Ruhbə hadisəsi

wikishia saytından
(Ruhbə səhifəsindən yönləndirilmişdir)

Ruhbə hadisəsi (ərəbcə: يوم الرَّحَبَةِ) və ya Ruhbə münaşədəsi (ərəbcə: مُناشَدَه رُحْبَه - Allaha and vermək) bir sıra səhabələrin Allah Rəsulundan (s) Qədir-Xum hədisini eşitdiklərinə dair şəhadət vermələrinə işarə edir. Bu hadisə İmam Əlinin (ə) istəyi ilə baş verib. Şahidlərin sayının 12 nəfərdən 30 nəfərə qədər olduğu bildirilir. "Ruhbə" əhvalatı şiə və sünni mənbələrində nəql olunub.

Hadisə və ona ad qoymaq

Əllamə Əmininin dediyinə görə, qəməri təqvimi ilə 35-ci ildə bəziləri Allah Rəsulundan (s) İmam Əlinin (ə) digərlərindən öndə olması haqqında nəql olunanlara əsasən, onu ittiham etmiş və onun xilafəti haqqında mübahisə etmişlər. Buna görə də İmam Əli (ə) öz haqqını müdafiə etmək və xilafət məsələsində onunla mübahisə edənlərə cavab vermək üçün Kufə ruhbəsinə gedib və Qədir-Xum hədisinə istinad edib.[1] Bu cəhətdən də Ruhbə günü əhvalatı həm də "Ruhbə" münaşədəsi adlandırılmışdır. Çünki Həzrət Əli (ə) çıxışının əvvəlində “Allaha and verirəm” deyə orada olanlardan Qədir-Xum hədisinə şəhadət vermələrini istədi.[2] "Münaşədə" Allaha and vermək mənasındadır.[3]

Həzrət Əlinin (ə) sözlərindən sonra səhabələrdən bir neçəsi ayağa qalxaraq "Qədir-Xum" hədisini Peyğəmbərdən (s) eşidiklərinə şəhadət verdilər. Əlbəttə ki, bəzi mənbələrdə Zeyd ibn Ərqəm kimi şəxslərin şəhadət verməkdən imtina etdiyi və Həzrət Əlinin (ə) onları nifrin etdiyi qeyd edilir.[4] Əlbəttə, Seyyid Möhsin Əmin yazır ki, Bərra ibn Azeb haqqında [da] belə bir rəvayət nəql edilib. Görünür, şəhadət verməkdən imtina etməyi Zeydə nisbət verən rəvayətlər Bərra ilə onu səhv salıb. Çünki bir çox ravilər Zeyddən "Qədir-Xum" hədisini nəql ediblər. Bundan əlavə, Zeyd, Həzrət Əlini (ə) başqalarından üstün hesab edənlərdən və onun xüsusi səhabələrindəndir.[5]

Şahidlik edənlər

Mənbələrdə "Rühbə" günü Qədir-Xum hədisini eşitdiklərini şəhadət verənlərin sayı barədə fərqli fikirlər nəql olunub. Onların sayı ən azı 12, ən çoxu isə 30-dur. Əllamə Əmini əhli-sünnə kitablarındanşəhadət verənlərin sayını 24 nəfər qeyd etmişdir.[6] Lakin Əhməd Hənbəldən həmin günün şahidlərinin sayının 30 nəfər olduğu nəql edilmişdir.[7]

Əbu Ümrə Ənsari, Əbul-Heysəm ibn Əl-Tihan, Əbu Əyyub Ənsari, Xəzimə ibn Sabit Ənsari (Zul-Şəhadətəyn), Səhl ibn Hənif, Əbu Səid Xodri, Səhl ibn Səd Ənsari, Abdullah ibn Sabit Ənsari (Peyğəmbərin (s) xidmətçisi), Ubeyd ibn Azeb Ənsari, Udi ibn Hatəm, Naciyə ibn Əmr Xəzai, Noman ibn Əclan Ənsari bunlardan ən məşhurları idi.[8]

Zaman və məkan

"Ruhbə"nin mənası Kufə məscidinin həyətinin ortasında İmam Əlinin (ə) adətən qəzavət və ya nəsihət etmək üçün oturduğu yerdir.[9] Necə ki, deyirlər, Ziyad ibn Əbihin dövründə hədis alimləri qorxudan İmam Əlinin (ə) adının yerinə "Ruhbə səhibi" deyirdilər.[10] Baxmayaraq ki, "Ruhbə"nin başqa nümunələri də ola bilər.[11]

"Ruhbə" əhvalatı hicri qəməri təqvimi ilə 35-ci ildə[12]İmam Əlinin (ə) xilafətinin əvvəlində baş vermişdir. Yəla ibn Mərrənin nəql etdiyi bir rəvayətdə belə deyilir: Əmirəlmöminin Əli (ə) Kufəyə daxil olanda bu münazirəni etdi.[13]

Ravilər

Əllamə Əmini "Rühbə"də and vermənin ravilərinin sayını -sonrakı təbəqələr üçün rəvayət edən - 18 nəfər qeyd etdi. Onlardan dördü səhabələrdən, on dördü isə tabeinlərdəndir.[14] Bu şəxslərin adları aşağıda verilmişdir:

  • Səhabələr:
  1. Həbbə ibn Coyn Ərəni
  2. Zeyd ibn Ərqəm
  3. Amir ibn Vasilə
  4. Yəla ibn Mərrə ibn Vəhəb Səqəfi
  • Tabeinlər:
  1. Əbu Süleyman müəzzin
  2. Əsbəğ ibn Nəbatə
  3. Zazan Əbu Əmr
  4. Zərr ibn Həbiş
  5. Ziyad ibn Əbi Ziyad
  6. Zeyd ibn Yəsi Həmdani
  7. Səid ibn Əbi Həddan
  8. Səid ibn Vəhəb Həmdani
  9. Əbu Əmarə Əbd Xeyr ibn Yezid Həmdani
  10. Əbdürrəhman ibn Əbi Leyli
  11. Əmr Zi Mərrə
  12. Ümeyrə ibn Səd Hamdani
  13. Hani ibn Hani Həmdani
  14. Harisə ibn Nəsr[15]

İstinadlar

  1. Əmini, Əl-ğədir, h.q 1416, c.1, s.339
  2. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.4, s.74
  3. Dəhxoda, Lüğətnamə, "Munaşədə" kəlməsi
  4. Hələbi, Siyreye Hələbiyyə, h.q 1353, c.3, s. 308
  5. Əl-Əmin, Əyanuş-şiə, c.7, s.88
  6. Əmini, Əl-ğədir, h.q 1416, c.1, s.376-377
  7. Əmini, Əl-ğədir, h.q 1416, c.1, s. 377
  8. Əmini, Əl-ğədir, h.q 1416, c.1, s. 376-377
  9. Mutərrizi, Əl-məğrib, c.1, s.324
  10. Mədəni, Ət-tirazul-əvvəl, h.ş 1384, c.2, s.61
  11. Hüseyni Tehrani, İmam şenasi, h.q 1427, c.9, s.41
  12. Əmini, Əl-ğədir, h.q 1416, c.1, s.377
  13. Hüseyni Tehrani, İmam şenasi, h.q 1427, c.9, s.41
  14. Əmini, Əl-ğədir, h.q 1416, c.1, s.339
  15. Əmini, Əl-ğədir, h.q 1416, c.1, s.339-376

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, Nəşr məktəbətu Ayətullah Mərəşi Nəcəfi, h.q 1404
  • Əmini, Əhdül-Hüseyn, Əl-ğədir, Qum, Mərkəzul-ğədir, h.q 1416
  • Hüseyni Tehrani, Seyyid Muhəmməd, Emamşenasi, Məşhəd, Nəşru Əllamə Təbatəbai, h.q 1427
  • Hələbi Şafei, Əli ibn Burhanuddin, siyreye Hələbiyyə, Misir, h.q 1353
  • Mədəni, Əlixab ibn Əhməd, Ət-tirazul-əvvəl, Məşhəd, Muəssisətu Alil-Beyt (ə) li-ihyait-teras, h.ş 1384
  • Mutərrizi, Nasir ibn Əbdus-seyyid, Əl-məğrib, Düzəliş: Mahmud Faxuri və Əbdülhəmid Muxtar, Hələb, Məktəbətu Əsamə ibn Zeyd, m. 1979