Şəhadətəyn
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Şəhadətəyn (ərəbcə: الشهادتان) Allahın birliyinə və Həzrət Məhəmmədin (s) risalətinə (peyğəmbərlik missiyasına) şəhadət vermək, İslam dininin əsaslarından tövhid və nübüvvəti qəbul etməyə etiraf etməkdir. "Şəhadətəyn" İslamla küfr arasındakı sərhəd sayılır. Şəhadəti söyləyən müsəlman sayılır və İslam hökmləri ona şamil edilir. Müsəlmanlar hər namazın təşəhhüdündə, azanda, iqamədə şəhadətəyni söyləyirlər.
Şiə fəqihləri fiqhin müxtəlif fəsillərində "kəlmeyi-şəhadət"dən bəhs etmişlər. Onların fətvasına əsasən, cənazə namazında birinci təkbirdən sonra "şəhadətəyn"i demək vacibdir. Həmçinin can verən şəxsə "şəhadətəyn"i təlqin etmək və onu ölülərin kəfəninə yazmaq müstəhəbdir. İslam memarlığında, xəttatlıq və sikkə sənətində də "şəhadətəyn" diqqət mərkəzində olub.
Tərif
"Şəhadətəyn" Allahın birliyinə və Həzrət Muhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməkdir.[1] Fəqihlərin dediyinə görə, "Şəhadətəyn" (Kəlmeyi-şəhadət) bu iki cümlə və ya onların məzmununu deməklə həyata keçirilir:
- أشْهَدُ أنْ لا الهَ الاّ الله و أشْهَدُ أنَّ مُحَمَّداً رَسُولُ اللّه
- "Şəhadət verirəm ki, Tək olan Allahdan başqa məbud yoxdur və şəhadət verirəm ki,
- Məhəmməd Allahın Peyğəmbəridir".[2]
Şeyx Səduqun fikrincə, "şəhadətəyn" İslam dininin əsaslarından ikisi olan tövhid və nübüvvətin qəbul edilməsinə etiraf etməkdir.[3]
Fiqhi və hüquqi dəyər
Müsəlmanlara görə, "şəhadətəyn" İslamla küfr arasındakı sərhəddir. Bu o deməkdir ki, "şəhadətəyn" deyən şəxsə İslam hökmləri şamil olur.[4] O cümlədən bədəni pak, canı və malı möhtərəmdir.[5] "Əbu Həmzə Somali" duasında İmam Səccad (ə) "şəhadətəyn"in deyilməsinin təsirinə işarə edərək, bunu deyənin canının təhlükəsizliyinə səbəb olduğunu hesab edirdi (münafiqin "şəhadətəyn"i izhar etməsi kimi qəlbi ilə ona iman gətirməsə belə).[6]
Şeyx Səduqun dediyinə görə, bəzi rəvayətlərdə iman "şəhadətəyn" kimi şərh edilmişdir.[7] Əllamə Təbatəbaiyə (1360-1281) görə, imanın dərəcələri vardır ki, bunlardan birincisi qəlbən iman gətirmək və "şəhadətəyn"in məzmununa inanmaqdır. Bu da İslamın fəri hökmlərini yerinə yetirməyə səbəb olur.[8]
Fiqh kitablarında ölülərin hökmləri bölmələrində təharət,[9] ticarət,[10] namaz[11] və cihad[12] bəhslərində şəhadətəyndən danışılır.
Ədəb və qaydalar
Şiə fəqihlərinin əksəriyyətinin rəyinə görə, meyit namazında birinci təkbirdən sonra "şəhadətəyn"i demək vacibdir. Digər fəqihlər isə bunu müstəhəb hesab edirlər.[13]
- Can verənə "şəhadətəyn" və İmamların (ə) imamətini təlqin etmək müstəhəbdir.[14]
- Ölənin kəfənin üzərinə onun "şəhadətəyn"ə etiraf etdiyini yazmaq müstəhəbdir.[15]
- Fəqihlərin əksəriyyəti cümə namazının xütbələrində cümə imamının "şəhadətəyn"i deməsini müstəhəb hesab edir.[16]
- "Sahibi Cəvahir"in dediyinə görə, iş yerində olduqda "şəhadətəyn"i demək ticarətin ədəblərindəndir.[17]
İslam mədəniyyətində istifadə edilməsi
Müsəlmanların dua və münacatlarında "şəhadətəyn" ifadəsi çox işlənir.[18] Məsələn, müsəlmanlar hər namazda[19], azan və iqamədə[20] "şəhadətəyn" deyirlər.
İslam memarlığında, xəttatlıq və sikkə sənətində də "şəhadətəyn" diqqət mərkəzində olub.[21]
İstinadlar
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.41, s.630
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.41, s.630
- ↑ Şeyx Səduq, Mən la yəhzurul-kəlam, h.q 1413, c.1, s.299
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.41, s.630; Təbatəbai, Əl-mizan, h.q 1417, c.1 s.301-303
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.143
- ↑ Məfatihul-cinan, Əbu Həmzə Sumali duası
- ↑ Şeyx Səduq, Mən la yəhzurul-fəqih, h.q 1413, c.1, s. 299-300
- ↑ Təbatəbai, Əl-mizan, h.q 1417, c.1 s.301-303
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.40; Yəzdi Təabtəbai, Əl-urvətul-vusqa, h.q 1409, c.1, s.417
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.22, s.452;
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.10, s.245, 246, 264
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.41, s.630
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.40
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.4, s.14
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.9, s.224
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.11, s.216; Nəcəfi, Kəşful-ğita, h.q 1422, c.3, s.255
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.22, s.452
- ↑ Şeyx Tusi, Misbahul-mutəhəccəd, h.q 1411, c.1, s.15, 16, 49
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.10, s.245, 246
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.9, s.81, 82; Şeyx Tusi, Misbahul-mutəhəccəd, h.q 1411, c.1, s.29
- ↑ مضامین و عناصر شیعی در هنر عصر صفوی با نگاهی به هنر قالی بافی Əfruğ, Abbaszadə, s.48
Ədəbiyyat
- مضامین و عناصر شیعی در هنر عصر صفوی با نگاهی به هنر قالی بافیƏfruğ, Muhəmməd, Mutaleate İrani, 20 nömrə, Payız, h.ş 1390
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Mən la yəhzurul fəqih, Qum, Dəftəre enteşerate İslami vapeste be cameə mudərrisin, h.q 1413
- Şeyx Tusi, Muhəmməd ibn Həsən, Misbahul-mutəhəccid və silahul-mutəbbid, Beyrut, Muəssisətu fiqhiş-şiə, h.q 1411
- Təbatəbai, Seyyid Muhəmməd Hüseyn, Əl-mizan fi təfsiril-Quran, Qum, Dəftəre enteşarate İslami vapeste be cameə mudərisine hozeye elmiyye Qom, h.q 1417
- ««بررسی نقش مذهب شیعه بر هنر و معماری امامزادگان ایران» Abbaszadə və başqaları, 2 mehr 1395
- Nəcəfi, Cəfər ibn Xəzər, Kəşful-ğita, ən mubhəmatiş-şəriətil-ğərra, Qum, Dəftəre təbliğate İslami Hozeye elmiyyeye Qum, h.q 1422
- Nəcəfi, Muhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şərail-İslam, Beyrut, Daru ehyait-terasil-ərəbi, h.q 1404
- Yəzdi Təbatəbai, Seyyid Muhəmməd Kazim, Əl-urvətul-vusqa fima təummu bihil-bəlva, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, h.q 1409