıq olduğu zamana qədər hikmətli ibadətlərə və seyri-süluk riyazətlərinə yer yoxdur. Çünki bu, özünü və başqalarını məhv etməyə səbəb olur.[15]

İstinadlar

  1. Ənvəri, Fərhənge bozorq soxən, h.ş 1390, c.4, s.3767
  2. Bir qrup yazıçı, Fərhənge fiqh, h.ş 1389, c.4, s.213
  3. Xatəmi, Ayineye Məkarim, h.ş 1368, c.1, s.140; Guhərin, Şərhe istilihate təsəvvuf, h.ş 1380, c.6, s.142-143
  4. Əl-Qasani, Şərhu mənazilis-sairin, h.ş 1385 s.218
  5. Müsəvi Təbrizi, Müqəddimeye bər irfane əməli, h.ş 1387, s.247
  6. Bir qrup yazıçı, Fərhənge fiqh, h.ş 1389, c.4, s.213
  7. Bir qrup yazıçı, Fərhənge fiqh, h.ş 1389, c.4, s.213
  8. Nəsiruddin Tusi, Əvsaful-əşraf, h.ş 1369, s.35
  9. "Naziat" surəsinin 40 və 41-ci ayə, Məkarim Şirazinin tərcüməsinə əsasən
  10. Amidi, Ğurərul-hikəm, h.q 1410, s.608, hədis 660
  11. Qolpayqani, İrşadus-sail, h.q 1413, s.197
  12. Ənvəri, Fərhənge bozorq soxən, h.ş 1390, c.4, s.3760
  13. Bir qrup yazıçı, Fərhənge fiqh, h.ş 1389, c.4, s.213
  14. Sədruddin Şirazi, Kəsru əsnamil-cahiliyyə, h.ş 1381, s.35
  15. Sədruddin Şirazi, Kəsru əsnamil-cahiliyyə, h.ş 1381, s.38

Ədəbiyyat

  • Amidi, Əbdül-Vahid ibn Məhəmməd, Ğurərul-hikəm, Düzəliş: Mehdi Rəcayi, Qum, Darul-kutubil-İslami, h.q 1410
  • Ənvəri, Həsən, Fərhənge bozorqe soxən, Tehran, Soxən, h.ş 1390
  • Xatəmi, Ruhullah, Ayineye Məkarim, Tehran, Zulal, h.ş 1368
  • Sədruddin Şirazi, Məhəmməd ibn İbrahim, Kəsru əsnamil-cahiliyyə, Düzəliş və təhqiq: Möhsin Cahangiri, Tehran, h.ş 1381
  • Əl-Qasani, Əbdür-Rəzzaq, Şərhu mənazilis-sairin, Qum, Bidar, h.ş 1385
  • Qolpayqani, Məhəmməd Rza, İrşadus-sail, Beyrut, h.q 1413
  • Guhərin, Sadiq, Şərhe istilihate təsəvvuf, Tehran, h.ş 1380
  • Bir qrup yazıçı, Fərhənge fiqh, Qum, h.ş 1389
  • Müsəvi Təbrizi, Möhsin, Müqəddimeye bər irfane əməli, Tehran, h.ş 1387
  • Nəsiruddin Tusi, Əvsaful-əşraf, Düzəliş və təhqiq: Mehdi Şəmsuddin, h.ş 1369

Xarici keçid